buğda yanında otda sulanır.
bulağ öz gözündən su içər. (ot kökü üsdə bitər. ). (qoç iyid, dayısına çəkər. ) (olduğun, doğulduğun, bulunduğun yerin, qoşutun, quşağın, şərayitin etgisi altında qalma. ).
bulağa varsa, sular dinər, düğünə varsa, yırlar. (kütayaq. pisayaq. ayağı yümlü olmayan. qutsuz. baxsız). (yırlar: çalçağır).
bulaq başdan bulanıq.
bulaq suyu qaynaqdan, gözün yaşı yanıqdan. (yanıqdan: şikayətdən. dərddən).
bulaq yalı duran yerdən daşıb coşub çıxgilən, sellər yalı göydə gəzən bulutdan, qar yağışı bəkləmə.
bulaqdan küsən, susuz qalar.
bulanmadan duralmır. (yıxılmadan durğalmır). (qalxış yolu düşməkdən). (qalxış keçir düşməkdən).
bulanmadan duralmır. (yıxılmadan durğalmır). (qalxış yolu düşməkdən). (qalxış keçir düşməkdən).
bulanmayan, durulmaz, çalışmayan, yanılmaz!. (bulanmayan, durulmaz: axdarmayan, açınmaz). (arayışmaq, axdarışmaq, aydınmağın yoludur, yıxılmaqda, yanılmaqda, çalışmanın donudur!).
bulanmış sığır, yoğnı bular. (bulanmış: yoluğmuş. kəsəllənmiş). (sürünü bələr).
Dostları ilə paylaş: |