1.İmam Cavad(ə.s)-ın kədəri.
Təbərinin «Dəlailül-imamə» kitabında Zəkəriyya ibn Adəmin söylədiyi hadisə təsvir edilmişdir: «Mən İmam Riza(ə.s)-nın hüzurunda idim. Bu zaman oğlu həzrəti-Cavad(ə.s)-ı Onun hüzuruna gətirdilər. O vaxt hələ onun dörd yaşı yox idi. İçəri daxil olanda əlini yerə vurub başını göyə qaldıraraq uzun müddət fikrə getdi.
İmam Riza(ə.s) oğluna buyurdu:
__ Qurbanın olum, niyə fikrə getdin?
İmam Cavad(ə.s) cavab verdi:
__Anam Fatimə(s.ə)-yə edilən müsibətlərə görə xəyala daldım. Allaha and olsun, o iki şəxsi qəbirdən çıxarıb yandırar, sonra isə küllərini dənizlərə səpərdim.
Həzrəti-Riza(ə.s) oğlunu yanına çağırıb iki gözünün ortasından öpərək buyurdu:
__ Atam-anam sənə fəda olsun, sən bu məqama (imamətə) layiqsən.
Dostları ilə paylaş: |