burun, sasıq iydən ötür kəsilməz.
buruş barış sönməz döğüş içində.
buruşdura bilirsə işi, qolay yapmaz qaykişi. (qaykişi: iyi diləkli olmayan).
buruşdura bilsən, sayatma işi. (yaşamda çoxları belədir). (sayatma: qolaylatma).
buruşuq ol, qarışıq olma.
butuq ərdəm, gücdədir. (ən böyük bacarıq, güclənmədir) (kişinin gücü, güclənməkdədir) (gücü yiyələnmək, kişinin ən uca ərdəmidir).
butuqluğun gərək deyil nəyivə, sevənlərinlə qılın doğru sən, yetər. (butuqluğun: mükəmməlligin. kamilligin).
buyanın işlərini gördə bitir, oyana qoyma qala görcəyin iş. (buyanın: bu dünyanın) (oyana: o dünyaya). (bu dünyada görməli işlərivi çalış gör qutar, öləndən son, görməli işin yox artıq).
buynuzlu aldığ qoçu, əl attığ yoxdur qozu (qozu: daşşağı).
buynuzlu olmaq, öküz üçün man (ayıb) değil.
Dostları ilə paylaş: |