yoğur vermədən: səyasət edmədən). (göz yumduğundan, uğur gözləmə).
yoğurçusu yoğurar, kilimçisi toxuyar, gəbəcisi doğurar, xırmançısı soğurar, çevrənçisi çevirir. (gəbəci: doğumu yaxın olan boylu). (işivin uzmanı, ustası ol. bilən iş ardıca ged).
yoğurt yoğurt danışmaqdansa yoğurub danışmaq yeydi.
yoğuş könüldə yaşır, başda yok. (yoğuş: sevi. rəhmət. məhbbət).
yoğuş tezraq düşür dan atmamış irtin önü. (yoğuş: kərəm. rəhmət).
yox bir kimsə aldanmağa geciksin. (heçkəzin aldanmağa kimsə gecikməmiş).
yox bir yapı yapıqsız, yox qablama qapaqsız. (yapıqsız: qapısız. giriş çıxışsız).
yox dinləmək diləməz, hən duymadan yorulmaz. (yaltaqçı kimsə).
yox ertiyə bir sözüm, keçmişimlə döğüşüm, işi qoymam yarına, gücüm çatsa gününə. (ertiyə: sonraya. gəlcəyə).
yox olmasın arçağlar, var qalmasın alçağlar. (fərqlər aradan qalxmasın, əsgiklər uzun sürməsin).
yox olsun yoxsulluq, varlığa nə darlıq.
yox salı, xoş salı. (
Dostları ilə paylaş: |