Sünni alimi Nəzzamın yazdıqları.
Seyyid Mövlana Mirhamid Hüseyn Hindi «Əbəqatül-ənvar» kitabında sünni alimlərindən olan Sənahəddin Səfədinin yazdığı «Ənvari bil-vəfiyyat» kitabında Əbu Ömər və Cahizin ustadı olan Nəzzamın59həyatından bəhs edən belə bir hadisəni qeyd edir: «Peyğəmbər(s) açıq-aydın buyurmuşdu ki, imamət məqamı Əli(ə.s)-yə məxsusdur. O, Əli(ə.s)-ni bu məqama təyin etmişdi. Səhabənin hamısı bundan xəbərdar idi, lakin Ömər bunu Əbu Bəkrin xatirinə hamıdan gizli saxlamışdı». Nəzzam sözünü davam edərək yazır: «Ömər Əbu Bəkrin beyət mərasimi günü Fatimə(s.ə)-nin böyrünə zərbə ilə vurdu. Onun təsirindən də Fatimə(s.ə)-nin bətnində olan (Peyğəmbər(s)-in qabaqcadan adını qoyduğu) körpəsi siqt oldu».
Dostları ilə paylaş: |