bəklərin: səni bəkləyən).
yolda duran aparır, gözü yolda gəbərir.
yolda düşən yolda qalar. (yolla gələn yola gedər, yellə gələn yelə).
yolda işdə iki olda, yemək başı təkdə olsan ötüşər.
yolda qalar yük əğrisi, tuşlar amac ox doğrusu.
yolda qoşulan yolda qalar.
yolda yoldaşım, evdə sırdaşım.
yolda yoldaşın, evdə sırdaşın.
yolda yoluğan, yoldaş olmaz.
yoldalçının başı yolda qalat. (yol kəsənin, yağmacının qafası yolda qalır). (küzə su yolunda qırılır).
yoldan gəldin tozun sil, ağzın açdın sözün bil.
yoldan irəli - yoldaş, evdən irəli - qardaş.
yoldan qal, yoldaşdan qalma. (yoldan keç, yoldaşdan keçmə). (yaramaz biriylə, iyi yola çıxmaqdansa, iyi yolu sağlamaqdansa, iyi yoldaşın olsunda, otur, yaşa).
yoldan yoldur, yollar içi biyoldur. (
Dostları ilə paylaş: |