başlar beşikdən çıxar.
başlar gəlib gedib, genə dünya yerindədir. (başlar: çoxlar. çox şəxslər). (umud qırma evrəndən, köçürsəndə, əkdiyin yerindədir, yaşam sürür, kişi çağiylə yürür).
başlar, beşikdən çıxar.
başlayaq bitmiş denәn yerdən, açaq gözləri yenidən.
başlayaq bitmiş denәn yerdən, açaq gözləri yenidən.
başlayan almış, başlamıyan qalmış (tutunan gedmiş, tutunmayan batmış). (başlanan almış, daşlanan qalmış) (başlanan: uslanan. ağla gələn. ağıllanan). (daşlanan: daşa dönən).
başlayıb böyü, böyüyüb başlama.
başlayıb böyü, böyüyüb başlama.
başlı ara, söz dinlə, dibsiz bulsan, söy dinlə! (söy: söyüş).
başlı başın saxlamış, hovan başın daşlamış. (hovan: axmaq). (daşlamış: itirmiş).
başlı başlayınca, təlvə aşıb keçdi. (təlvə: dəli. düşünməyən). (evrəni dəlilər sürər).
başlı düşün yapınca, yapan aşmış köprünü.
başlı elin yağı aşdan əsgilməz. . (başlı: huşlu başlı. yolun bilib seçən).
başlı igid elə yetirir, başsız igid, elin itirir.
başlı igid görən işlə adlanar, alçaq kişi hovanlarla atlanar. (hovan: budala. axmaq).
başlı kişi öğrənməyə əğimli, başqaları öğrətməyə eyimli. (başlı: ağıllı). (eyimli: əğimli: meyilli. tərcih edir).
başlı kişi üç yoldaşın tanıyar, -çətinliyə salanlar, çətinlikdə qoyanlar, çətinlikdə yaranlar. (qoyanlar: bıraxanlar. tərk edənlər).
başlı kişi üç yoldaşın tanıyar, -çətinliyə salanlar, çətinlikdə qoyanlar, çətinlikdə yaranlar. (qoyanlar: bıraxanlar. tərk edənlər).
başlı quş lələyin, başlı kişi dilin qorur.
başlı olan kəndi özün öğməmiş, könlü olan istəklisin döğməmiş.
başlı olan yaşlanar, yaşlı olan başlanmaz. (başlanmaz: baş tutmaz. başa dolmaz. ağıllanmaz).
başlı olan yaşlanar, yaşlı olan başlanmaz. (başlanmaz: baş tutmaz. başa dolmaz. ağıllanmaz).
başlı olan, tovanları dindirməz. (tovanları: ahmaqları).
başlı olub yaşlanan, yaşsız başdan çox bilər.
başlı olub yaşlanan, yaşsız başdan çox bilər.
başlı olub yaşlanması oluqlu, yaşlı olub başlanması olanoq. (oluqlu: olurlu. imkanlı). (başlanması: uslanması. ağıllanması). (olanoq: imkansız).
başlı olub yaşlanması oluqlu, yaşlı olub başlanması olanoq. (oluqlu: olurlu. imkanlı). (başlanması: uslanması. ağıllanması). (olanoq: imkansız).
başlı yaşlı öz elində baş olsa, yaşlar azmaz, öz elinə baş olar. (yaşlar: gənclər).
başlı yaşlı öz elində baş olsa, yaşlar azmaz, öz elinə baş olar. (yaşlar: gənclər).
başlıq düşdü, baş göründü.
- sökərsə dan, sönər gecə.
- dan sökdü, yandı gecə.
- örtük düşdü, dan söküldü, taqqa düşdü, kəl göründü).
başlının börkü yarıq, başı çapıq.
başlının börkü yarıq, başı çapıq.
başlısı ras gəlmədi, dəlisi az gəlmədi. (başlısı: uslusu. ağıllısı).
başmağa qörən yol biçilməz, ayağa görə seçilməz.
başmağım məsciddə geddi, huş başım meyxanada.
başmaq palçıqsız olmaz.
başmaq tayları kimi, birbirinə tutuzlular günüz mutlu olsun. (tutuzlular: bəfalılar).
başmaq tayları kimi, birbirinə tutuzlular. (tutuzlular: bəfalılar).
başmaqçı əlli il işlər, bir kərə baş tutar.
başmaqlarında toydu, zırna qavalsız oynur.
başmaqlarında toydu, zırna qavalsız oynur.
başra qaqılmasın, verdiyin çörək.
Dostları ilə paylaş: |