Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc tətbiq edilməsi



Yüklə 3,63 Mb.
səhifə83/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   79   80   81   82   83   84   85   86   ...   169
Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc tətbiq edilməsi.

Əllamə Məclisi «Biharül-ənvar» kitabında Süleym ibn Qeys Hilali Kufiyə, Əban ibn Əyyam Süleymə əsaslanaraq belə bir faktı qeyd edirlər: «Peyğəmbər(s) vəfat edəndə hələ cənazəsini dəfn etməmiş müsəlmanlar Rəsuli-əkrəm(s) ilə bağladıqları əhd-peymanı pozub mürtəd oldular və Rəsulillah(s) tərəfindən təyin olunmuş yolun əksinə getdilər.

Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə tutub, namaz qılıb, dəfn etdikdən sonra evə qayıdıb Peyğəmbər(s)-in vəsiyyətinə əməl edərək «Quran»ı tərtib edib tənzimləməklə məşğul oııldu. Bu kimi işlər onu baş vermiş hadisələrdən kənarda saxladı. O zaman Ömər Əbu Bəkrə demişdi:

__ Hamı sənə beyət edibdir. Təkcə bu kişi __ Əli(ə.s) və Əhli-beytindən başqa. Bir nəfər göndər ki, gəlib beyət etsin.

Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:



__ Get Əli(ə.s)-yə de ki, Peyğəmbər(s)-in canişininin dəvətini qəbul elə.

Qunfuz bir neçə dəfə Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona yetirdi. Lakin Əli(ə.s) beyətdən imtina etdi.

Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, odun yığsınlar. Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-nin evinə yollandılar.

Fatimə(s.ə) qapının arxasında dayanmışdı. Hələ Peyğəmbər(s)-in matəm şalını başından açmamışdı. O, Rəsulillah(s)-ın ayrılığından zəifləyib taqətdən düşmüşdü. Ömər qapıya yaxınlaşıb qapını döyərək ucadan qışqırdı:



__ Ey Əbu Talibin oğlu, qapını aç.

Fatimə(s.ə):



__ Ömər! Niyə biz matəmdə ola-ola bizdən əl çəkmirsən?

Ömər:


__ Qapını aç. Yoxsa evə od vurub yandıraram.

Fatimə(s.ə):



__ Ömər, Allahdan qorxmursanmı? İcazəsiz mənim evimə daxil olub hücum çəkirsən?

Ömər öz fikrindən dönməyib qapıya od vurdu. Yarı yanmış qapını itələyib içəri daxil olanda Fatimə(s.ə) onunla qarşı-qarşıya gəlib fəryad etdi:



__ Ata can, ey Allahın Rəsulu!

Ömər qılıncı qınındaca qaldırıb həzrəti-Zəhra(s.ə)-nın qabırğa nahiyəsinə endirdi. O Xanımın naləsi göyə ucaldı. Ömər qırmancını havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə (s.ə) fəryad etdi:



__ Ey atacan!

Bu zaman Əli(ə.s) cəld gəlib Ömərin yaxasından tutub yerə vurdu. Ömərin burnundan qan açıldı. Həzrəti- Əli(ə.s) xəncəri çəkib onu öldürmək istəyəndə Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Peyğəmbər(s) ona hər şeyə dözüb səbirli olmağı vəsiyyət etmişdi. Əli(ə.s) dedi:



__Yaxşı bilirsən ki, əgər həzrəti-Mühəmməd(s)-in vəsiyyəti olmasaydı, sən mənim evimə icazəsiz daxil ola bilməzdin.

Ömər fəryad edib köməyə çağırırdı. Bir neçə nəfər onun köməyinə gəlib Əli(ə.s)-nin evinə doluşdu. O Həzrəti çəkə-çəkə məscidə tərəf beyət etməyə apardılar. Fatimə(s.ə) də qapının kənarında dayanıb baxırdı. Qunfuz qırmancı ilə fatimə(s.ə)-ni vurdu. Həzrəti-Fatimə(s.ə) vəfat edəndə qırmancın izləri onun qolunda hələ də qalmışdı. Sonra Qunfuz qapını itələyib açanda qapını Fatimə(s.ə)-nin böyrünə elə vurmuşdu ki, o Xanımın qabırğasının biri sınmışdı və bətnində olan uşağı məhv olmuşdu. Bu hadisədən sonra həzrəti-Zəhra(s.ə) yatağa düşüb aldığı həmin zədələrdən də şəhadətə yetişdi.




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin