Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu anlar barəsində söylədikləri.
Əsma binti Ümeys deyir ki, Fatimə(s.ə) canüstə olanda mənə söylədi: «Peyğəmbər(s)-in rəhmət anlarında Cəbrail onun yanına gəldi, behişt kafuru gətirdi. Peyğəmbər(s) onu üç yerə böldü. Bir hissəsini özü üçün götürdü, bir hissəsini Əli(ə.s)-yə, bir hissəsini də mənə verdi ki, ağırlığı qırx dirhəm qədər idi. Sonra (kafurun yerini göstərib) mənə xitabən buyurdu: «Ey Əsma, o kafuru gətir, başımın yanına qoy». Bunu deyib üzünü örtdü.
Sonra buyurdu: «Bir az mənim yanımda qal. Sonra məni səslə, əgər cavab verməsəm, bil ki, atama qovuşmuşam».
Əsma bir az gözləyib Xanım(s.ə)-ı çağırdı, amma cavab eşitmədikdə səsləndi: «Ey Mühəmməd Mustafanın qızı! Ey qadınların bətnində olanların ən kəramətlisinin qızı! Ey yer üzərində gəzənlərin ən yaxşısının qızı! Ey öz rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı!» Yenə də cavab eşitmədiyini gördükdə, Zəhra(s.ə)-nın üzündəki örtüyü kənara çəkdi, onun Liqahullaha qovuşduğunu, ruhunun Allah dərgahına pərvaz etdiyini gördükdə, özünü onun üzərinə atdı. Əsma o Xanım(s.ə)-ın üzündən öpərək deyirdi: «Ey Fatimə(s.ə)! Atan Rəsulullahın hüzuruna çatdıqda mənim salamımı ona çatdır».
Dostları ilə paylaş: |