Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


İbn Əbil Hədidin ustadının onun suallarına cavabı



Yüklə 3,63 Mb.
səhifə111/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   107   108   109   110   111   112   113   114   ...   169
İbn Əbil Hədidin ustadının onun suallarına cavabı.

Əllamə Məclisi «Biharül-Ənvar» adlı kitabında məşhur sünni alimi İbn Əbil Hədidə əsaslanaraq belə qeyd edir:

«Ustadım Əbu Cəfər Nəqibdən soruşdum:

__ Mən Əli(ə.s)-nin bu işinə təəccüb edirəm ki, Rəsuli-əkrəm(s)-dən sonra (təxminən 23 il) bu uzun müddətdə düşmənin hiyləsindən necə yayınıb sağ qaldı? Necə oldu ki, düşmənləri Əli(ə.s)-ni öldürə bilmədilər?

Ustadım buyurdu:



__ Əgər Əli(ə.s) səbirli və təmkinli olub təvazökarlıqla kənara çəkilməsəydi, onu öldürərdilər, ancaq O, başını ibadətə, namaza və «Quran» oxumağa qatıb özünü əvvəlki qaydaları icra etməkdən saxlamışdı. Qılıncı unudub fürsət gözləyirdi, səbir edirdi. Həzrəti-Əli(ə.s) səhralara səyahətə çıxır, dağları gəzib seyr edirdi. O da başqaları kimi xəlifələrə itaət etmək yolunu tutmuşdu. Buna görə də düşmənlər ondan əl çəkib Əli(s.ə)-ni unutmuşdular.

Xəlifələrdən iznsiz heç kimin onu öldürməyə cürəti çatmadı. Əmr sahibləri də Əli(ə.s)-nin qətli üçün bəhanə tapmayıb çarəsiz qalaraq ondan əl çəkmişdilər, yoxsa onu öldürərdilər. Başqa bir tərəfdən də əcəl özü möhkəm zəncir və yenilməz bir qaladır. Əcəli çatmamış heç kəs ölməz.

Xalidin tapşırığı barədə ustadımdan sual edib soruşdum ki, Əbu Bəkrin Əli(ə.s)-ni öldürmək üçün Xalidi təyin etməsi doğrudurmu?

Əbu Cəfər Nəqib belə cavab verdi:



__ Əhli-beyt tərəfdarlarından bir neçəsi bunu təsdiq etmişlər. Hətta belə söyləyirlər ki, bir nəfər Əbu Hənifənin şagirdi Zəfər ibn Hezezlin yanına gəlib soruşmuşdu:

__ Necə ola bilər ki, Əbu Hənifə namaz qılan şəxsin salamdan qabaq namazdan ayrıla bilməsi, məsələn, namazın salamından qabaq bir söz deyə və ya bir iş görə bilməsi barədə hökm verir? Bu mümkündürmü?70

Zəfər dedi:



__ Caizdir, çünki Əbu Bəkr təşəhhüddən sonra, salamdan qabaq söz demişdi.

O soruşdu:



__ Əbu Bəkr salamdan qabaq nə demişdi ki?

Zəfər cavab verdi:



__ Sənin kimi bir şəxsə belə bir sual vermək yaraşmaz.

O, israr edib yenidən bu sualı verdi. Nəhayət, Zəfər yanındakılara dedi:



__ Bu kişini qovun. Güman edirəm ki, bu, Əbül Xəttabın səhabələrindəndir.

İbn Əbil Hədid yazır:

Ustadımdan soruşdum:

__ Bəs bu barədə siz nə deyə bilərsiniz? Məgər Əbu Bəkr Xalidə tapşırıq vermişdi?

Nəqib dedi:



__ Mən inanıram. Lakin bu hədisi imamiyyə (Əhli-beyt tərəfdarları) firqəsi rəvayət etmişdir.


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin