Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə



Yüklə 3,63 Mb.
səhifə64/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   60   61   62   63   64   65   66   67   ...   169
«Axirət dünyası o kəslər üçündür ki, yer üzündə fəsad tüğyan edən olmasınlar. Aqibət təqvalılarındır». Bəli, yaxşı eşidib yaxşı da əzbərləmiş, başa düşmüşdülər. Lakin dünyanın bər-bəzəyi onların gözünü qamaşdırıb, cəvahiratı isə aldatmışdır».

«Agah olun, toxumu çərtib insanı yaradan Allaha and olsun, əgər xala ətrafıma yığışıb köməyimə gəlməsəydi və zalımların harınlığı, məzlumların aclığı ilə mübarizə aparmağı Allah-təala hər bir cəmiyyətin alim və ziyalılarının öhdəsinə qoymasaydı, mən xilafət dəvəsinin yüyənini buraxıb ondan əl çəkər, sonunu başlanğıc camı ilə sirab edərdim. O zaman yaxşı başa düşərdiniz ki, sizin dünyanız mənim nəzərimdə dişi keçinin burnundan axan sudan belə qiymətsizdir».

Bu zaman bir nəfər iraqlı ayağa durub imam Əli(ə.s)-yə bir məktub verdi. (Bəziləri deyir ki, o məktubda suallar yazılmışdı və cavab istəyirdi.) O Həzrət məktubu axıra qədər nəzərdən keçirdikdən sonra ibn Abbas ona ərz etdi:



__ Yaxşı olardı ki, sözünüzə davam edəydiniz.

Lakin Əli(ə.s) ona belə cavab verdi:



__ Heyhat, ey Abbasın oğlu, bu, bir dəvənin nərəsi idi. Çölə çıxdı, sonra da yerinə qayıtdı (alov dilləri kimi zəbanə çəkib sonra yenə yatdı).

Bu sözlərlə İmam ürəyindəkiləri açıqlayırdı.

İbn Abbas deyir: «Allaha and olsun, mən heç bir söhbətə bunun qədər təəssüflənməmişəm ki, İmam istədiyi yerə qədər sözünü davam etdirə bilmədi».


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin