İmam Həsə(ə.s)-nin Müğeyrə ibn Şöbəyə söylədikləri.
Süleym ibn Qeys qeyd edir ki, İmam Həsən Müctəba(ə.s) öz ehticacında Müaviyə və tərəfdarları ilə geniş söhbət edərkən həzrəti-Əli(ə.s)-yə nalayiq töhmətlər vuran Müğeyrə ibn Şöbəyə buyurmuşdu:
«Sən Allahın düşməni, «Quran»ın ziddinə gedən və Peyğəmbər(s)-i təkzib edən bir şəxssən. Sən Peyğəmbər(s) qızına əl qaldırdın. Onu yaralayıb bətnindəki uşağının məhv olmasına səbəb oldun. Cəsarətlə Peyğəmbər(s)-in ziddinə gedib o Həzrətin Fatimə(s.ə)-nin şəninə buyurduğu kəlamı alçaq tutdun: «Sən behişt qadınlarının xanımısan».
Ey Müğeyrə, Allah sənin cəzanı versin, yalan sözlərinin günahının ağırlığını boynuna qoysun53».
Dostları ilə paylaş: |