oyçamı: əyyamı). (toyçamı: toylanma çağı. yığnağan oy).
yaz bir çiçəklə, yazlamaz heç.
yaz bir gülünən başlır, miniylə bitir.
yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir.
yaz deyib otsuz, qış deyib suvsuz gəzmə.
yaz gəlibdir yaşıl ösər, alğa çıxar, topraq busar, bülbül güldən gülə tovsar yaz gəliri, yaz gəlir. (yaşıl ösər: göy gögərər). (alğa: alala). (busar: bozarar. rəng dəğişər). (tovsar: qaçar. qonar).
yaz gəlmədən, qar gedməyib, ot bitməz.
yaz gətirər, qış götürər.
yaz gününün yağışı, ər arvadın savaşı.
yaz kəsmiyi, qış xuruş. (kəsmiyi: pəniri. pendiri). (xuruş: yemək qarası, gözü).
yaz qıncılıq, qış dinclik. (qıncılıq: əzab. zəhmət).
yaz odunu, qış qazanı qaynadar.
yaz olmasa, yağ olmaz, dil olmasa, baş olmaz. (baş olmaz: düşünmək olmaz).
yaz saklanmamış, qış aranmaz.
yaz yapan, qış qapan.
yaz yapıya bax, qış qapıya.
yaza çıxardı danasın, bəyənməz oldu anasın.
yaza çıxarsan – tərə yesəndə, kərә yesəndə.
yaza çıxartdıq dananı, bəyənməz oldu ananı. (hər iş gördün ipin ucun bıraxma). (uşağa, balava güc versən, birinci atanasın danar).
yazacım yazmasa gərçəgin sözün, silin ürəkdən itirin məni. (yazacım: qələmim).
yazan unutmuş, yazın unutmamış.
yazan yazıcı korudu, yapdığı bizə gorudu.
yazana baxma, yazdığına bax.
yazar unudar, yazı unutmaz.
yazda ayrandan, qışda yorqandan olduq.
yazda beyin, qışda qazan qaynasın.
yazda çalan, qışda oynar. (çalan: oraq vuran).
yazda çalxan, güzdə yalğan, qışda yarğan.
yazda gəzir, qışa tuş gəlir. (oyun hər başa gələr).
yazda hərəkət, güzdə bərəkət.
yazda yatan, qışda üşüyər.
yazda yaz, qışda qıs. (yaz: açıl. çıx).
yazda yür, qışda dur. (yazda, yayda işlə, qışda dişlə, dincəl).
yazdaki sulun özürgəli (gözürgəli), evdəki toyuğu ötürmə. {çöldəki sonaya (qırqavula) göz tikərkən (istəyib, seçib bəğənərkən), əldə ki quşuvu bıraxma, gözdən salma}.
yazdı ölkəmə bir yazı, çəkəmmirəm artıq, yazmaq istəyirəm bir kərə daxi, yazımdan qasılmış, yayım artıq.
yazdı topraq açan, yapraq tökən, beli bükən qış olur.
yazı ayrandan, qışı yorqandan olduq.
yazı bizni birləşdirməsədə, mən dünyanı sənsiz ötəmən, yüzüvün güzgüsün bağrıma basıb, sinimə birgə alıb gedəmən.
yazı budur qazma alıb dərin quyu qaz gilən, çürük iplə ağırdaşla ol quyuya düşmə qıl. yaşam seçənlərindir!. (taşutsuz böyük qazanc olmaz) (taşut: daşut. risk. xətər). (yaşam budur su verməsən quruyar, könül olsa qolay yerdən qol atar).
yazı haxla, yemi saxla.
yazı sənin, dildə sənin söz sənin, yazac alıb öz yazıvı özün yaz, qazac alıb yatlağ sinin özün qaz.
yazı varsa, azı yox. (yazıdan azı yox).
yazı yazan özünsən, əkdiyivi biçərsən.
yazı yazmaz birin güllüyə, bir obirin küllüyə. (yazı: qədər).
yazıda böri ulasa, evdə bağrı atın titrişər (datrışar, dartışar).
yazıdan, azı yox.
yazıq görməz olmaz ər, bir yazıqla ölməz ər. (
Dostları ilə paylaş: |