«Kamil surətdə təqva və pəhrizkarlığa riayət edin. Müsəlman olmamış dünyadan getməyin. («Ali İmran», 107)
Bəndəliyin həqiqətinə riayət edin. Allahın əmr vənəhyini (halal və haramlarını), İlahi fərmanının əzəmətini unutmayın. Özünüzü cahillərin cərgəsində qərar verməyin.»
«Allahdan bəndələri içərisində ancaq alimlər qorxar.» («Fatir»,28)
(Allah dərgahında təqvalı və xoflu təkcə alimlər və xəbərdarlardır, nəinki bixəbər və qafillər).»
Hidayət yolunun inkişafında həzrəti-Mühəmməd(s)-in qətiyyəti.
«Ey müsəlmanlar ! Bilin ki, mən Fatimə(s.ə)-yəm, atam Mühəmməd(s)-dir. Hər cür səhv və pislikdən uzağam. Məndən əsla yersiz söz, səbəbsiz əməl baş verməz:
«(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona agır gəlir, o sizi (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!»
Bu Peyğəmbər sizin qadınlarınızdan birinin yox, mənim atamdır. Bu Peyğəmbər Əli ibn Əbutalib(ə.s)-in qardaşı və əmisi oğludur, nəinki sizin kişilərinizdən birinin. Mənim atm sizi pislik, batil əqidə və əməllərdən döndərən şəxsdir. Mənim atam sizləri gözəl moizə, nəsihət, dəlil və hikmətlərlə Allaha tərəf dəvət etdi. O, var qüvvəsi ilə müşriklərə qarşı çıxıb, onlarla mübarizə apardı. Onların başlarının üstə qılınc saxlayıb boğazlarını elə sıxdı ki, çarəsiz qalıb təslim oldular. Atam bütləri sındırıb Haqq düşmənlərinin, inadkarların başını əzdi, kafir başçılarının kürəyini yerə vurdu. Küfr və nifaq düyünlərini açıb, şeytanların dilini, münafiqlərin sözünü kəsdi. Beləliklə, həqiqət aşkar oldu. Onun vücudunun parlaq nuru mühitin qaranlığını yox edib həqiqətləri izhar etdi.
Atamın hidayət nurunda tovhid kəlməsi dillərdə əzbər oldu. Əvvəllər başqalarının pəncəsi altında əzilən heç bir qüdrət və ixtiyar sahibi olmayan bir parça ətdən başqa heç nə deyildiniz. Düşmənin hakimiyyəti altında çirkli su və iyrənc yeməklər yeyərək, xar və zəlil olmuşdunuz. Allah-təala Peyğəmbər(s)-in vasitəsilə sizi bu alçaqlıqlardan xilas etdi. Daha sonra qaraqəlbli, kindən ürəyi od tutub yanan bəzi adamlar dinc oturmayıb müsəlmanlarla döyüş tonqalını alovlandırdılar, lakin hər dəfə də Allah-təala bu alovları söndürdü».
Dostları ilə paylaş: |