göycə mıncıq kimdədir, mənim gözüm ondadır.
göyçək göz üz ilə, gözəl göyçək göz ilə, kişi göyçək söz ilə.
göyçək üzü göz çəkər.
göyçəklər içində seçəli lap gözəli iş çətin olmuş.
göyçəkliyə göz çəkər.
göydə pişib ağzıma düşən yoxuymuş, cocuqluqda ertəkilər yuxuymuş. (ertəkilər: nağıllar).
göydə ulduz sayılmaz, yoxdu yerdən sağılmaz.
göydəki durna üçün, əlindəki sərçəni uçurma.
göydəki durnadan, əlimdəki sərçə yeğ (çox).
göydəki durnadan, əlimdəki sərçə yeğ.
göydən keçən yol səni, götürməmiş arzuların yerinə, əl çalışır ayaq yürür çatdırarmış armanların evinə. (göydən keçən yol: bulutlar salan yol).
göydən pay uman, yersiz qalır.
göydən yağar, yer alar, yer almasa, sel alar.
göydən yağar, yer alar, yer almasa, yel alar.
göydür uca qartal durağı. (uçaqçılar sözü).
göyə sağuran üzündə yığar. (sağuran: tüpürən).
göyə suysa üzünə düşür.
göyə suysan (tüpürsən) üzüvə düşür.
göyə tükürən üzündə yığar.
göyə umub atma oxi.
göyə umub atma oxu.
göylərin yağışı sizlərə olsun, göylərin yartısı ömrüzə dolsun. (alqış). (yartısı: ışığı).
göylük, yaz gögəti. (gögəti: görgətisi. görkü. baharı. gözəlliyi. gözəllik simgəsi).
göylük, yaz görkü, qarlıq qış kürkü. (kürkü: bürüncəyi).
göyül (gönül) istəyər, əl edər.
göz açarmış evləniş, sevgi gözü kor eylər.
göz axdarsa görənməz, əl uzansa tutanmaz, dünya varı alanmaz, içdən uzaq tapılmaz. (tapmaca). (mutluluq).
göz alıcı gözəllik, gözəllərdə özəllik. (göz alıcı: göz çəkici. yaxımlı. alımlı) (hər gözəlin kəndi özəlliyi var).
göz alqıya, ışıq tapar, kişi qanıya yolun tapar. (alqıyamaq: zərfiyyəti çatmaq). (qanıya: qana. razılıq verə).
göz asdarı qapaqdır.
göz atabilməz içdə yatanı, göz atmalıdır könül atanı.
göz bir pəncərədir, könlə baxar.
göz çoxun sevər, ürək birin bəğənər.
göz dışın, bilim için çırağı.
göz doyar qarın yox, ürək durar könül yok. (könül: arzu. həvəs).
göz doymadan, dincəlməz.
göz doymasa dünya sənin az gələr, könül qansa bir parçacıq çox gələr.
göz doymayır gözəllikdən, könül qanmır sevidən. (qanımır: qanımır: qanıqmır. doymur). (sevidən: məhəbbətdən).
göz doymaz sevi qanmaz. (sevi: məhəbbət). (sevi: məhəbbət).
göz doysa, ürək dinər.
göz gəzdirən, qulağ açan, ağız yuman itirməz.
göz gördü könül sevdi səni ay üzlü ayım, qurbanın olam varmı mənim bunda günahım. (nəfii).
Göz gördüğünü (ağız yeiğini) ister. Kişiler alışık olduğu şeyleri sürekli ister. (Bayram Özdemir).
göz gördükcə öğrəşər, görmədikcə döngəşər.
göz gördüyü qədər dad alır, duyqular kefinə dərək oynayır!. (gözü yummaq olmaz, duyqunu tustaq).
göz gördüyün anar.
göz gördüyün danmasa!, könül qolay inanar!.
göz gördüyün dansa, qulaq duysa inanmaz.
göz gördüyün seçir, könül sevdiyin.
göz gördüyün, qulaq duyduğun düşünər.
göz gördüyündən qorxar, kişi dilindən.
göz gördüyündən qorxar.
göz görə görə, əl görə görə pişər.
göz görəndən, ayağ çəkilər.
göz görənə vergi yox, əl görəndən qaçan yox.
göz görənə, ürək tanıq verər.
göz görəni baş yorar.
göz görəni dil desə, baş açar. (gördüklərindən danış, bilməyən bilsin, önə çıxan ey kötü baş uyar düşsün) (ey kötü: iyi kötünü). (baş uyar düşsün: kişi aqah olsun).
göz görəni əl görməz.
göz görəni könül çağırar. (gözdən itən könüldən gedər). (gözdən gedən könüldə durmaz).
göz görəni, baş sezsə, könül çırpar, ayağ çapar, qol çalar!.
göz görəni, baş sezsin!.
göz görəni, baş sezsin!. (sezsin: anlasın).
göz görənin qılğanar!. (qılğanar: qılmağın öğrənər). (göz ördüyün götürər).
göz görər ürək çəkər.
göz görər, könül anar!.
göz görər, könül istər, baş duyar. (bu bir seçimdir).
göz görər, ürək əsər, baş tələsər!.
göz görər, ürək istər.
göz görərdüyü, ürək yağı. {göz gördüyü, ürəkdə yanar (yansıyar, səslənər, əks edər)}.
göz görməkdən, kişi bilməkdən doymaz.
göz görməmiş için çəksə, öğrəşməyin güc olur.
göz görməsə göyül inanmaz.
göz görməsə könül qatlanır. (göz görməyincə, könül qatlanır).
göz görməsə üz dönər.
göz görməsə, üz utanmaz.
göz görsə şamanı, uzaq düşər yamanı.
göz görsə, özik gəlir.
göz görüb, könül sevib, baş neyləsin.
göz görür duyur qulaq, çox güc olur danulmağı.
göz görür ürək əsinir. (əsinmək: sevinmək).
göz görürdə, qol qorxar. (qol: əl).
göz görürsə duyan sözə inanma.
göz görürsə öğrəşir, iç çəkirsə özləşir. (özləşir: mənimsənir).
göz görürsə, tin dinər. (tin dinər: iç, ruh inanar).
göz gözə baxıb yalan deyir, qazan qazana qara deyir.
göz gözə düşüb utanmasın, üz üzə düşüb qızarmasın.
göz gözə ışığ verməz. (göz gözə ışığın qıymaz). (kimi kimsəsədən gözləməsin). (hər kim başardığıın edər).
göz gözə ışığın qıymaz. (göz gözə ışığ verməz). (kimi kimsəsədən gözləməsin). (hər kim başardığıın edər).
göz gözə yağı oldu.
göz gözə, diş dişə.
göz gözəl görür könül sevəni.
göz gözəli bəğənər.
göz gözəli xoşlayar, könül birin oxşayar. (oxşayar: bəğənər).
göz gözəllikdən sevinər.
göz gözgə düşər, üz üzgə.
göz güdər üz ağarar. (tapmaca). (çoban).
göz ilə gör, qulaqdan al, ağızla ver.
göz kəndinə, qulaq özgələrə inanar.
göz kəndinə, qulaq özgüyə inanar.
göz ki var qaranlığı seçmək üçündür.
göz kimi iti gör, qurd kimi ''iti'', görmə.
göz qarından böyükdür.
göz qarından yekə!. (qarından: qursaqdan).
göz qayırsa para edər daşları, bir neçiyə ağu eylər aşları. oğul doğub qıyta salar başları, yaman acun yaman çevrən bu evrən (qıyta: çətinliyə. korluğa).
göz qəlbin güzgüsüdür deyiblər.
göz qızışsa ağıl çaşar, ağız cayar sözünü.
göz qorxaq, qol batır. (göz qorxaq, əl cəsur).
göz qulağdan irəlidir.
göz qulaq səmrər kişini. (kişi görüb oxumaq, dinləməklə becərilər, yeməklə yox).
göz qumdan dolar dünyadan doymaz.
göz nə qədər böysədə, qaşdan yuxarı qalxmaz.
göz nə qədər böyüsədə, qaşdan yuxarı qalxmaz.
göz oxuyar, qulaq duyar, için dolar.
göz olursa görməyə, seçmir yaşı yaşlını sevi dünyada. (seçmir yaşı yaşlını sevi dünyada: məhəbbət dünyada farq qoymaz gənc qocaya).
göz öğrəşir könül çəkir.
göz ölçüsü könül oxumaz!. (göz donda qalır).
göz önündə ölüm-olum, daşa döndü sağım, solum. (təprəm vırqının (bəlasın) andırır).
göz özünə qulaq ağıza inanar.
göz özünə qulaq başqalarına inanmış.
göz özünə qulaq başqalarına inanmış.
göz sevdiyin görər, görənməsə yaradar.
göz sözündən bəllənər.
göz tərazı, ağıl miyzan.
göz tərazı, ağıl ölçək (miyzan).
göz tikmə sən ötmüşə, ötmüş baxır keçmişə, yüz min çilə baş qaldırar qarşında, açmaz yarın, yarçıq qalar tüm işlərin həmişə. (yarçıq: naqis).
göz var dəvəni, iğnədən seçməz.
göz var görmək üçün, beyin bilmək üçün.
göz verirsə yaş verir, aş verirsən daşın verər bu evrən.
göz vurular göyçəyə.
göz yanılar, iç inanar, baş itər.
göz yarçığı üz ilə, iç yarçığı öz ilə. (yarçığı: qərarı).
göz yaşı diritməmiş ölünü, qaytarmamış köçəni.
göz yaşı parasız!.
göz yaşı saxlayıb gizləyib utmaq üçün deyil, göz yaşından öğrəşməyən, ürək deyil.
göz yaşı, yanğı yatmaz (yanda durmaz, görünər).
göz yaşınan paslı ürək açılmaz.
göz yaşiylə dirilməz ölən, qayıtmaz köçən.
göz yaşiylə gül onmaz. (göz yaşiylə gül suvarılmaz).
göz yolu uzaq görər ayaq yaxın.
göz yumduğundan, uğur gözləmə. {(yoğur vermədən, uğur gözləmə). (yoğur vermədən: səyasət edmədən)}.
göz yumulunca, qiyməti bilinməz.
göz yumulunca, qiyməti bilinməz. (ölməyincə olmağın nə olduğu bəllənməz).
göz, dil qulağ koru. (görməz dinləməz, danışmaz kimsə).
göz, diləkcə görür. (diləkcə: niyyətə görə).
göz, durmadan baxsan, koralar, yum birdə aç. kəndivə gəl, kəndivə güvən.
gözdə göyçək olunca, çaba könül oyala. (oyala: ələ al).
gözdə gözəl, sözdə üzəl. (üzəl: üzücü).
gözdə olan bəzəkdir, içə keçdin təzəkdir.
gözdə olan könüldəysə heçin uzaq düşməz.
gözdə olur gözəlliklər, dalma gözə gözəlim, birisinə sevilsən oxşar əlin, dalar sana gözəlin.
gözdə ölsə, içdə durmaz, içdə ölsə, gözdə durmaz.
gözdən axan bir damla yaş, gül tək açan dodaqda qaç, minlərcə sir gizlədiri, min gömükə izlədiri. (gömükə: içdə qalan nərsəyə). (izlədiri: nişan verir. yol açırı).
gözdən alıs göz gəzməz. (alıs: uzaq).
gözdən atsan yamanı, taxca gəzər yalanı. (gözdən atsan: gözdən edsən. saymasan. yığmasan. bıraxsan ).
gözdən düşüb, ürəkdə yer axdarır.
gözdən gedən könüldə durmaz. (göz görəni könül çağırar). (gözdən itən könüldən gedər).
gözdən gedən könüldə durmaz. (göz görəni könül çağırar). (gözdən itən könüldən gedər).
gözdən gedən könüldə durmaz. (gözdən itən könüldən gedər). (göz görəni könül çağırar).
gözdən gedən könüldə durmaz. (gözdən itən könüldən gedər). (göz görəni könül çağırar).
gözdən gedən, dildən düşsə, könül anmaz.
gözdən ırax, gönüldən ıraq. (gözdən ırax, könüldən uzaq).
gözdən ıraq, gönüldən uzaq.
gözdən ıraq, gönüldən uzaq. (gözdən ıraq gönüldə ıraq). (gözdən uzaq, yaddan uçaq).
gözdən iti, yaşamdan dadlı ola biməz.
gözdən qaçıq, içdən açıq. (açıq: ayrı. uzaq).
gözdən uzağ, içdən azağ.
Gözdən uzaq düşən, könüldən də iraq olar. (Ara Gündüz).
gözdən uzaq könlə yaxın, kimiysin sən səni.
gözdən uzaq, içdən ıraq.
gözdən uzaq, ürəkdən qıraq.
gözdən uzaq, yaddan uçaq.
gözdən yaş yuyunsun, ürəkdən pas.
gözdəsiz könül olmasın, başsız ölkə.
gözdü seçən gözəli, könül sevər sevəni. (könül gözəli yox, sevdiyin seçər). (könül sevən göyçək olur!).
gözə baxan gözdən, göz çəkinər. (gözə baxan gözü, göz bəğənməz).
gözə baxan gözdən, göz qaçar. (göz qaçar: göz çəkinər). (dirtik gözə baxan kimsəni, kimisi sevməz) (dirtik: didici. dürtücü).
gözə gələn gözəllik uzun sürməz dayanmaz, sözün deyib tutmayan dönük çıxar uyanmaz.
gözə girib, sözdən qaçmaq. (söz atıb tutmamaq. ilişib keçmək).
gözə göz, dişə diş. (alaqan: qisas).
gözə yasaq yoxdu.
gözəl duyqulardan, sevgi yarandı.
gözəl düşün, gözəl gör. (çevrəvi).
gözəl düşüncədən alınan dad, qaramsara qalar yad. (qaramsar: pesimist). (iyi düşünən gözəlin yaşar).
gözəl görkün, göydə gündən ayınmaz. (ayınmaz: seçilməz).
gözəl kişi daş kimi bərk, pamıq kimi yumuş olur. (yumuş: yumşaq).
gözəl könül çirkinliyi daşırmaz.
gözəl seçmə gözəllədən seç.
gözəl sözlər, göyçəklərə bərk yaraşır, gözəl sözlər, göyçəklərdən bərk yapışır.
gözəl var gözilən öldürər, gözəl var sözilən.
gözəl var gözünən öldürər, gözəl var sözünən öldürər.
gözəldə hamının gözü var, çirkinə kimin sözü var.
gözəldən yar, çirkinden çor əksilməz.
gözələ kətən yaraşır, çirkinə ətləs neynəsin.
gözələ kətəndə yaraşır, çirkinə ətləs neynəsin.
gözəlim, çalışıb bul içivi dincə qoyan varsa nədir.
gözəllər hər öğün gözəllik yaratmır. (öğün: zaman).
gözəllərin talehi, çirkin olur.
gözəlligə aldanan, gözəlliklə aldatanın bularmış.
gözəlligi qadında tustaqlama.
gözəllik aldatan olmur, gözəlligə aldanan çox olur.
gözəllik gözdə olur, üzdə yox. (gözdə: (görən gözdə).
gözəllik gözəllərlə yaranmır.
gözəllik gözünəndi, əxlaq sözünəndi.
gözəllik iyi, ömürlük deyil, yaşanır birçağ, seçdiyin iyiysə, gözəl qalır qamuçağ.
gözəllik köçər ölməz. (dünya günündə sənin).
gözəllik köçür, qocalq çökür.
gözəllik ondur, birisi özdür, doqquzu üzdür.
gözəllik ölçüsü yaşamla başlır, gözəlligi, gözəl!, heçnə almaşmır, odurki itirmə boşa yaşamın, gözəllik elə yaşamla yaşanır. (almaşmır: çalmaşmır. dəğişmir. bədəl edmir).
gözəllik üzdə, yaxşılıq içdə yatır.
gözəllik var göz payı, gözəllik var can ali.
gözəllik varikən, yaşama dəğər.
gözəlliyə göz inanar.
gözəlliyi qana bilsə, göz gördüyün dana bilməz.
gözəlliyin yurdu yoxdur.
gözəmsiz sıçan, pişiyə yem olar. (gözəmsiz: çevrəyə göz salmazın).
gözlə arar tapanmaz, könül yoxsa yaranmaz. (sevi. tanrı).
gözlə beyin oxuşla, qulaq beyin duyuşla.
gözlə giləm, gülə tikən batmasın. (giləm: gözümün bəbəyi).
gözlə görən çoxlarını bəğənmiş, könülisə yalnız birin sevərmiş.
gözlə qulaq qorsa baş, baş qoruyar hər kisin. (kisin: ikisin).
gözlədigimizdәn çox tez qocalırıq, sandığımızdan tezdə ölürük.
gözləmə dik dura boş olsa çuval.
gözləmə gələ nəisə sənə, dur yapın qılın oliki varın.
gözləmə gözlənməzi, gəlsə səndən qoyu bəkləməz. (qoyu: icazə). (bəkləmə bəklənməzi, gəlsə səndən qoyu bəkləməz).
gözləmə yarın gətirsin nəisə sənə, dur yapın qılın nəisə varın.
gözləmədən gələn daş, yarar baş.
gözləmək kəndi gərəğin bacarıqsızca görəvməkdir. (görəvmək: nərsəni yerinə gətirmək).
gözləmək yox yarına, kəndi özüdə gələcək, sən çalış dur ayağa gündü geriyə kəçəri.
gözləmızin kimsədən, gözlənməzələr görürsün.
gözlənilməzi gözləmə, gözləndiyin özləmə, sevgilə yox, sevginə tapın.
gözləntisi olmayan, qırılması güc olur. (gözləntisi: intizarı).
gözlər gözümü saxladı yollar.
gözlər könül aynasıdur. (gözlük olmasa).
gözlər könül güzgüsü.
gözlərə tikən, meyvəli ağac.
gözlərim ulduzu ana, and ola damarda qana.
gözlərivi yaxcı açıb yaxcı bax, sən sevənə sevdiyin heç oxşamır.
gözlərivin gördüyünü unutma, yaşamağa inaqlan. (inaqlan: iman gətir. təkcə varlığın olduğuna inan. dirirkən hər nə yapılır).
gözləyən gözə ağ düşmüş, sərilən tora av. (ağ düşmüş: kor olmuş). (əl işə bas dişə).
gözləyiş yakar yaşamı.
Gözlüye gizli yoktur. Gören, gördüğünden anlam çıkaran, yorum yapan insanlar için bilinmeyen bir şey yoktur. (Bayram Özdemir).
gözlüyə gizli yoxdur.
gözsüz oğul qalan, başlı başına gedər.
gözsüz oldun güzgüsüz. (gözsüz oldun güzgü nəyivə).
gözü ac, qarnısa tox, xan belə yoxsulluq edər.
gözü aclıq kor edərmiş yiyəsin.
gözü açıq ağzı yumulu, sirlər saxlamaxda uğumlu (dözümlü) ol.
gözü bağlı, düşdən (xiyal) ayrılmaz.
gözü dışda, özü içdə (balıq). balıq özü suda, gözü dışda. ayağı əzir, qulağı gəzir.
gözü gözdən doyanın, sözdən könlü doyar.
gözü gözündə, qulağı sözündə. (vurqun).
gözü kora gözlük neyləsin.
gözü korla yoldaşlaş, könlü kordan uzaqlaş.
gözü qalan birəvin malında, öz evində ac yatar. (birəvin: birəvnin: birinin. bir kimsənin. özgə birinin).
gözü qalmış dününə, nisgil qalar gününə. (gözü qalmış: gözü dalmış).
gözü oxşayan geyimdir.
gözü poxda olacaq qarqa ilə dosd olanın.
gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz.
gözü yumuq suçlanmaz.
gözüm səğrər, qulax çınlar, könül inlər, ki candan sevgili dilbər, gəlir dərlər gəlir dərlər.
gözün açan hər kim, parapul deyir, gözün görür, hər nə parapul deyil.
gözün açuk ikən yaraxlan özün, ki sində qarınca yeyəcək gözün.
gözün biri könlə, biri başa baxar, onda iki ürəkli qalar, beləliklə göz qorxaq olar.
gözün gözdə, qulaq sözdə.
gözün küt olunca, oxun iti olsun.
gözün payı görküdən, könlün payı sevgidən. (görküdən: gözəllikdən).
gözün yumub açma ağız, aç qulağ!. (qulağ aç: qulağ as).
gözün yumub ağız açma, qulağ aç!. (qulağ aç: qulağ as).
gözün yumub danmaqilə oldağ yolun dəğişməz, çürük ipi tovlamaqla eşilməz. (oldağ: vaqeiyyət).
gözün yumub danmaqilə oldağ yolun dəğişməz, çürük ipi tovlamaqla eşilməz. (oldağ: vaqeiyyət).
gözünə çöp düşdü, dünya gözündən düşdü.
gözünün biri alma dərər, o biri səbədə salər.
gözünün biri alma dəyər, o biri səbədə salar.
gözüvü gəldigin yerdən çək, getdiyin yerə tik. (gözüvü gəldigin yerə yox, getdiyin yerə tik).
gözüz heçdə yaman görməsin, heç bir yaxşı, heç bir yaman sevməsin.
gözyaşı, içdə yanan odun törəsi. (törəsi: hasılı). (iç yanmasa, göz yaşarmaz) (iç küyməsə yaş axmaz).
gözyaşilə dirilərmiş ölü heç!.
gözyaşilə ölmüş ölük dirilməz, daşürəklər gözyaşına yenilməz. (yenilməz: təslim olmaz).
gözyaşın sevda üçündürsə salıt, leyla üçünsə dal alıt. (salıt: axıt).
gözyaşından alın təri yaxşıdır.
gurlayan göy, yağış gözlətir. (gurlayan göydən, yağış gözlənir).
gurlayaraq gələn düşmandan, kötüdür gülə - gülə gələn düşman.
gurulda, amma yağma.
güc aldan girsə, doğru tünlükdən çıxar.
güc damarı amacda. (amacsız yol çəkilməz, amacsız yol yürülməz) (amac: dilək. niyət).
güc eldən girsə, törü tünlükdən çıxar. {zor asdanadan girsə, düz bacadan (pəncərədən) qaçar}. (güc üzdən girsə, düz daldan çıxar).
güc əyərdə, düzəldərdə.
güc gələn ələ, gec çıxar əldən.
güc hardasa taxt orda.
güc inamı yenər, öldürəməz. (yenər: üsdələr). (güc inamı yıxar, öldürəməz). (güc inamı yıxmış, öldürəməmiş).
güc kişinin qadası, dil dişinin. (qadası: bəlası).
güc olan yerdə inam yaranar, gücə minmiş inam kəndisin danar.
güc səni gücləyincə, sən güclügü gücətqıl. (gücətqıl: gücə sal. zora sal).
güc topluluqdadır. (ittihad: topluluq). (topluluqdadır. müttəhidlikdədir).
güc üzdən girsə, düz daldan çıxar.
güc yaratmaq, kişinin, butuq ərdəmidir. (butuq: ən böyük. ən uca).
gücdən uzaq, vardan qıraq, kimdə var söz danışsın.
gücə sığınan, kölüyə dönür.
gücənmək xoş deyil, gücənib çıxmaq pis deyil. (gücənmək: zora düşmək).
gücənməsin biləgin, tükənməsin gücün.
gücənsiz uğur tanımam, nə olduğun qanamam. (gücənsiz: sıxıntısız. işgilsiz).
