«Allah tərəfindən gəlmişik, Allaha doğru da qayıdacağıq».
Bu, çox acı bir müsibətdir.
«Bu müsibətin rahatlığı yoxdur və ürək yandıran, sağalmayandır».
Sonra bir müddət birlikdə ağladılar. Əli(ə.s) Fatimə(s.ə)-nin başını qucaqlayıb buyurdu:
__ Nə istəyirsən, vəsiyyət elə. Sənin vəsiyyətinə əməl edərəm, sənin işini öz işimdən qabağa salaram.
Fatimə(s.ə):
__ Əmim oğlu, Allah özü sənin mükafatını versin. Məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə evlənərsən. Mənim üçün tabut düzəlt. Mənə zülm edənlərdən və haqqımı tapdalayanlardan heç biri mənim cənazəmin yanına gəlməsinlər, mənim üçün namaz qılmasınlar. Onlara itaət edənlər də gəlməsinlər. Məni gecə camaat yuxuya gedəndən sonra dəfn edərsən».
«Misbahül-ənvar» kitabında İmam Sadiq(ə.s)-in Atasından eşitdiyi bir rəvayətdə belə oxuyuruq ki, Fatimə(s.ə) ehtizar (dünyadan gedən zaman, «canüstündə» olanda) vaxtında Əmirəl-möminin(ə.s)-ə belə vəsiyyət etmişdi: «Mən səni Allaha tapşırıram və vəsiyyət edirəm ki, övladlarımla yaxşı rəftar edəsən». Sonra qızı Ümmü Gülsümü bağrına basdı və Əli(ə.s)-yə buyurdu: «Bu qızım həddi-buluğa çatanda evin bütün əşyaları onun olsun və Allah onun köməyi olsun».
Həmçinin rəvayət olunub ki, Zəhra(s.ə)-nın ayrılıq vaxtı çatdı, bir az ağladı. Əmirəl-möminin Əli(ə.s) soruşdu:
__ Niyə ağlayırsan?
Fatimə(s.ə):
__ Məndən sonra sənə yetişəcək azar və əziyyətlərə görə ağlayıram.
Əli(ə.s):
__ Ağlama, and olsun Allaha, onun yolunda bu çətinliklər mənim üçün asandır».
Yenə də belə rəvayət edirlər:
«Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:
__ Ümmü Sələmə, Ümmü Əymən və Fizzədən başqa heç kəsə mənim dünyadan getməyim haqda xəbər vermə. Kişilərdən də iki oğlum, Peyğəmbər(s)-in əmisi __ Abbas, Salman, Miqdad, Əbuzər və Hüzeyfəyə xəbər et. Sənə də mən öləndən sonra məni görməyi halal edirəm. (Bədənini yaralı olduğu üçün Əli(ə.s)-yə göstərmirdi, öləndə isə icazə verdi ki, onun bədənində olan zədələrə baxsın).
Dediyim qadınlarla mənə qüsl ver, məni gecə dəfn elə, qəbrimi ziyarət edəndə də heç kəsə demə».
7.Peyğəmbər(s)-in əmisi Abbasın təklifi.
Şeyx Tusi rəvayət edibdir ki, Fatimə(s.ə)-nin xəstəliyi lap şiddətlənəndə Abbas Fatimə(s.ə)-yə baş çəkməkdən ötrü yanına gəldi. Ona dedilər ki, Fatimə(s.ə)-nin halı yaxşı deyil və onun yatdığı otağa girməyə heç kəsə icazə verilmir.
Abbas öz evinə qayıtdı, əmirəl-möminin Əli(ə.s) üçün xəbər göndərdi və öz qasidinə dedi: «Get mənim dilimdən Əli(ə.s)-yə de ki, əmin salam göndərir və deyir ki, Peyğəmbər(s)-in qızı və gözünün nuru Fatimə(s.ə)-nin xəstəliyindən elə qəmgin və narahatam ki, vücudum titrəyir. Elə bilirəm, bizim aramızdan birinci O, Peyğəmbər(s)-ə qovuşacaq. O Həzrət də onu behiştin ən uca məqamları üçün seçərək Allah dərgahına aparacaq. Əgər bilirsənsə ki, Fatimə(s.ə) çarəsiz olaraq dünyadan gedəcək, icazə ver, sabah mühacir və ənsardan (müsəlman) toplayım, onlar da onun dəfnində iştirak edib savaba çatsınlar. Bu iş İslam dininin əzəməti üçün yaxşıdır».
Həzrəti-Əli(ə.s) Abbasın qasidinə (deyilənə görə, bu, Əmmar Yasir imiş) belə buyurdu: «Mənim salamımı əmim Abbasa çatdır və de ki, Allah sizin məhəbbətinizi əskik etməsin, sənin təklifin mənə çatdı və sizin rəyiniz gözəldir. Amma bilirsən ki, onlar eyni zamanda Fatimə(s.ə)-yə zülm etdilər, Onu haqqından məhrum etdilər və atasından qalmış mirası ona vermədilər. Öunlar Peyğəmbər(s)-in onun haqqında olan göstərişinə əməl etmədilər. İlahi haqqı tapdaladılar. Allah mühakimə üçün kifayət edir və zülmkarlardan intiqam alacaq. Ey əmim, səndən məni bağışlamağını istəyirəm və məni sənin təklifinə əməl etməyəcəyimə görə üzrlü hesab etməyini diləyirəm. Çünki Fatimə(s.ə) vəsiyyət edib, onun işini (dəfn olunması, qüsl edilməsi və s.) gizli saxlayaq (Hədisin axırına qədər)».
Dostları ilə paylaş: |