Fatimə(s.ə)-nin behiştdə məqamı.
Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, Fatimə(s.ə) Peyğəmbər(s)-in Qəzba adlı dəvəsində məhşərə daxil olan dörd süvaridən biridir.
İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) ölüm yatağında olarkən Qəzba adlı dəvəsi ondan soruşdu ki, məni özündən sonra kimə tapşırırsan?
Peyğəmbər(s) buyurdu: «Ey Qəzba, Allah səni bərəkətli etsin. Sən qızım Fatimə(s.ə)-ninsən. O sənə həm bu dünyada və həm də axirətdə minəcək».
Elə ki Rəsuli-əkrəm (s) vəfat etdi, o dəvə gecə ikən Fatimə(s.ə)-nin yanına gəlib dedi: «Salam olsun sənə, ey Peyğəmbərin qızı. Mənim bu dünya ilə vidalaşmağıma az qalıbdır. Allaha and olsun ki, Peyğəmbər(s)-in vəfatından sonra dilimə ot və su dəyməyib».
O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in vəfatından üç gün keçmiş canını tapşırdı.
Furat ibn İbrahim öz təfsirində əmirəl-möminin Əli(ə.s)-nin dilindən belə söyləyir:
Bir gün Peyğəmbər(s) Fatimə(s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstsndə də sız-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş «sundus» süfrəsi açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm(ə.s), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər10».
Dostları ilə paylaş: |