Aban aban iş olmaz, bəsləməsən qız olmaz


biri yiyər, biri baxar, qiyamət onda qopar



Yüklə 4,96 Mb.
səhifə71/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   ...   67   68   69   70   71   72   73   74   ...   224
biri yiyər, biri baxar, qiyamət onda qopar.

biri yükün sarır, biri yükün sağır. (sağır: sarığın, ipin açır).

birikən qırxlar, biriklər yıxar.

birin alan yüzün gözlər. (poxtamahlıq: yekə tamahlıq).

birin bəy edər başından yağan, minin ağladar, ağçıya yavan, çaman dünya, yaman dünya. (çaman: çalaman. şıltaq). (yavan: möhtac).

birin birin min bolur, dama dama göl bolur.

birin danan, minində danar.

birin kəmsidər, birin kansıdar, birin xamsıdar, varı yoxu yalan dünya. (kəmsidər: kiçik tutar). (kansıdar: böyük tutar). (xamsıdar: yorar).

birin ömrü yarı puç, birin ömrü barı puç. (barı: hamısı).

birin ötən su arxdan, mində sonra ötər su. (bir su ötgən arığdan, minğ yıldan sonğ da su ötər). (bir kərə su axan arxdan, genə günü gələr axar su). (uzaq olsada devran dönür, gəzək genə bizə düşür. (gəzək: sıra. novbət). (olasıya görə, bir kərə olan nərsə, min kərə ötsədə, minincidə olasıdır, mümkündür). (olasıya görə: ehtimalata görə).

birin ötən su arxdan, mində sonra ötər su. (bir su ötgən arığdan, minğ yıldan sonğ həm su ötər). (bir kərə su axan arxdan, genə günü gələr axar su). (uzaq olsada devran dönür, gəzək genə bizə düşür. (gəzək: sıra. novbət). (olasıya görə, bir kərə olan nərsə, min kərə ötsədə, minincidə olasıdır, mümkündür).

birin, nəyi sevmək, gözlənilməzdən özün onda görməkdir.

birinci aldanışın suçu (günahı) aldadandadır, ikincisi aldananda.

birinci kərəm qılınan yanlıq aldanmaqsa, ikinci kərə aldırmaqdır. (yanlıq: yanlışlıq. iştibah) (aldanmaqsa: kırıxmaqsa) (aldırmaqdır: təslim olmaqdır).

birinə gülmədən tınqar, sanada gülənlər olar. (tınqar: sınqar. çəkin).

birinə güvənən, kəndin aldatır, güvəndirən, dosdun.

birinə güvənən, kəndin aldatır, güvəndirən, dosdun.

birinə həmməşə yalan demək olar, bıraq hamıya həmməşə yok. (bıraq: ama).

birinə inanmaq yeğdir, heç kimə inanmamaq, səfehlik.

birinə oracan yaxşılıq eylə ki, pisliyinə tabın olsun.

birinə sır açılmaz, açılsada qaçılmaz.

birini alçaq, birini qolçaq, kənidini ulcaq görmə.

birini alçaq, birini qolçaq, kənidini ulcaq görmə.

birinin adı var, birinin dadı.




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin