yov: yağu) (eşər: toxur. bəzir).
yov yox demə yurdunqa, qurd yox demə malınqa. (yurd düşmansız, mal oğrusuz olmaz).
yovşan kölgəsi dovşanlıq, palıt kölgəsi sürülük olur. (yovşan kölgəsinə dovşan sığar, palıt kölgəsinə bir sürü).
yovu qarınca görmə. (yovu ''qarnı incə'' görmə). (yovu: düşmanı).
yovu ''qarnı incə'' görmə. (yovu qarınca görmə). (yovu: düşmanı).
yozulmamış qanun, oxunmaz.
yöndərilmədən ər olmaz, duzlanırsa, buz olmaz.
yuğarsa qanı su, qan suyu bular. (qan suyu bular, su qanı yuğar).
yuğunduqca yuğun, sudan arın (təmiz) olanmazsanki.
yuxarda tanrını, aşağda pulu unutma.
yuxarı tüpür üzündə yığ, aşağı tüpür, saqqalında.
yuxxarı bax qəm eylə, aşşağı bax dəm eylə.
yuxlama yoxdur oyaqlar çün, ölümdür son duraq, biz oyaqlıqdandır olmuş əsrəqüş, kül gerindən közgərib sönməz oduq, dan atan yollar üzə yağtu saçaq. (əsrəqüş: kefli). (yağtu: ışıq).
yuxlayan yuxudakıni haçan oyaldar (uyur uyuru haçan uyara?).
yuxu bassa yasdıq yoxdu nəyinə, könül sevsə görkü yoxdu nəyimə. (görkü: gözəlliyi).
yuxu durunca bitər, yaşam ölüncə sürər.
yuxu görməyə, yatmağ nə gərək.
yuxu kişidən (adamdan), yavuzdu (ağırdı), ölüm yuxudan yavuz.
yuxu yuxlamıram quşqulanıram.
yuxuda balıq görən, yasdığın altın güdər.
yuxuya batan qalxdı, ona dalsınan batdı!(
Dostları ilə paylaş: |