Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça



Yüklə 3,63 Mb.
səhifə115/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   111   112   113   114   115   116   117   118   ...   169
Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça.

Təbərsi «Ehticac» kitabında Abdulla ibn Həsənə əsaslanaraq yazır:

«Əbu Bəkr Fədəyi qəsb edəndə həzrəti-Zəhra(s.ə) bundan xəbər tutub başına çadra örtərək xidmətçiləri, Bəni-Haşim qadınlarından bir neçə nəfərlə məscidə gəlib Əbu Bəkrin və müsəlmanların qarşısında xütbə oxudu. (Bu xütbə məzmun cəhətdən çox ətraflı, sağlam məntiqə əsaslanmış və kəsərlidir.).73

Həzrəti-Zəhra(s.ə) uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbər(s)-in yerişini xatırladırdı. Məscidə daxil olanda Əbu Bəkr mühacir və ənsarlardan bir dəstəsi ilə oturmuşdu. Pərdə çəkdilər, o Xanım keçib pərdənin arasında əyləşdi.

Həzrəti-Zəhra(s.ə) bu vaxt yanıqlı bir ah çəkdi, belə ki məsciddəkilər təsirlənib ağladılar. Məclis əzadarlıq və matəm məclisinə çevrildi. Hamı bərk kədərləndi. Fatimə (s.ə) bir az sükut edib camaat sakitləşəndən sonra öz sözünə başladı.

Həzrəti-Zəhra sözünə belə başladı:



__ Allaha sitayiş edib onun maddi və mənəvi nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün dünyanı əhatə etmişdir, belə ki biz onları saymaq və təsəvvür etmək iqtidarında deyilik. Onun sonsuz nemətlərinə şükr etməliyik. Yalnız bunun sayəsində uca Allahın bizə bəxş etdiyi nemətlər bol və davamlı ola bilər. Allahın bol-bol nemətləri isə onun həmd və sitayəşinə səbəb olur.

Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə, bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və ixlas isə insanın daxilində olan fitri məsələlərdir. Tovhidin mərtəbələrinin əlamətləri təfəkkür və iman nuru altında zahirə çıxır. Bizim düşüncəmiz Allahın pak zatını dərk etməkdə aciz, nitqimiz isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk edə bilməz.

O, bütün mövcudatı əvvəli və maddəsi olmadan yaradandır. Mövcudatı əvvəlkinə bənzəmədən xəlq etmişdir. Öz iradə və qüdrəti ilə özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıq mərhələlərini təsvir və tənzimləyən Allahın məqsədi öz qüdrət, hikmət, lütf və məhəbbətini bizlərə anladıb bildirməkdən başqa bir şey deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və gözəl mükafata dəvət etdi. Onları üsyankarlıqdan, itaətsizlikdən, əzab və qəzəbindən çəkindirdi.

Şəhadət verirəm ki, atam Mühəmməd ibn Abdulla(s) Allahın qulu və rəsuludur. Allah-təala besətdən qabaq qeyb aləmində onu seçmişdir, çünki adamların məqamı əzəl gündən qeyb aləmində məlum və müəyyən olmuşdur. Böyük Allah bütün işlərin aqibət və gedişatından xəbərdardır. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edir.

Böyük Allah öz Rəsulunu seçdi ki, Onun əmr və hökmləri insanlar arasında aydınlaşıb, cəhalət və azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar. O Həzrət(s) peyğəmbərliyə seçiləndə bütün insanlar hələ o zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük Allahdan qafil və azğın idilər. Allah-təala o Cənab(s)-ın vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulu(s) səbir və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmışdır. Onları düz yola, haqq dinə dəvət edərək nur və feyz dərgahına hidayət etmişdir. Sonra isə ilahi dini, haqq yolu və bəşərin vəzifələrini aydınlaşdırmışdır. Nəhayət, Böyük Yaradan həzrəti-Mühəmməd(s)-i öz dərgahına apardı. O, dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasına yaxın mələkləri ilə həmsöhbət və mənus74 oldu. Allahın salam və salavatı olsun ona!


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin