biləkdəndə var, ürəkdəndə.
biləkli olduğundan, bilikli ol.
biləkli olmaqdansa, bilikli ol.
biləqəy başa çatdı, bilməqəy yolda batdı.
biləlik elin gücüdü. (biləlik: biginıik. aqahlıq).
biləlik, elin gücüdü.
biləlikdə bitər qamunun gərəyi, birləşikdir öngəlməyin dirəyi. (biləlikdə: birgəlikdə) (öngəlməyin dirəyi: ilərişin, dirçəlməyin əsası).
biləmən dedim tutuldum, biləymən dedim qutuldum.
bilən başa bir göz yetər (yetir: bəs edir). {görən olsa, bir başa bir göz yetir (yetir: bəs edir)}.
bilən başa qalxdı, bilməyən yerdə qaldı (qalxdı: çatdı).
bilən başda, bilməyən gorda.
bilən bildiyin dandı, bilməyən, bilməzin yandı. (bilməzin: qəfilcə).
'bilən' bildiyin qılar, 'bilməyən' özgəyə uyar. ('bilən' (başarığı olan), bildiklərin qanıtlar, uyqarıdar (müntəbəq edər, göstərər). ('bilməyən' (kəndi anlamıyan), öğrəşdiklərini (özgələrin öğrətilərini, teorilərini, dediklərini) yansıtar, təkrarlar).
bilən biləni anlar, bilməz biləni danlar.
bilən bilər nədir doğurluq, oğurlanan bilər nədir oğurluq. (bilən: dəğərləri anlayan. qədirçi). (oğurlanan: çalınan. oğurluğa konu olan).
bilən bilib oldu, bilməyən bilməzin öldü. (oldu: gəlişdi).
bilən çəkər, bilməyən çəkdirər. (bilməyən: kahıl. düşünməz. anlamaz).
bilən danışmadı!, bilməyən alışmadı!.
bilən danışmadı!, bilməyən alışmadı!. (alışmadı: yanmadı).
bilən danışmadı!, bilməyən alışmadı!. (alışmadı: yanmadı).
bilən danışmır, danışan bilmir.
Dostları ilə paylaş: |