Aban aban iş olmaz, bəsləməsən qız olmaz


öğrəniş yədəkdi, öğrənmək yetmək



Yüklə 4,96 Mb.
səhifə173/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   ...   169   170   171   172   173   174   175   176   ...   224
öğrəniş yədəkdi, öğrənmək yetmək.

öğrənmək baxmağınan olsaydı, it qəssab olardı.

öğrənməklə bir iş bitir, biri başlır.

öğrənməyi bıraxmış, ölməyini unutmaz. (öğrənməyi unutmuş, ölməyini unutmaz).

öğrəşilən işlənilir, görünən yansıtılır.

öğrəşirsə biri qapalı qalsın, qandalı qırıq tusdağı yarıq, acılar çəkdirər ona ayrılıq. (kişi öğrəşiyin əsiri. (öğrəşiyin: öğrəşdiyin. aldışının. atələrinin).

öğrəşmək öğrətməkdən çox qınr. (qın: qıyın. çətin. zor).

öğrəşməklə başlayır yaşam, öğrəşəndən son, düşür axşam.

öğrəşməli bilməli, unutmamaq gülməyi.

öğrəşməyə, dün keçdi, yarın gecdir, bu gün yarıdır. (yarıdır: düz uyqun çağudur).

öğrəşməyi bacarsan, sanmadığın yaparsan.

öğrəşməyin bacaran, unutmağın öğrəşməlidir.

öğrəşsə qulaq qarqa səsinə, sandavuş ötsə yoş görməz qulaq. (sandavuş: sandavuc: bülbül). (yoş xoş).

öğrətmək, öğrəşməkdən qatı qın. (qatı qın: çox çətin, güc).

öğrətmənə ikisi gərək, bir bilik, biri ürək.

öğurluqla yamanlıq yalan ilə başlamış.

öğüd bilməz qanlıbaş, dünya sınav götürməz. (bu evrən sınav, təcrübə, öğrənmə yeri deyil. elə yaşamın özü, varlığın gözü).

öğüdün qısası, ipin uzunu (sözün qısası, ipin uzunu).

öğülən oğlan ətəyə sıçar. (öğülən oğlan ətəyi bələr).

öğün yetməz, gül açmaz, çalışmadan alınmaz. (öğün: çağ. novbə).

öğünc olsun, oğunc yox(öğünc: şadlıq). (oğunc: peşmanlıq). ( şadlıq olsun, peşmanlıq yox).

öğünclə yaşayan ökünməz. (öğünclə: umutla. sevinclə). (ökünməz: bükünməz. püşman olmaz).

öğünəyin türkcəmizdə oxub pozub yazmağa, qayınturun türkcəmizi önə alıb barmağa. (qayınturun: qayındurun. bərk durun. tutunun. əzm edin).

öğüş öğmə başqıya, öğüş yalnız tanrıya.

öğüş seviş, qatığ öküş sağladar. (çox sevinmənin ardı peşmanlığa bitər. artıq gedişdən çəkinmə üçün söylənir). (öküş: peşmanlıq).

öğütən ödəyən deyil. (öğütən: nəsihət verən). (ödəyən: cavabdeh). (özgələrdən öğrəşdə, öz bildiyin itirmə).

öğütən ödəyən deyil. (öğütən: nəsihət verən). (ödəyən: cavabdeh). (özgələrdən öğrəşdə, öz bildiyin itirmə).

ökdəli ol öğüt yığ, ökdəsiz ol öğüt ver. (ökdəli: ökütlü. uslu. ağıllı).

ökdəyə günündə, dələ gündə bayram. (ökdəyə: ağıllı) (dələ: dəliyə).

öklənməmiş (düşünmədən) evlənən ev yıxar, öklənibsə evlənir, ev yığar.

öklənməmiş (düşünmədən) evlənən ev yıxar, öklənibsə evlənir, ev yığar.

Öksüz kuzu toklu (öveç) olmaz. Öksüz: anası yok. toklu: bir yaşındaki kuzu. Öveç: üç yaşındaki koç. Koruyucusu olmayan kimse gelişemez güçlenemez. (Bayram Özdemir).

Öksüz oğlan (bala) göbeğini kendisi keser. Koruyanı, gözeteni olmayan kişi, kendi işini kendi yapar. (Bayram Özdemir).

öksüz oğlan göbəyini özü kəsər, birər birər əngəlləri aşıp keçər.

ökünc bilən öğünməz. (peşmanlığı anan, çoxda şişinməz).

ökünmədən unudurum, öpünmədən höpüdürüm, məndə nəvar bilməzsin, ortalıqda ged gəzsin.

öküt başdan çıxar, qızıl daşdan. (öküt: ökdə. us. ağıl).

öküz ayağı olunca, bizov başı olmaq yeğ. (xan ayağı olunca, öz başıvın başı ol).

öküz boynun şişirmə.

öküz böyüyüb dəvə olsa, dəvə böyüyüb dağ olar.

öküz olsam yer qatır, dəvə olsam yük ağır. (qatır: bərk). (bəxti çönmüş).

öküz öldü ortağ ayrıldı.

öküz öldü, ortaqlıq savuldu. (ortaqlıq: şərakət).

öküz öldü, ortavçılıq savıldı. (ortavçılıq: ortaçılıqda iş görmə).

öküz özünə yonca əksə başı ağrıyar. (öz dilində yazıb-oxusalar başları ağrır bizimkilərin) (öküz qanmamazlıq simgəsi sayılır. qanmaz kişi öz uğruna işləməyin biləməz. yaxcı pisi seçəməz).

öküzdən süt çıxmaz, axmaxdan öğüt.

öküzə ovhə diyəndə, götürlənür.

öküzü yox qoşmağa, saban gəzir almağa. (saban: xış).

öküzün baş buynuzu, qızın üzünün suyu. (üzünün suyu: 1. utundan, həyasından. 1. üz gözəlliyindən).

öküzün yemin yeyib dananın yerində yatır. (dana yatağında yatır).

öl ağacı qurumazdan burlandır. (höl: şeh).

ölcəyin bilən, ölçəyin bilər. (hər nəyin sonu durur (durur: gəlir).

ölç aşıvın duzunu, bil ağzıvın sözünü.

ölçuləri biraz boş, birazcıqda gen tut, kimsə sən üçün yaşamır, inan!, kəndivi yaşat. yaşa!.

ölçü bilməz: ürək. dəniz. çay.

ölçü bilsən yaşamda, diləyincə yaşarsan.

ölçü dəğişər, ölçüt yox. (ölçüt& ilkə. misdaq. me'yar. qıstas. kıriter).

ölçü ilə iş baş başlayıb dartan ip, yolun tutmuş itirməmiş başını.

ölçü öz özünə ölçülməz. uşaq, öz özünə böyüməz, parça öz özünə biçiləz, yol yolağsız, yerilməz.

ölçü yoxsa bir işdə, bərə verməz bitişdə.

ölçümçü kişi tək qalmaz. (ölçümçü: e'tidalı qoruyan).

ölçümçülük dəngə qorar. (e'tidal, ədalətin zaminidi). (ortançılıq dəngə qarağı). (qarağı: keşikçisi. iltizamı. zamini).

ölçümçülük dəngə qorar. (ölçümçülük: ortançılıq. e'tidal). (e'tidal, ədalətin zaminidi). (ortançılıq dəngə qarağı). (qarağı: keşikçisi. iltizamı. zamini).

ölçüsüz bazar dosluğu pozar.

ölçüsüz durmaz ayaqda bir yapı.

ölçüyə qoymaq üçün başqaların, dənə bil kəndividə ölçü ilə.

öldürənin anası unudar, ölənin yox.

ölecek (eceli gelen) sıçan pişiyin daşağın qaşır. (ölecəyi (əcəli) gelen sıçan, pişiyin daşağın qaşır).

ölecəyi (əcəli) gelen sıçan, pişiyin daşağın qaşır.

öləcək qarqa, qırılmış dala qonar.

öləcəklə olacağa, çarə yox.

öləcəklə olacağa, qara yox. (qara: çarə).

öləkdə (ölməkdə) incimək yoxdu, yaşada (yaşamaqda) incimək çoxdu.

ölən getdi baxma geri, sayqıla olanda diri.

ölən məndən, bel-külük səndən.

ölən sevgi ayrılıq doğur, ayrılıq dərdi kişilər boğur, ayrılıq yoxsa aralıq olur. (aralıq: uzaqlıq).

ölən sevgi basrılmasa kölgə basar çevrəni. (basrılmasa: quylanmasa).

ölən sevgi quylanmasa öd qoxar. (quylanmasa: unudulmasa). (öd: ağu. zəhər).

ölən sığır sütlü, ölən qadın qutlu olur. (qutlu: uğurlu).

ölən sığır süytlü.

ölən var ardıca ağlayan çox olar, öləndə var olmamış kimi yox olar.

öləndə. hammı yalnızdı.

öləni boşla, gələni xoşla.

öləni boşla, qalanı yoxla, duranı tuşla. (duranı tuşla: yaşıyana yiyələn).

ölənin gerisi, güvənin ölüsü olmaz.

ölənlə birgə yıxılıb ölmək olmaz. (doğması ölənlərə dözümlü olmağı öyrədir).

öləsi kişi ölümdən, verəsi kişi malından, evlənən kişi ayrışdan qorxamaz. (ox: əslən).

ölkə başı yetgili, işgillərin deşgili. (yetgili: iş bilən. layiq). (işgillərin deşgili: işgillərin dişgili. müşgüllərin açarı).

ölkə boşuna qalmır, durmağına alır qan, ölkə qorur qorçuya olsun igidlər qurban. (bax uyqura öğüclən, boyun qoydu yazıya, doğma olan yurdunda, itlə doyan çinliyə, əğdi boyun, doğma yurtda yad qaldı. (öğüclən: ibrət vermək).

ölkə dediyin düşmansız olmaz.

ölkə qıvamı, qılıncla qələmdəndir.

ölkə yağışdan çıxıp yağmıra düşüb. (heç nə dəğişməmiş).

ölkədə yalan yatdı, kişi batdı. (yalan yatdı: yalan var oldu).

ölkələr var, -yasalar pitikdə bitər taxcanı bəzər. (bitər: yazılar).

ölkələrin yavası, ölüm qoxar havası.

ölkəni alalıq pozar, aranı kölgəlik. (alalıq: ixtilaf. nifaq). (kölgəlik: quşquluq. örtbazarlıq. açıq olmayıb qaranqu qalan işlər. şəggi şübhə).

ölkəni alalıq pozat, aranı qaralıq pozat. (eli ixtilaf pozar, münasibətləri namussuzluq pozar).

ölkəyə tay tapılmaz. (hər nəyin tayı var, ölkəyə tay tapılmaz).

ölmə eşşək, yonca çıxınca, sararma yoncam torba tikincə.

ölmək varda, danmaq yok!.

ölməlikdən qaçaq yok, ölməyə yol seçim çok.

ölməmişdən can verir urmu gölüm, ağlayasu ağlaram dolsun gölüm. (ağlayasu ağlaram: doymadan, durmadan ağlaram).

ölməsin güdən ölüm, yaşamaq olur.

ölməyə qanat çalmam min nədəndən, bu yaz, bu el, bu dil məni gözləyir. {ölməyə könlüm dəl min nədəndən, bu yaz, bu el, bu dil məni gözləyir. (könlüm dəl: könlüm yox)}.

ölməyinə inanmayan, yaşamın qazanmadı.

ölməzi tanrı yaratmaz, qırılmazı, çanağçı.

ölmü ölmədən tanı, yaşamı vermədən canı.

ölmüş atın, nalı sökülər, dilsiz elin başı.

ölmüş dirilər, unutulmuş ölülər.

Ölmüş eşek kurttan korkmaz. Her şeyini yitirmiş kişinin, başkasına kaptıacağı bir şeyi kalmadığı için hiçbir şeyden korkmaz. (Bayram Özdemir).

ölmüşüydi keçən il könlüdə qalmışdı izi, ışığı kölgələnirdir gözümə hər gecə yar.

ölsəndə qurd kimi öl, qoyun kimi yox.

ölsün o pis ki deyir yaxcı tapılmır.

ölü aslan, çaqqal toparı.

ölü aytdan doymaz, diri daddan. (ölü addan doymaz, diri daddan). (ölü addan doymaz: ölüyə hər ad taxmaq olar). (aytdan: söz sav. danışıq). (ölüdən danışıdıqca söz uzar, diri grünməmiş daddan, yaşam dadından doya).

ölü gedmiş, quraqlıqdan ölənlər. (ölü: hölü: şehi. nəmi. suyu).

ölü götü ballı, ölü keçəl yallı olur.

ölü götü ballı olur, kor ölüsü, badam gözlü.

ölü götü ballı olur. (kəl ölür sırma saç olur).

ölü keçi sudan qorxmaz, od yanmasa tüstü qopmaz.

ölü kişidən ət yox, ad sorulur.

ölü qalsa ərkinə, sıçar yerinə. (ərkinə: başına). (bələr sıçar yerinə).

ölü nədən qorxar, diri nədən qorxmaz.

ölü ölünü, kor koru, kahıl kahılı tanımaz. (kahıl: cahıl. qanmaz).

ölü tanımaz danı, yaşayan atdırar danı, yaşamın gücünü tanı.

ölü tov götürməz. (tov: istilik. yaxınlıq. sinğlik. səmimiyət).

ölü ulu ilənməz, diri ulu dilənməz.

ölü üstünə otaçı, ola bilməz can açı. (otaçı: təbib). (can açı: nəcat verən). (ölüyə həkim gedsin, can çıxmışa netsin (nə edsin).

ölü üstünə otaçı, ola bilməz can açı. (otaçı: təbinb). (can açı: nəcat verən). (ölüyə həkim gedsin, can çıxmışa netsin (nə edsin).

ölü üzü donluğ. (ölü üzü soyuğ olu).

ölü üzü tomluğ: ölü üzü don (soyuq) olur.

ölü var söz ölüsü, ölü var göz ölüsü.

ölü yuvan hammını yuğar.

ölüb öldürmək man deyil, benqu dirilik yaşam deyil. (benqu: benqu: əbədi). {doğuşda qoyuş böylə. (təbiətdə qərar böylə)}.

ölüğ sorağın sormaq. (sorğu suvalı (sual cəvabı) çox uzatmaq).

ölük odun alışmaz, qırıq könül yapışmaz. (ölük: yaş).

ölük odun, güclü odu gec tutar. (ölük: şeh. yaş).

ölük odun, qığılcımı gec qapar!. (ölük: şeh. yaş).

ölük odun, odun gücün, qaytarmaz. (şeh odun, yaşın odun, güclü oda, dayanamaz!).

ölük təzək quru təzək, hamıya düşər gəzək. (ölük: yaş). (gəzək: novbət).

ölülər düşünəməz, anlayamaz, anlatamaz.

ölülər düşünməz.

ölülər sevməyi bilməz sevəməz, təki sevsək duranı bizcə yetər. (konu ölüçülüyü yerməkdir).

ölülər yalnız yanılmaz.

ölüm acqır olur, aldığın vermir geri. (acqır: acımaz. rəhmsiz).

ölüm adlı gül bitməz!. (ölüm hər hançı bir üzdə olursa olsun, ürək açan deyil, gülü oxşar deyil!).

ölüm ağlasanda gəlir, gülsəndə.

ölüm belə paylaşmayıb dəngilə. (dəngilə: insaf ilə).

ölüm bilməz çağını, dəniz bilməz yağını, yaşam əldə xoş yaşa, yeyib yayıt barını. (yeyib yayıt: yaralanıb yararlat).

ölüm bir düşmür yoxsula, baya, birin yatağda tutur, birin dirir darağa.

ölüm boğur, qırır oğur, tüm yollara yasaq qoyur, hər gedişə pasqal (mane') törür, uşaq bilməz qoçaq bilməz, sıcaq bilməz, soyuq bilməz, yaşıl görsə pozur qoyur, axar sular donur qoyur.

ölüm bolqut sayılmaz. (bolqut: dərman).

ölüm carçısın yaşam sevməz.

ölüm çox ağırdır, dirilikdə ölsənsə.

ölüm dovu gəlincə igit qarı bəllənməz, dan tez atar axşam düşər gün batar, qaranlıqda itən batan bəllənməz. (dovu: kəzi. sırası. novbəti).

ölüm döhülü duyulmaz. -ölüm tutdu boğazın, bıraxmadı bir soluq azın. (ölüm: əcəl) (bir soluq azın: lap azı bir nəfəs).

ölüm düşünməyə dəyməz, yaşam düşüncəsiz dəyməz.

ölüm əkilib ucunda başın. (hər yaşın sonu aşmaqdır). (yaşın: dirinin).

ölüm gələndə ''gəlirəm'' deməz, can çıxanda ''çıxıram'' deməz.

ölüm gələnə qal deməz gedənə dur deməz.

ölüm gəlsə buyur deməz, burar gedər. (burar: ayırar. qırar).

ölüm gəlsə buyur deməz, burub geçər. (burub: ayırar).

ölüm gəlsə, qanca qaçsan ol tutar.

ölüm gəzər kölgəsiz, keçtik yerdə iz qoyar. (ölüm: əcəl).

ölüm görməz, yaşam dadmaz. {qorxu bilməz yaşam dadmaz. (qorxu: risk)}.

ölüm kəndiriylə oynama.

ölüm kölgədir düşür, yaşam yolunda yürür.

ölüm qınamaz yaşama yas quranları. (yas qurmaq: əzizləmək). (ölümə toy tutanlar) (qaramsar kişi ölümə uyar, ölümü övər). (qaramsar: pesimist).

ölüm qorxu bilməz.

ölüm qoymuş ağu oxun kirişə, bilmək olmaz haçan cana irişə.

ölüm qudurğan olur, aldığın ələ verməz, ala deməz ələ girməz!.

ölüm min kərə gəlir, bir kərəm alır!.

ölüm oxu saçılsa, kimin alıb götürər.

ölüm olar bir olay, gözlənmədən enirsə, doğal durar doğuş ösüş qocalmaq, ölüm sıran gəlirsə. (olay: hadisə). (sıran: sırayla).

ölüm olsun ölüm deyənə.

ölüm otun içmədən, yaşlıq çağun keçmədən, könlün istər edinqıl. (otun: ağısın). (ürək istəklərivi yejinə yetir).

ölüm önündə, yaşam qoşuya dönür. (qoşuya: şe'rə).

ölüm səssiz gəlir sözsüz keçir.

ölüm siliş, itiş batış yazılı, varlığında olduğuvu yaşarsın!.

ölüm sorğasız, sorağsız keçər.

ölüm soruşmamış gələr. (soruşmamış: xəbəsiz).

ölüm tanışılır, alışılmır.

ölüm tox, öldürmə yox. (tox: hak. haq). (ölüm toxlu, öldürmə yoxlu). (toxlu: haklı). (yoxlu: haksız).

ölüm tutar ansızın, bu gün gəlsə qoymaz qala yarına. hər kim çəkə kəndi özün tarıma, bəkləməsin fırlaq evrən çönər onun yarına.

ölüm yağlı yavan tanımaz, sən ölümü saymasanda, ölüm səni unutmaz.

ölüm yaxın görən yox, umut qıssa bilən yok, yollar uzun gedən yok, gedənlərdən dönən yok.

ölüm yarış götürməz.

ölüm yaşamdandı, yaşam ölümdən yox.

ölüm, ala deməz ələ girməz, aldığın verməz.

ölüm, olum içində doğub, birin yorub, mininsə boğub.

ölüm, olum ölçüsüdür. (olumu, ölüm dəğərə mindirir).

ölüm, yoxluğa varlıq verir.

Ölümden öte (-ye) köy yoktur. Her şeyi göze alabilen için çekinilecek başka bir şey yok. (Bayram Özdemir).

ölümdə güc yox ansın anlasın, yerə çırp başın, kökü patlasın. (kökü: götü).

ölümdən ağır, ölümdən uzaq sanılmaz. (ölümdən ağır nərsə yok).

ölümdən danışanda, güləndə olur, ağlayanda.

ölümdən güclü, sevgidir.

ölümdən, dəli qorxmaz. ölümü, səfeh saymaz, ölümə usuğ aldanmaz. (usuğ: ağılı).

ölümə darıxan, qayın tapar. (qayın: bəlasın).

ölümə düşün, yaşam üçun, yaşamaq deyil, ölüm üçün.

ölümə düşündükcə, yaşamın dadın iyi alıram.

ölümə gülmək, yaşamaqdır.

ölümə gülmək, yaşamaqdır.

ölümə güvənən, dirliyin yaxşı yaşar.

ölümə hən deyən, bir kərə ölür, ölümdən qorxan, min kərə.

ölümə keçmə, ölümlə keçin.

ölümə nə süzülürəm, nə üzülürəm, yaşarkın yaşın dadın çıxarmalıyam.

ölümə yubanmaq olar, qaçmaq yox.

ölümə, ölüm yoxdur, ölməzə olum yoxdur. (olum: imkan). (evrənin işi devirməkdir. bir başdan doğur, bir başdan boğur, doğuşla boğuşun arasında, etdigin ed.

ölümlə çəlik çomaq oynayan çağın itirər.

ölümlə döğüşmə, yaşamla barış.

ölümlə dur göz gözə, gizin yoxsa mutlusun. (gizin: gizli olanın. üzə çıxarmadığın. ulaşa bilmədiyin. görülməmiş işin).

ölümü çatan buğa, baltadan qorxmaz.

ölümü danmaq, vara aldanmaq.

ölümü dirlik ola, ölümsüz dirlik bula, başlı (yaralı) könlüm onqula, yağluyu (mərhəmi) sən olasın.

ölümü gəlməz yetdi, ölümü gələn getdi. (ölümü: əcəli).

ölümü görməyən kəndin itirir. (yaşam həp qazanmaq deyil).

ölümü yaxlaşan quşun əsər qanadı.

ölümün düşünən işin bitirər, durmuş yaşama dəğər biçirər. (işin bitirər: əkdiyin əkər, edməlisin edər). (durmuş: yaşam).

ölümün gözü yox, görsün, sözü yox, söyləsin.

ölüncə, kirdən arınır.

ölünü dirildincan, diridə can qalmaz.

ölünün nəyinəki (sikinəki) dirilər halva yeyir.

ölünün nəyinəki, dirilər halva yeyir.

ölür isən gordan başqa yerin yox, yaşında sən nərsə üçün yarar ol. (diri oldun sanda ol). (sanda ol: nərsiyə yara).

ölür şanı galır, igit ölür namı galır. at ile igitin birbirini tamamladığı anlamında bir söz. (Bayram Özdemir).

ölürsə gün, ayım öksüz, gecən yiyəsiz qalar.

Ölüsü olan bir gün, delisi olan her gün ağlar. Yakınların birisi ölen kişi ne kadar ağlasa üzülsede zamanla acısı hafifler. Çaresi olmayan bir rahatsızlığı olan kişlerin yakınları ömür boyu üzülürl. (Bayram Özdemir).

ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün ağlar.

ölüyə günüdə ağlarlar.

