yayanı. yayanı. piyadanı. -atlı oldun lağa qoyma yayanı.
yayda ayransız, qışda yorqansız olma.
yayda bir gün boş qal, qışda on gün ac qal.
yayda ilandan qorxan, qışda çatıdan qorxar.
yayda kölgə xoş, qışda çuval boş.
yayda qazan, qışda qazan qaynasın.
yayda oğurlayan, qışda boynuna alar.
yaydan çıxan, ox yanmaz (dönməz).
yaydan çıxsa ox dönməz.
yayı kölgə xoş, qışda çuval boş. (yayda kölgə xoş, qışda çuval boş).
yayılmaz iş, ölüyə oxşar. (yayılmıyacaq bir yazı, ölü doğulmuş uşaq kimidir).
yayın bir günü, qışın yeddi günün yetirər.
yayın kölgə kovan, qışın qarnın oğar. (kovan: boş. işsiz. içsiz).
yayın kölgəsin güdən, qışın qarına düşər.
yayın yanqısı qışa qalmaz.
yayın yasmaq gərək, yarağın (silahın) asmax gərək. (- yayın yasub, yarağın asub).
yayın yaylaq, qışın qışlaq içində, gahıni gülsər, gahın tağlar içində.
yayınıb dağlara canavarlar, yeridilər savaşa canı varlar. (canlılar).
yaylıq örtən kişidənsə, papaq qoyan qadın yaxşı.
yaylıq örtən kişidənsə, papaq qoyan qadın yeğ (yaxşı).
yaz bayramı iş çağlamı, kef oyçamı, dos toyçamız qutlu olsun. (
Dostları ilə paylaş: |