İslamın müdafiəsində Əli(ə.s)-nin rolu.
«Nə zamandan şeytandan pis bir əməl baş verirdisə, ya müşriklərdən hansınınsa düşmənçilik və ədavəti baş qaldırırdısa, o zaman Rəsuli-əkrəm(s) qardaşı Əli ibn Əbutalib(ə.s)-i həmin düşmənin qarşısına çıxıb onu məğlub etməyə göndərirdi. Onda Əli(ə.s) döyüşə girib öz vəzifəsini layiqincə yerinə yetirirdi. O Həzrət heç vaxt nəticəsiz meydandan geri dönməzdi. Əli(s) düşmənin qol-qanadını ayağı altında əzərək müxaliflərin alov şölələrini öz qılıncı ilə yatırırdı.
O, ixlasla üzərində bütün əziyyətlərə Allaha xatir dözərək İlahi fərmanı yerinə yetirmək üçün hədsiz dərəcədə səy göstərirdi. Əli(ə.s) Peyğəmbər(s)-ə ən yaxın insan idi. Onun Tanrı dostları arasında xüsusi əzəməti vardı, ancaq siz öz eyş-işrət fikrinizdə idiniz. Elə həmişə bunu gözləyirdiniz ki, bizim ailəmizdə bədbəxt hadisələr baş versin. Siz düşmən səfləri ilə üz-üzə gələndə geriyə çəkilərək döyüş meydanından qaçırdınız».
Dostları ilə paylaş: |