ölüyə otaç gedsin, can çıxmışa netsin. (netsin: nə edsin) (otaç: otaçı: həkim). (ölü üstünə otaçı, ola bilməz can açı).

ölüyə pay düşməz. (ölüyə pay yetişməz).

ömr qısqa, ötəri günlərimiz keçmədədir, eşqim içrə yaşamam nisgilivi.

ömrə tapı yoxdu. (tapı: qəbalə). (ömrə qəbalə yoxdu).

ömrün asdarı yox, tək üzü var. (sana yuxu ömürdən, yaşamdan sayılmaz).

ömür boyu gülər olsun, axar sular axar olsun. (alqış: xeyir dua).

ömür qıssa bitməz qalar arzılar, kiçik dilək yaş keçmişkən arzılar.

ömür qıssa söz qalar, odun yanar köz qalar, közdə yerin kül alar.

ömür ötgərib aytaraq yalan, yalaçı ölər savğası palan. (ötgərib: keçirib).

ömür varkən, umur var. (umur: ümidçilik).

ön ayağ izin, ard ayağ pozar.

ön oylansan hər işdən, ökünməzsin heç işdən. (hər işdən ön oylansan, heç işdən peşman olmazsın).

öncə düşün, sonra danış.

öncə ovla sonra seç.

öncə sanış, sonra salış. (öncə düşün, sonra danış).

öndəkinin çaşını daldakı bilər. (çaş: səhv).

öndəkinin çaşını daldakı bilər. (öndə gedənin yalnışın, arxadaki görə bilir). (çaş: səhv).

öndərin gör, qarşını tanı. {qarşın: (qaraşlı olan, üstündə göz olunan). ümmət}.

önər önərdən önər. (baş başdan üstün).

öngü gözəl göz görər, engi gözəl iş görər. (öngü: üzü. zahiri). (engi: içi. batini).

öngü gözəl tez keçər, engi gözəl ömürlük. . (öngü: üzü. zahiri). (engi: içi. batini).

önüb ösgən ocağından savılma. (önüb ösgən: doğduğun böyüdügün) (doğma yurduvu unutma).

önüm verməz yalan, dedilər, əkildi, doğdu doğdu, doğrunu boğdu.

önün anlamayan, sonun danlar.

önyarqıdan yad olur, düz ilqarlı doğru dos. {önyarqı: soxa. qərəz. (pişdavəri. prejüj)}.

öpgən gəlib yügrəmə, arslanlayu kükrəmə, yağuq (düşmən) başın doğrama, otur dincəl düşünqıl. (öpgən: hirs. qəzəb). (kükrəmə: gurlama).

öpməyə can dilərmiş dodağın.

Öpülecek el ısırılmaz, Saygı duyulan, yararlanılan kişilere saygıda kusur edilmez. (Bayram Özdemir).

öpüşmək qonca ləplərlə, quçuşmaq incə bellərlə.

ördək balası üzgən olur.

ördək çönüb qaz olmaz, gəlin gəlib qız olmaz. (yağu çönüb dosd olmaz).

ördək değil, qarqaya belə oxşamır, axı bu quş deyil.

ördəyini əsir gəlmə qazlıdan.

örkən necə uzun olsa da doğanaqdan keçər. (Araz Gunduz).

örkəndə geddi börkdə, ipdə geddi, başda.

örkəndə geddi, börkdə geddi, ipdə geddi, başda geddi.

örtük düşdü, dan söküldü (sökərsə dan, sönər gecə. dan sökdü, yandı gecə. (başlıq düşdü, baş göründü. taqqa düşdü, kəl göründü).

örtüyün dəğəri yağmırda bəllənir.

örümcək ol, ərincək yox. (ərincək: təmbəl).

ösgürürsən xəsdə deyirlər, axsıyırsan çolaq.

öt keçər kişi doyumaz, yalquq oğlu banğu qalımaz. (çağ ötər insan doymaz, bəni adəm ölməz qalmaz). (öt: zaman).

öt keçər kişi duymaz, yalqın oğlu mənqu qalmaz.

öt keçər kişi duymaz, yalqın oğlu mənqu qalmaz. (öt: zaman). (mənqu: ölməz).

ötdü igitlik devran, otdu qarrılıq duman, itdi yaxşılıq yaman, bilməz dərək evrən!. (dərək: qədir).

ötdü yaşın yapmadın işivi, ötün qaydı çatmadın yeşivi. (ötün qaydı: çağın keçdi, yaşlandın). (yeşivi: yüküvü). (gənclikdə işi görməyən, qocalıqda yüksüz (malsız. ev eşisiz. əli boş) qalır.

ötən çağlar iz qoymadan ötüşməz, keçən günün han çabasan dönüşməz. (han çabasan: qança, nə qədər, nə dərək çalışsan).

ötən dönür, ötün dönmür. (ötən: keçən) (ötün: zaman).

ötən günə gün çatmaz, calasan günü-günə. (Ara Gündüz).

ötən günlər tapılmaz, gələn günlər satılmaz.

ötən işə öksünmə. (ötən işə axsınma). (öksünmə: axsınma: ax max edmə. büksünmə. boşmanma. püşmanlama. peşmanlama).

ötən keçən dadlı, ölən inək sütlü olur.

ötən ömrü nə elə nə yelə ver.

ötən ötdü, keçən keçdi biz demişdik, istəmişdik olmadı, ''bir bölərdik sevinci biz, dərdi biz, bir olardı sevincimiz dərdimiz''.

ötən ötün, bırax dursun yerində, qaynatmasan qalxıb durmaz önündə. (ötən ötün: keçmiş. ölən, keçən çağ). (ötmüş ölmüş, bırax dursun yerində, qaynatmasan qalxıb durmaz önündə).

ötən sevgi yaxış bilməz. -olan olmuş keçən keçmiş, nə deyirsin de, nə yeyirsin ye!. (ötən: ölən). (yaxış: rəhmət. xahiş).

ötən utansa ötməz, oğru utansa edməz.

ötən yollar artıq geri dönüşməz.

ötənlərdə aylanma, çağun keçər, közün sönər, görən gözün kor qalar. (ötənlərdə aylanma: keçənlərdə gəzinmə).

ötənlərə köçənlərə yarqı, qalanlara can sağlığı. (ölü üçün söylənir).

ötənlərə ütükmə, gündəligə gecikmə, yarınları unutma. (ötənlərə ütükmə: keçmişlərə yanma, püşman olma).

ötənləri arama, kilkə başı darama.

ötənlərlə ötməgör, diriklərlə oturqıl. (ötməgör: qoşulub köçmə, keçmə). (diriklərlə: dirilərlə. yaşayanlarla). (oturqıl: otur dur). (ötüb köçənlərlə, keçənlərlə sarğışma, ülfət tutma, yaşamda, dirilərlə ötüş, otur).

ötər gözəl xoş könüllə, olsa xoruz çöplüyündə.

ötəri gələn, oturub keçər.

ötgə ışığı, yarını açmış. (ötgə: tarix).

ötgən çağun uçmuş quş, qayrılıb gəlməz ünləsən. (geçmiş ömür qaçğan quş, çağırsanda dönməmiş). (keçəni boşla, qalanı xoşla).

ötgən günün tapılmaz, gələn günün satılmaz. (gələn: gəlcək).

ötgür olsunda pıçaq, kəndi sapın yonmamış.

ötgür sirkə qabına, ötgür qılıc qınına çor. (çor: ziyan. zaval).

ötgür sirkə öz qabına çoğ vurar. (ötgür: iti). (çoğ: ziyan).

ötgür sirkə öz qabına çoğ vurar. (ötgür: iti). (çoğ: ziyan).

ötlük inci, yerdə qalmaz. (ötlük inci: dəlik mıncıq).

ötlük qartmışa, bəzək dalqımaz. (ötlük: zəmanə). (yaşlı qadına bəzək ayıb sayılmaz). (dalqımaq. qəbih saymaq. eyb, ayıb, qusur edmək).

ötmədən qolunda tovon, qılında yaraq, geyinsəndə başqa dona, alacaq qalsanda sona, ölüm işi qaçılmaz, atırsa ox çaşılmaz. (tovon: gücün).

ötməz pıçaq əl kəsir. (ötməz: küt). (sanmadığın iş olur). (sanmadığın: güman edmədiyin. ağla gəlməz).

ötməz piçaq, əl yırtar. (kəsgin piçaq istənilən yeri kəsər, ütməz piçağı gücləsən, istənməz yerə keçər). (hər işin yaraqı var).

ötmüş ölmüş, bırax dursun yerində, qaynatmasan qalxıb durmaz önündə. {ötən ötün, bırax dursun yerində, qaynatmasan qalxıb durmaz önündə). (ötən ötün: keçmiş. ölən, keçən çağ)}.

ötmüş, itmiş.

ötnəmədən yetmədi, - əkinmədən biçmədi. - istəyən yetər, əkən biçər.

ötnəmədən yetmədi, (əkinmədən biçmədi). (istəyən yetər, əkən biçər).

ötnü alan min əlli, ötnü verən bir əlli. (ötnü: . ötüş. ödünc. ötnə. borc).

ötnü aldın unutma, öynü verdin anıtma. (anıtma: tez tez soralaşma, yada salma). (ötnü: . ötüş. ödünc. ötnə. borc).

ötnü verən oddadır, atda odu ötnəni. (ötnü: . ötüş. ödünc. ötnə. borc).

ötsə izdə ustadı, çəkdiyi qın itilməz. (izdə: çəkirt> şagird). (qın: zəhmət).

ötsə ötün soğur izlər, tozar rəhlər. (zaman keçdikcə izlər savrulur, boyalar solur).

ötük ötür, köçən köçür, nə yatmısan, oyan qıl. (ötük: zaman. tarix).

ötüksüz suç varmı bilən, söylə bana söylə giləm. (ötüksüz. keçinməz. bağışlanmaz. əff olunmaz).

ötün ötər keçən itər. (ötün: tarix. zaman). {ayrılıqlar uzun yolda toxdanar). (toxdanar: bitər. sakinləşər. yaddan çıxar)}.

ötün ötür dağlar ərir, bağlar çürür, yeri batır, suyu uçur. (ötün ötür: zaman keçir).

ötün ötür heç baxmayır geriyə. (ötün: zaman).

ötün ötür, hər nə unutulur. keçən yoxumuş, sonu poxumuş. (ötün: çağık. çağ. zaman).

ötür ötər, otur əğrilər, ağır baylıq ayrılır, bir ağıza baxmıyan eldən. (el içində ağızbirlik baş olmayan, hakim olmayan elgənin (millətin) ötrü ötər (zamanı sovuşar), otru (taxtı) əğrilər, çox böyük devlətçiliyi olsada yıxılar).

ötüşməsən barış olmaz, öcəşməsən yarış olmaz.

ötüşməyin bacaran, yaşam içrə sıxılmaz. (ötüşməyin: keçişməyin. bağışlamağın).

övünməklə sevinc, işdə bəllənsin!.

övüşü qulaq duyar, baş cayar. (övüşü: övgünü. tə'rifi. mədhi).

öylə ayruqlu gözəlsin kim sana yokdur dərək. (ayruqlu: ayrıqlı: müstəsna) (dərək: bədəl).

öylə biçin çəkə bil, dəğər biçsən sevgiyə.

öylə bir taymaz gözəlsin kim sanın yoxdur tayın, səndən ey can əl üzülməz çıxmasa canım mənim. (taymaz: taysız).

öylə taymaz bir gözəlsin kim sənin yox almaşın. (taymaz: müstəsna) (almaşın: bədəl). (öylə müstəsna gözəlsən kim sana yoxdur bədəl).

öylək günü tavratır: fələk (zəmanə) ruzgarı devirir.

öyrənmək baxmağınan olsaydı, it qəssab olardı.

öytgəpdir ömür durmaz. (yaşam ötəridir davam gətirmək). (öytgəpdir: . ötəridir. keçəridir. müvəqqətidir).

öyüdü ver alana, qalığında (artığ) qalana.

öz atın öz pişiyin, xoş gəlir.

öz atına qulluqdan qalan, piyada qalar.

öz atına qulluqdan qalan, yaya qalar. (yaya: piyada). (öz atına qulluqdan qalan, qalar).

öz başındakın buraxıb, başqa başa inanma.

öz buyruğum, öz quyruğum.

öz çörəyivi, özgə süfrəsində yemə.

öz dadını itirən, özgə adın dilənir.

öz daşınsa aşqazanın sındırar, aş özgənin aşqazanın sancıdar. (aşqazanın: . mə'dən) (özgə aşı: minnətli aş).

öz dərəkin özün biç, el biçəni borc olsun. (dərəkin: tutarın. qiymətin).

öz dilim yaşar, elkütüm yaşar. (elkütüm: el obam).

öz dilimi danışmaqdan usanmaz mən, ana dilimi danışmaqdan utanmaz mən. (usanmaz: yorulmaz. sarsılmaz. bezməz).

öz dilin bilsin, elgünüm gülsün.

öz dilində yaşayırsa, yurd elim şən qalacaq.

öz dilindən ayrılan köksüz, atanasın itirən öksüz qalır.

öz dilindən keçənlər, özgə dilə yananlar.

öz dilini caydıran, -çöl əsri öz yurdunda qalanmaz, oğun səpsə, əkin əksə, öz uruğun salanmaz. (oğun: tuxum).

öz doymamış göz doymaz. (öz: nəfs).

öz evivin pişiyi, özgə evdə bəy olma.

öz əğrisin görənməz, heç bir poxda yeyənməz.

öz əkdəşin qıymırsa, özgəsindən gözləmə. (əkdəş: qohum).

öz əlin, öz daşın, ağrımaz başın.

öz əlində tutulu qalmağıvı bilməlisən, qutaranmaz səni kimsə öz əlindən başqa. (hamı öz içinin əsiri).

öz gedərin bilsənsə, gəlir özün qoruyar.

öz gözünə, tikan əkir.

öz güldonun öz gülün, öz ocağın, öz külün. (güldonun. güldanın).

öz içidə yatmaz gəp, el içidə yatarmı!. (içidə: içində).

öz içində yatmadıq, el içində yatmaz. (yatmaq: gizli qalmaq).

öz ipivi, özün eş, danışmada, uğun, eş.

öz istəyivə olan sevigi kimsəyə alçatma. (sevigi: eşqi).

öz işimin bir qılın, dəğişmərəm min qılına başqasın (öz işimin bir qılın, bir telin, bir cıqqışın, özgələrin min lovğalı işinə dəğşimərəm).

öz işinği özün qıl, batsın dodaqlar yağa, ax vaxıvı qoy yada, tövərəgivə dad olsun. (tövərəgivə: dövrə bərivə).

öz işini başlayıb qurtarana, işləyən deyərlər. işlərin başlayıb buraxana yaki başlamayana təmbəl deyərlər.

öz kəndivi bıraxıb, dalındakın qurdama.

öz kəndivi itirsən, artıq qalmaz nərsə səndə itirmək.

öz kölgən dah dala, dah qabağa düşər.

öz kölgəsindən qorxan, oğruya yem olar.

öz kölgəsindən uzağı görmür.

öz küllüyü, hər xoruza gül gəlir.

öz qatın qartan. (öz yaravı bağla. (ölçüvü aşma). (öz işən bax).

öz qayığın, öz qayğın.

öz qazdığın çuxur çəkər səni.

öz qusduğun yiyən yaxcıdı ondan ki özgənin poxun yeyər.

öz ossurağına şıllaq atan, özgəsinin poxuna batar.

öz öziylə özləşən, üzlü üzlə üzləşməz. (özünü ağır yüngül edən, sıtıqlarla (üzlülərlə) üzləşməz).

öz özün usu yetməz, usluların sözün tutmaz. (gicoğlu gic) (usu: ağlı). (usluların: ağıllıların).

öz özünə bəylik edən, öz özünə qulluq edər.

öz özünə heç bir acı sağalmaz, arın duyqu kef olmasa kişioğlu çağalmaz. (duyqu: duyu). (çağalmaz: çağlamaz. kökəlməz. həzz almaz).

öz pişiyin aslan görən, özgənin aslanın pişik görər.

öz sinin özü qazar, öz yolunu özü tapar. (tapmaca) (damcı. su).

öz sözüvü batman tut, yüngül otur, ağır uç. (batman: ağır). (yüngül otur: şişib oturma). (ağır uç: ağır, ölçülü davran, təprən).

öz tarazından, daş götürmə.

öz tuşunla düş gilən, quş oldunsa quşlarınan uç gilən. (tuşunla: babınla).

öz varına bulğanar, hər gələnə tullanar. (bulğanar: şişinər).

öz yağında qal, öz yağınla piş.

öz yağında öz yağınla kəndin üçün ışıqlan, dosd olmaza, yad ellərə öz yağınla yaxuşma. (yaxuşma: yaxınma. yanma).

öz yerini tap otur.

özbək dər. -öz dilimni sözləşidən qayıtmas mən, ana dilimni sözləşidən uyalmas mən. (özbək dər: özbək deyər) (sözləşidən: danışmaqdan) (qayıtmas mən: dönməz mən. dönmərəm) (uyalmas mən: utanmaz mən. utanmaram).

özən olmayırsa nərsiyə, gücən nərsə çıxmaz ərsiyə. (özən: rəğbət).

özənməyə uzmanlığız gərəkməz, yetər görmək bir kərə, düşün qılmaq on kərə. (özənməyə: diqqətli olmağa). (uzmanlığız: ustalığız). {bir yalnışlıq min çəlnişə yol açar. (çəlişə: çəlnişə. təzadda. uyqunsuzluğa. müsibətə)}.

özənsiz yanaşma qıldığın işə, işdir gördün düşüb əğridən dişə. (özənsiz: rəğbətsiz. meyilsiz).

özgə ağzına baxan, ac qalar.

özgə atna (atına) minən, tez düşər.

özgə başın bağlayır, öz halına ağlayır.

özgə evinə çırağ yaxsan, sənin evin yarışmaz (sənin evin ışıqlanmaz).

özgə gözdə seçəyir qıldan qılı, görməyir kəndi gözündə dirəyi. (seçəyir: seçə bilir).

özgə gözlə qız alma, gecə gözlə bez alma.

özgə könlün alıncan, kişi olar yarımcan, kəndi könlün alqınan, hamı yarsın yarından. . (yarsın: yararlansın. istifadə edsin). (yarından: faydandan).

özgə söz verir, öz verməz.

özgə üçün kəndi özün qınama, ömür durmuş başdan dibə sınama.

özgə yalnışın güdmə, kəndi düzlüyün güdündə güvən.

özgə yurda xan olda, öz yurduva qulluqçu. (dünyayada ağalıq edsən, öz elivin qulluqçusu ol).

özgə yurdu görməsən, doğma yurdun tanınmaz. (tanınmaz: doğru tovsif olunmaz).

özgədə yüyən, duramaz güvən. (yüyən: noxda. cilov).

özgədən gözləməyin çəki yoxdur. azıda yanlış, çoxuda. (çəki: ölçüsü. həddi. əndazəsi).

özgədən kəndiri qırıv, kəndivə quşan. (qırıv: qırıb: qırı ver. qırı verib). (bu söz, kişini kəndisinə güvəncə çağırır. güvəncə: güvənməyə).

özgədən yoxdu kömək, əl ver uzat yoldaşuva.

özgələr ağzına baxan, avara qalar.

özgələrdən öğrəşdə, öz bildiyin itirmə. {öğütən ödəyən deyil. (öğütən: nəsihət verən). (ödəyən: cavabdeh)}.

özgələri özgərməyin güc gəlir, çalış kəndi özün özgəriş. (özgərmək: dəğişmək).

özgəni boşla özündən danış.

özgənin atı uzunsa, mənim yayım uzsun.

özgənin dərdinə, dözməyə navar.

özgənin əlinə baxsan, əli bağlı qalarsan.

özgəyə gəngəş (məşvərət) et, öz bildiyini əldən qoyma.

özgür olamaz mutluqu bilməz, hər kimsə bunun dərkinə varamaz. (dərkinə: fərqinə).

özgürlük gərəklərdən seçimdir.

özgürlük olduğundan bacardığınca yararlanmaqdır. (olduğundan: olanından).

özgürlük, ərginlik iki, neçə seçim arasındadır.

özgürlüyün qızlatmayan (qiymət verməyən), qısılı qalır.

özgürlüyündə dadı cibi pullu, el içində olub, qoşalıqdadır. (qoşalıq: cütdük. boydaşlıq).

özgüyə çonğur (cola) qazan, özü düşər.

özgüyə gülmə qıl zinhar, sənədə gülənlər olar.

özgüyə güvəndikcə qurtuluş yok.

özgüyə quyu dərin qaz, düşdünsə, çıxmağın çətin olsun.

özgüyə uyma beyni kehətir, işi gecətir, başı gicətir, huşu koratır.

özlədiyin çiçəkdirsə, hər nə dirsə, təki onla ol!.

özləm nisgildir qoğzayır başın, desin, sevgiyə azca dolaşın.

özləm, nisgil ölüm havasın çalar, köçərçinin köçgəbəsin yırqalar.

özləməm ötəni, gözləməm gələni, yaşaram olanı.

özləri unudub, üzlərə tutulma.

özlərlə otur dur, özgərdən uzaq dur. (özlərlə: yad olmayanlarla).

öznəməki yaraşırsan nəyə sən, çalışan ol iyiliklər topunu sən yığasan. (öznəməki: diqqət edməki. önəmsəməki).

öznü ağa deyən, keçisin təkə dər.

özsıran oğuldan, yazsıran qışdan qorx. (özbaşdaq oğuldan, yazbaşdaq qışdan qorx). (özsıran: özbaşdaq. özbuyraq. özündən başqası sözünə, yoluna gedməz). (yazsıran: yaz havası çalar).

özsıran oğuldan, yazsıran qışdan qorx. (özbaşdaq oğuldan, yazbaşdaq qışdan qorx).

özü biçər, özü tikər. (başdaq. özbşına. özbəy).

özü doymamış gözü doymaz. (özü: nəfsi).

özü duzlu, bəxdi buzlu.

özü ellər mələyi, evim tülkü dələyi.

özü küllük sərçəsi, könlü göylərdə gəzir.

özü ölçər özü biçər, özü gəlib özü köçər.

özü ölçər özü biçər, özü toplar özü tökər.

özü tapsın özü yapsın.

özü tox olan, gözü ac qalmaz. (özü: nəfsi).

özü uka özü nökər, özü ölçər özü biçər. (uka: ağa).

özü uzaq, poxu yaxın. (yamanın qıldığı iş uzaq gedər).

özü üçün yatır başqalar üçün yuxu görür.

özü üzsüz, sözü duzsuz. (üzsüz: çirkin).

özü yəhərin qaşında, gözu qazanın aşında. (bir ayağı gorda, biri toyda).

özü yıxılan ağlamaz, kor qalar ağlamaqdan, başqasına inanan.

özüm özümə, külü gözümə.

özüm yedim yox oldu, özgə yedi çox oldu.

özüm yoxsa içimdə, sevgi yoxsa gözümdə, düşəndə yox tutanım, uçmanda yox qanadım.

özümə olsam yaram, dönəmlə bitər yaram. (yaram: kömək). (dönəm: zaman).




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin