Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları.
Şiə və sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya əsaslanarq belə qeyd etmişlər:
O deyir: «Mən Fatimə(s.ə)-nin ömrünün axırlarında ondan bəzi şeylər soruşdum.
Bir gün onun halı yaxşılaşdı. Xəstəliyi aramladı. Həzrəti-Əli(ə.s) bəzi işləri görmək üçün evdən çölə çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:
__ Bir az su gətir, qüsl edib yuyunum.
Mən su gətirdim. Kömək etdim, Fatimə(s.ə) ayağa qalxıb yaxşı-yaxşı yuyundu, paltarlarını dəyişdi. Sonra mənə buyurdu:
__ Mənim yatağımı evin ortasında sal.
Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:
__ Mən bu gün dünyadan gedəcəyəm. Mən yuyunmuşam, heç kəs üstümü açmaçın.
Sonra əlini başının altına qoyub dünyadan getdi.
Rəvayət olunub ki, Fatimə(s.ə) məğrib və işa namazları arasında can vermişdir. Can verdiyi bir anda ciddi bir baxışdan sonra deyib: «Salam olsun Cəbrailə. Səlam olsun Allahın Rəsuluna. Pərvərdigara, mən sənin Rəsulun ilə birgəyəm. Əbədi məskən sayılan Sənin evindəyəm».
Sonra öz yanındakılara xitab edərək buyurdu:
__ Mənim gördüklərimi siz də görürsünüzmü?
Oradakılardan bəziləri dedi:
__ Ey Allah Rəsulunun qızı, sən nə görürsən?
Xanım buyurdu ki, indi asiman (səma) əhlinə baxıram. Cəbraili görürəm. Rəsulullaha baxıram, o buyurur: «Ey qızım! Gəl bizim yanımıza, sənin üçün hazırlanmış (nemətlər və ilahi rizvan) sənin üçün daha yaxşıdır». Zeyd ibn Əli(ə.s) belə nəql edir ki, Fatimə(s.ə) Cəbrailə, Peyğəmbərə(s), Əzrailə salam verdi, orada olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri iylədilər».
Dostları ilə paylaş: |