«Sən və rəbbin gedin onlarla vuruşun, biz burada oturmuşuq».
Allaha and olsun, Rəsuli-Əkrəm(s)-in qəbrini ziyarət və Allahın hökmünü icra etməkdən başqa vaxt mən məscidə daxil olmayacağam, çünki Peyğəmbər(s)-in qoyduğu qanunu təxirə salıb xalqı heyrət içində və sərgərdan buraxmaq olmaz.
Əmirəl-möminin Əli(ə.s)-nin nitqi.
Böyük Mühəddis Şeyx Kuleyni (vəfatı 328-ci il hicri qəməri, təxminən 916-cı il miladi) Əbu Heysəm ibn Teyhana əsaslanaraq belə yazır: «Bir gün əmirəl-möminin Əli(ə.s) Mədinədə (məsciddə) camaat üçün Allaha dua və səna etdikdən sonra belə bir söhbətə başladı: __ Dəni yetişdirən və insanı yaradan Allaha and olsun, əgər siz elm və kamalı mədənindən çıxarsaydınız, suyu saf və duru olan vaxt içsəydiniz, yaxşılığı öz yerindən götürsəydiniz, yolun aydın tərəfini tutub haqqın yolu ilə getsəydiniz, nicat yolları sizə aydın olub İslam ayini sizin üçün parlayardı. O zaman Allah nemətlərindən bütövlükdə faydalanaraq ailələrinizdən heç biri yoxsulluq və çətinliklə yaşamazdı. Hətta ərazimizdə məskunlaşan kafirlər də əmin-əmanlıq içərisində yaşayardılar, lakin siz zalımların yolunu tutdunuz. Bu işıqlıqda dünya sizin üçün qaranlıqlaşdı. Elm və kamal qapıları üzünüzə bağlandı. Özünüzə qapılıb dininizdə ixtilaf saldınız. Elminiz olmadan Allah dinində fitva verdiniz. Siz yolunu azmışların yolunu gedərək pak yolu itirdiniz. Haqq rəhbərlərini boşlayıb saya almadınız. Sübh açılanda öz mənafeyinizə uyğun hökm verərsiniz. Qarşınıza bir məsələ çıxanda zikr əhlindən (Əhli-beyt(ə.s)) soruşarsınız. Biz sizə fitva verəndən sonra deyərsiniz: «Elm elə budur». (Bu cür bizim elmdə və kamalda üstünlüyümüzü dilinizlə deyərsiniz.) Lakin belə deməyinizin sizə heç bir təsiri yoxdur. Əməl meydanında onlara itaət edəndə isə, əksinə, onlara müxalif hərəkət edib bu əmrləri qulaqardına vurursunuz. Arxayın olun. Tezliklə əkdiyinizi biçib əməllərinizin mükafatını alacaqsınız.
Dəni yetişdirən və insanı yaradan Allaha and olsun ki, mənim sizin sahib və rəhbəriniz olduğumu çox gözəl bilirsiniz. Mən həmin şəxsəm ki, sizə mənə itaət etmək tapşırılıbdır. Onun elminin nurunda sizin nicat yolunu tapmağınız üçün alim mənəm. Sizin Rəbbinizin, eləcə də Peyğəmbərinizin seçdiyi şəxs, xeyrinizi bilən mənəm. Az müddətdən sonra sizlərə vəd olunan şey (Allah əzabı) qabaqkı ümmətlərə göndərildiyi kimi sizə də göndəriləcək. Tezliklə Allah sizdən imamınızın kim olduğunu soruşacaq. Siz öz imamlarınız ilə məhşur olaraq Allah dərgahına üz gətirəcəksiniz. Allaha and olsun, əgər mənim Talutun43 yoldaşları qədər və ya Bədr döyüşünün müsəlman cəngavərləri miqdarında (313 nəfər idilər) döyüşçüm olsaydı, onlar da sizin düşməniniz olsaydı, onlarla birlikdə haqq gələnə qədər sizi qılınclayardım, çünki bu qılınclamaq küfr və nifaq yolunu bağlamaq üçün yaxşı, dostluq və güzəştlə keçinməkdən tutarlıdır. İlahi, bizim aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən».
Əbu Heysəm (ravi) yazır ki, sonra Əli(ə.s) məsciddən çıxıb bir qədər yol getdi. Yolda otuz qoyundan ibarət bir sürü görüb buyurdu: «Allaha and olsun, əgər bu qoyunların sayı qədər Allahı və Rəsulunu istəyən şəxslərdən ibarət döyüşçülərim olsaydı, mütləq bu milçək yeyən uşaqları hökmranlıqlarından ayırardım». («Rövzətül-kafi», səh.32)
Dostları ilə paylaş: |