baxma qayasına, baxma daşına, yerisən, çıxarsan dağın başına.
baxma yaşıma, çox iş gəlib başıma.
baxmagilən kim deyir, düşün daşın nə deyir. (kim olursa dedikdə, dediklərin didiklə. (dedikdə: danşıqda). (didiklə: araşdır. düşün).
baxmagilən kim deyir, düşün daşın nə deyir. (kim olursa dedikdə, dediklərin didiklə. (dedikdə: danşıqda). (didiklə: araşdır. düşün).
Baxmaqla öyrənmək olsa, itlər hamısı ətçi (qəssab) olardı.
baxsan bitər, savsan itər. (bitər: cücərər) (savsan: başı soyuqluqluq edsən) (itər: əldən gedər). (alsan bitər, satsan itər). (bu evrən özənlə, yığmaqla, qorumaqla gəlişmiş, sovsalamaq, başı soyuqluqla, satıb savmaqla olan qurum durum tozar, dağılar).
baxsız bala hər iş görsə gücə düşür, mal bölünsə ona payı gücə düşür.
baxsız bala hər iş görsə gücə düşür, mal bölünsə ona payı gücə düşür.
baxsız qızıl tapdı, baxlı qapdı.
baxsızın ağzı aşa, başı daşa.
baxt kordu. bu kora kor baxmayın.
baxt olmasa başda, nə quruda bitər nə yaşda.
Dostları ilə paylaş: |