bilərək yanan, ağlamasın.
biləyi gur birini yıxar, biliyi gur (olan) minin.
biləyi zor, birini yıxar, bilimi olan, minini.
biləyin on olunca, biliyin bir olsun.
biləyin on olunca, biliyin bir olsun.
biləyin varsa, biliksiz qalma. {gücün (çıxar. qabiləyət gücün) varsa bilik qazan}.
biləyin varsa, biliksiz qalma: gücün (çıxar. qabiləyət gücün) varsa bilik qazan.
bilgə bakan bilgələrin çevrəsinə əkdilər. (ağıllı başçı bildiklərin devrəsinə öğrədər).
bilgə bakan bilgələrin çevrəsinə əkdilər. (ağıllı başçı bildiklərin devrəsinə öğrədər).
bilgə çaşar, kağıl tapar. (bilgə: bilən). (kağıl: axmaq). (bilən çaşsa, qanmaz aparar).
bilgə çaşar, kağıl tapar. (bilgə: bilən). (kağıl: axmaq). (bilən çaşsa, qanmaz aparar).
bilgə elçi el qorur. (bilgə: hikmətçi).
bilgə ölər, usluq bilgə bildiklərin öğrədər. (usluq: mə'qul). (bilgə ölər, usluq bilgə öğrətməklə bildiklərin qurtarar).
bilgə ölər, usluq bilgə bildiklərin öğrədər. (usluq: mə'qul). (bilgə ölər, usluq bilgə öğrətməklə bildiklərin qurtarar).
bilgə yaşlı olmasa, bilikli yaş tapılmaz.
bilgə yaşlı olmasa, bilikli yaş tapılmaz.
bilgələrin savından öğütlərin alınqıl, uyuq savlar edilsə, yoğşar yumşar can könül.
bilgəli baş dil tutar, gəvzəsə dil, baş uçar. (gəvzəsə: arıtıq gəpləyirsə). (ağıllı baş hər nə gələ danışmaz).
bilgəli baş dil tutar, gəvzəsə dil, baş uçar. (gəvzəsə: arıtıq gəpləyirsə). (ağıllı baş hər nə gələ danışmaz).
bilgəli baş, yük olmamış ayağa. (bilgəli: ağıllı).
bilgəlik qat kəsər otaçlıq. (həkimlik döhdürlügün üstünüdür). (üstünüdür: mükəmməlidir). (qat kəsər: üstələr).
bilgəlik yorqalıq açar, bilgidən korğalıq qaçar. (yorqalıq: qabilliyyət). (korğalıq. qaybaxlıq. bədbaxlıq).
bilgəlikdə itgi yok. (itgi: ziyan). (bilgəlikdən itgi yok).
bilgəlikdə itgi yok. (itgi: ziyan). (bilgəlikdən itgi yok).
bilgəlikdən itgi yok. (itgi: ziyan). (bilgəlikdə itgi yok).
bilgəlikdən itgi yok. (itgi: ziyan). (bilgəlikdə itgi yok).
bilgənin eldən ayama. (ayama: əsirgəmə. qısqanma. gizlətmə).
bilgəsiz baş, ağır yükmüş ayağa.
bilgəzə de, bilməzə görsət. (bilgəzə: bilənə. düşünənə. qanana).
bilgi artır dos becər, düşman ocaq başında.
bilgi çağında saklanır, yerində kullanır. (saklanır: yığılır. öğrənilir). (çağunda, fürsətində öğrənilən bilim ilim, yeri gəldikdə işlənilir).
bilgi durur bir gömüt, sormaq durur haçarı, sorab bilən aparı. (bilgi: bilim. ilim). (gömüt: xəzinə. dəfinə).
bilgi durur bir gömüt, sormaq durur haçarı, sorab bilən aparı. (bilgi: bilim. ilim). (gömüt: xəzinə. dəfinə).
bilgi iki bölüm, bilmədiyin biləsən.
bilgi iki bölüm, bilmədiyin biləsən.
bilgi quşqudan yaranır, quşquyla qurulmur. (quşqudan, quşquyla).
bilgi vermiş ulluğ ellərə, bilgisiz, kor çatmaz bir yerə. (ulluğ: ulduğ. böyüklük).
bilgi yoxsa düşüncələr çalışmaz.
bilgidən itgi yok. (bilgidən: bilməkdən. aqahidən).
bilgidən itgi yok. (bilgidən: bilməkdən. aqahidən).
bilgiləriz bilgələrə çatılsın, qanmazlara öz palanı yapılsın. (bildiklərizi bilənlərlə paylaşın, hər gələnlə yox).
bilgili adam qabağa gedər, arxaya baxar.
bilgili baş ağrımaz.
bilgili baş ağrımaz.
bilgili ol gəpməyə, uqublu ol duymağa, çəkimli ol dözməyə, çalımlı ol almağa, tutumlu ol qılımağa. (gəpməyə: danışmağa). (uqublu: çalımlı: bacarıqlı). (çalımlı: etik. faal. zirək). (tutumlu: zərfiyyətli).

bilgilidə gəp qısaq, bilgisizdən gəp süzər.
bilgilidə gəp qısaq, bilgisizdən gəp süzər.
bilgililər az gəpir, bilgisizlər çox gəpir.
bilgililər az gəpir, bilgisizlər çox gəpir.
bilgililər yetgisiz, yetgililər bilgisiz.
bilgilinin gəlcəyi yaxtı, bilgisiz qalar yolların bağlı.
bilgin işi ilə, hovar sözü ilə. (hovar: axmaq).
bilgin kimi davranıb, sarsağlara oxşanma.
bilgin olan imcimilə söz qanar. (bilgin olan bir himilə söz qanar). (imcim: himcim. ima işarə).
bilgin olanın bilgisi var bilmədiyindən, bilmək nədi bilməz kəm olan başdan ağıldan.
bilgin öğrənər, hovan öğrədər. (hovan: axmaq).
bilgin ölər sözü qalar sovğası, varlı ölər sovqa qalar qavqası. (qavqası: mal bölüşdümə dağvası).
bilgin ölər sözü qalar sovğası, varlı ölər sovqa qalar qavqası. (qavqası: mal bölüşdümə dağvası).
bilgin yanar, bilməzlərin odunda. (bilməz: qanmaz. cahil).
bilgin yanında dilivi, usda yanında əlivi saxla.
bilgin yaşlı söyləsin, biləkli yaş işləsn. (yaş: gənc).
bilgin yaşlı söyləsin, biləkli yaş işləsn. (yaş: gənc).
bilgindən bilgini var, alçağdan alçağı!!.
bilginlərlə oturqıl, bilik ərdəm qazanqıl.
bilginlərlə oturqıl, bilik ərdəm qazanqıl.
bilginligin yartısı bilmədiklərin tanımaq, bildiklərin tanıtmaq.
bilginligin yartısı bilmədiklərin tanımaq, bildiklərin tanıtmaq.
bilginlik qayğunu açar, budalıq qayğuya çapar. (budalıq: hovanlıq. axmaqlıq).
bilginliklə, bilir bilək gərək.
bilgisi ağlından çox olmaq kişi əlinə iş verir. (bilgisi: savadı).
bilgisi çox, bəllətməz, közü qalar, yellətməz, səsi gözəl, səslətməz, altı dolu, götün belə təprətməz, içi dolu bir söz belə gəplətməz. {qısqanc, ediksiz, uğursuz kimsə üçün deyilir. (ediksiz: xeyirsiz)}.

bilgisiz kişi işində qalar, biliklə iş önümü çoxalar.
bilgisizlik itib yoğalsa eldən, dinclik tutar korluğun yerin. (korluğun: korbaxlığın).
bilgiz kişi görənməz işi. (lovğalan, şişinən, yalançı, bacarıqsız, bilgisiz (başarmadığı işə girişən) işdə batdı).
bilib danışan, bilməyib susan, qızıla dəğər.
bilib danışan, bilməyib susan, qızıla dəğər. (dəğər: bədəl).
bilib salsan qoşunu, hər salanda yüz alar, bilib aytsan sözünü, hər degəndə uz alar. (uz alar: üstələr. eşidilir).
bilibən salda quşun, hər salıda göz alsın. (işi yoluynan görsən iyi our).
bilibən salda quşun, hər salıda göz alsın. (işi yoluynan görsən iyi our).
biligilik bilib demək, bilgəlik çağlayıb demək. (bilgəlik: həkimlik) (çağlayıb: çağın ölçüb. zamanında).
biligilik bilib demək, bilgəlik çağlayıb demək. (bilgəlik: həkimlik) (çağlayıb: çağın ölçüb. zamanında).
biligin itirən, kəndin itirər.
biligin itirən, kəndin itirər.
biligin olsada çox, açsan ağız az danış. (biligin: ağlın).
bilik atı arımaz, donu tozumaz.
bilik azı azdırar, bilikli baş yazdırar.
bilik başdadır, güc biləkdə.
bilik bilək birləşsə, tapar tovan elimiz, tovarlaşar yurtumuz. (tovanlaşar: güclənər). (tovarlaşar: baylaşar. varlaşar. zəginləşər).
bilik bilək gürəşsə, bilik qırar biləyi.
bilik bilək gürəşsə, bilik qırar biləyi.
bilik bilək yönətsin!.
bilik biləkdən güclü.
bilik bilən, sondan dilən. (bilən: öğrən. tanış).
bilik bilib ulğuluğa ərişgil. (bilik bilsən uluğluğa dəgirsin). (ulğuluğa: uluğluğa: böyüklügə).
bilik bilsən uluğluğa dəgirsin. (bilik bilib ulğuluğa ərişgil). (ulğuluğa: uluğluğa: böyüklügə).
bilik güc verər, güc ürək.
bilik ilə dincliyim ulalar, qaranlıqdan ışılığa yol salar. (ulalar: çoxalar).
bilik ilən düğür yolu qapanır, bilik yoxsa qara yolu açılır. (düğür: qara. şər) (qara: ağırlıq. korbaxlıq).
bilik işdən qını qaldırır, dincliyə anayollar saldırır. (qını: qıynı. çətinliyi).
bilik kişi ara bölünmüş.
bilik küpü, yol küpü. (yol: tədbir). (çox bilən eyi yol seçir).
bilik qalsa, bilək tapılar.
bilik odu sönürsə, bilməzlərin bayramı!. (bilməz: qanmaz. cahil).
bilik olsa başında, altın çıxar daşından, bilik yoxsa başında, tüstü çıxar başından.
bilik sana bilməyən, qolay yaşın sürənməz. (say sanasın, götür qoyun qanmıyan, qolay yaşam sürənməz).
bilik tükənməyən bayluqdur, sınanmasa bayqurur. (bayluq: mə'dən) (tükənməyən: bitməyən) (bayqurmaq: bayağılaşmaq).
bilik varsa, dilək birsə, bilək bir, dağ üstünә dağ qalar.
bilik varsa, dilək birsə, bilək bir, dağ üstünә dağ qalar.
bilik yaşdada var, başdada. (yaşın az çoxluğu biliyi etgiliyə bilər).
bilik yoxsa, bilək boşuna, bilək yoxsa, bilik boşuna.
bilik, bilik bilməkdi, duyqu, duyuq duymaqdı. (hiss, xiyal bilim, doğru sayılmaz).
bilik, bilik bilməkdir, bilik kəndin bilməkdir.
bilik, bilik bilməkdir, bilik kəndin bilməkdir.
bilik, birlik, biləkdir, açmazların açarı. (açmaz: keçməz. qapçal. çarasızlıq).
bilik, işgillərin açarı, umut, yoxsulların qaçağı!.
bilik, işgillərin açarı, umut, yoxsulların qaçağı!.
bilik, işgillərin açarı, umut, yoxsulların qaçağı!.
Dostları ilə paylaş: |