güclə it sürüyə gedməz.
güclənməgin minbir yolu, doğruluğun tək bir yolu.
güclü ağız, aşa gedər, güclü əl, işə.
güclü belin olsunda, gur bilimi unutma. (güclü belin olunca, güclü bilimin olsun).
güclü belin olunca, güclü bilimin olsun. (güclü belin olsunda, gur bilimi unutma).
güclü bilək birin basmış, güclü bilik minin.
güclü bilək birin, güclü bilik minin yıxar.
güclü bilək, dilək başda bir olsa, tək əllidən səs çıxar.
güclü düşün, güclü ol.
güclü gül iyisi qoxar. (güclü nərsə örtülü qalmaz, görünməz keçrilməz).
güclü ilən gürəşmə, yüyrük ilə yarışma. (yüyrük: yüvrük: iti) {işivi yoluvu, sana bil yürü. (sana bil: hesabla düşün)}.
güclü kişi neylir qıla yaxarış, gücü onun qolay yaşam, bollu durmuş yaratmış. (yaxarış: dua).
güclü olan günlüyün tapar, bilimi olan illiyin. (gücü olan günlüyün tapar, bilgisi olan illigin).
güclü olan haqlı çıxar. {güclü, yazıq (günahkar) çıxmaz (olmaz)}.
güclü seçim, yoğun sicim.
güclü sevgi, açmaz qapı bıraxmaz.
güclü söz alana qalıb, söz gücü gəmik qırır.
güclü toxmaq, yün qazığı yerə basar. (qazığı: mismarı).
güclü yalun, ölük odun gec yaxar. (yalun: od). (güclü od şeh (ölük. nəmli) odunu (otu), gec yandırar).
güclük bərklikdədir.
güclüklərin açarı, kəndi gücən inanmaq.
güclülər başa çatmağı, bilginlər başda durmağı bacarar.
güclülük kişidə, görkülük dişidə.
güclünün çatında olanda var, qatında olanda. (çat: qarşı. qabağ. üzbəüz. muqabil). (qat: yan).
güclüyə düşməmiş kişi, güclülük nədir bilməmiş.
güclüyə yanaş, varlıya hamaş.
gücsüz avlamaq, qutsuz yaşamaq olmaz.
gücsüz toxlu yoxa çıxar. (toxlu: haqlı).
gücsüz, sevinc yaranmamış. sevinc güc verib, güclə yaşır.
gücsüzün sevən, yarıdan dönər, arada ölər.
gücsüzün sevmə, yarıdan dönmə, bitməmiş ölmə.
gücü olan günlüyün tapar, bilgisi olan illigin.
gücüksüz yaşam yox, çalışmadan aşam yox. (gücüksüzün: çətinliksizin. qınıqsızın). (aşam: müvəffəqiyyət).
gücün çatandan yapış!.
gücün çatdı yapış, qolun ağrımaz, sözü bildin danış, başın ağrımaz!.
gücün çatır qoğ qutar, gücün çatmır qaç qutar.
gücün varsa bağışla, gücün yoxsa seçim yox.
gücün yoxsa evliliyin gərəkməz.
güdə damda otursanda, uca başlı kişi qal!.
güdə gəlsə yorqanun, uzat ayağ onunca, uzun gəlsə ayağun, böyük götür yorqanun. {duruma görə biçilsin). (biçilsin: tədbir görülsün)}.
güdənlər gədiyə düşər. (gədiyə: doğanaq. boğnaq).
güdülən yalana kimsə inanmamış, güdülməz yalana kim inanmamış.
güdülməmiş qarşılıq verilən aşqa, verdə qarşılıq aldığın aşqa.
güdülü beyin qurdluğa düşər, gün bəgün şişər. (güdülü: nigəran. şəggili. məşkuk).
güdülü beyin, boklu pehin. (güdülü: nigəran. şəggili. məşkuk). (boklu: poxlu).
güdülü beyin, kəndini yeyir. (güdülü: nigəran. şəggili. məşkuk).
güdülü beyin, qorqasız qalar. (qorqasız: yaraqsız. silahsız. difasız) (güdülü: nigəran. şəggili. məşkuk).
gül açar qalmaz, gün keçər durmaz.
gül açar, bülbül sayrır.
gül açmasa, bar gəlməz, biçilsə don, dar gəlməz.
gül bəzək yapraq qoraq. (qoraq: savağ. qorucu).
gül burunda qoxar, səs qulaqda qoyar. (qoyar: dinlənər. yer tutar. ).
gül burunla qoxular, səs qulaqla duyular.
gül çağından tez açar, gün çağından tez çıxar, gözəlimsin gözləmə, gözlək gözdə ot çıxar. (ot çıxar: kor olar).
gül dalından odun olmaz, bəsləmədən qadın olmaz.
gül deyən kim, kül oxan kim. (oxan: oxuyan. uyqulayan).
gül dərirsin gündəlik, pul qazansan ömürlük.
gül gülə oxşar, gözəl gözələ.
gül kimi biz keçinib gedirdik, nə oldu yandı ara, sındı körpülər, umub bəkləməzdin, düşə bizədə qayğı ilə qussələr, öksüz qala körpələr.
gül kimi görünüb, tikən batıran, dos kimi görünüb, yılanca soxan.
gül qədrini kor bilməz.
gül oldum, gül satanlara.
gül olursan tutanın olsun, dadlısansa yeyib bilənin.
gül poxa düşsə poxalar (pox alar), pox gülə düşsə, çoxalar.
gül sallanar qunça qoruyar, qeyim düğün buxca qoruyar. (qeyim: bərk).
gül sevən ayrı salanmaz takanı, deməyinki tanımır güllə tikanın dərkin, bu tikanın gülü var. (dərkin: fərqin).
gül sevərsən, tikəni var, söz dilərsən acısı.
gül solar yapraq tökər qalmaz yaşıllıqdan bir iz, ayrı ölkə başqa topraq türklüğüzdə dil biriz.
gül tikansız, çöl ilansız olmaz.
gül tikansız, sevgi sayqısız olmaz. (sevgi ilə sayqı dəngəsi).
gül tikənsiz, dil diləksiz, göz yaşsız qalanmaz.
gül versənə gülənə, gül dərəkin bilənə. (dərəkin: qədrin).
güldanda bitən bitgi solar kərdiyə qalmaz. (gülgük. . güldan).
güldən tikən ayrılmaz, sevməz könül yarılmaz.
gülə gülməsən könül qalır.
gülə gülməsən, kövnü qalır.
gülə gülmüşlər tikən yanında, sevilmiş sevgilər, ayrılıq ardında.
gülən gülün toplar, quru hölün hoplar, içində giz nə varsa, yovuğa özün qoxlar. (hölün: şehin). (giz: saklı). (yovuğa: yaxınlaşana). (qoxlar: iylənər. iy saçar).
gülən yerdə gül bitər.
gülən yerdə gül bitir, gülməzində kit kitir. (kit kitir: qəm qussə).
gülənə gül ver, sevənə sevgi, sevigə tay yox, tutarın bil ver.
gülər ağlar bir dildə, yer üzündə tüm dillər.
gülər qonşu ürək açar, qonşu ağlar könül tutar. (tutar: bükdər. qussələdər).
gülər üz qadın, yaşamaq dadın. (yaşamın dadı dadlı dilli candaşla).
gülər üzə inanma, ağlar gözə alınma.
gülər üzlüm gülüş gülü dodaqda, yazbayramı çiçək olar budaqda.
güləşdə biri yıxılmalıdır.
gülgün qonşuva gəlsün başuva.
güllə yatan gül qoxar, qarın yediyin qusar.
güllərə qulluq olar, tikən gəli gül arxalı. (arxalı: vasitəsi ilə).
güllü yerdə tikan var, tikanlıqda gül harda.
güllük ilə küllügünü seçənməz, sağ solunu tanımaz. (sağ solunu: dos düşmanın).
Dostları ilə paylaş: |