Fatimə(s.ə)-nin Fədək haqqındakı dəlilləri.
«Siz belə düşünürsünüz ki, biz Rəsuli-əkrəm(s)-in heç bir irsinə sahib deyilik? Məgər cahiliyyət dövrünün qanunlarına tabesiz?
«Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?» («Maidə», 50)
Siz mənim Peyğəmbər qızı olmağıma şübhəmi edirsiniz? Halbuki gün kimi aydındır ki, mən Peyğəmbər qızıyam.
Ey müsəlmanlar! Heç rəvadırmı, mən öz irsimdən məhrum olam?
Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr)! «Quran»da yazılıbmı ki, sən öz atandan irs aparasan, lakin sənin əqidənə görə, mən atamdan irs aparmayım?
«Çox qəribə və pis iş gördün». («Məryəm», 27)
Qəsdən Allahın kitabını tərk edib səmavi hökmləri kənaramı atırsan? Halbuki Allah-təala buyurur:
Dostları ilə paylaş: |