bir qadının hiləsi, qırx eşşəyə yük olar.
bir qananın susması, on qanmazın alqışını tox basar.
bir qananın susması, on qanmazın alqışını tox basar.
bir qapıyıq qapdalın biri sən biri mən. (bir quşuq qanatın biri sən biri mən).
bir qarğa ilə, qış gəlməz.
bir qarğayla qış gəlməz. (bir qarğa ilə qış gəlməz). (bir qarğa birlə qış gəlməz). (bir qarğa bilən, qış gəlməz). (bir qarğamən, qış gəlməz).
bir qarınc (kovun, çox) yaxşılığı, bir çimdik yamanlıq pozar.
bir qarış yaxşılığı, bir çimdik yamanlıq pozar.
bir qaşıq aşım, qayqısız başım.
bir qaşıq su kəsilər dərya qarışqa boğmağa. (qarışqanı boğmağa bir umman gərəkməz).
bir qaşıq suda qarışqa batar.
bir qaydırın çox tanozlu aşından, əl uzatma aylanaver daşından (qaydırın: qaydarın. nakəsin. namərdin). (tanozlu: minnətli. minnətdar). (aylanaver: sayma. samamazlıqdan gəlmək. belə sayma). (daşından: dışından. qırağıından). (məxtumqulu).
bir qəpiyi qorumaq, iki qəpik qazanmağa əşdir.
bir qıçı göydə, bir qıçı gorda.
bir qığılcım, odunluq yaxar!.
bir qıl versə yetən biri kosaya, bir gün olar kosa bizə ağsaqqaılı.
bir qıl versə yetən biri kosaya, bir gün olar kosa bizə ağsaqqaılı.
bir qırağı (qırov), üç qar, yağışa dəyər.
bir qırığı aşmaq, başarmaq deməkdir. (qırığı: şikəsti) (bir sınıqlığı keçirib qalmaq, durmaq güclülük dməkdir).
bir qol istəyim tuta, bir qulaq istəyim duya, bir könül istəyim qana. (könül qana, qulaq duya, qol tuta).
bir qol istəyim tuta, bir qulaq istəyim duya, bir könül istəyim qana. (könül qana, qulaq duya, qol tuta).
bir qoltuqda iki nədir, min qapuzu tutan var.
bir qorxağ at, bir ılxını ürküdər.
Dostları ilə paylaş: |