Abdullayev Anar Zahid oğlunun katibliyi ilə, İddiaçı Mirzəyev Məhəmməd Məhəmməd oğlunun "Azərenerji" asc "Mingəçevir Regional Enerji Təchizat" mmc-yə qarşı elektrik enerjisindən istifadə qaydalar

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 21.3 Kb.
tarix22.10.2017
ölçüsü21.3 Kb.


İş № 2-2(104)-189/2013

GƏNCƏ АPЕLLYАSİYА MƏHKƏMƏSİNİN

İNZİBATİ-İQTSADİ KOLLEGİYASININ

Q Ə R А R D А D I

06 sentyabr 2013-cü il Gəncə şəhəri
Hakimlər Muradov Rəhman Şaban oğlunun sədrliyi və məruzəsi ilə, Əliyeva Şəfiqə Musa qızı və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə,

Abdullayev Anar Zahid oğlunun katibliyi ilə,

İddiaçı Mirzəyev Məhəmməd Məhəmməd oğlunun “Azərenerji” ASC “Mingəçevir Regional Enerji Təchizat” MMC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 016503 saylı aktın ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığına Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə
М Ü Ə Y Y Ə N Е Т D İ:
İddiaçı Mirzəyev Məhəmməd Məhəmməd oğlu cavabdeh “Azərenerji” ASC Mingəçevir Regional Enerji Təchizat MMC-nin 14 may 2013-cü il tarixli elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 016503 saylı aktın ləğv edilməsinə dair Bərdə rayon məhkəməsində iddia qaldırmışdır.

Bərdə rayon məhkəməsinin (hakim M.Bayramov) 19 iyul 2013-cü il tarixli 2(021)-913/2013 nömrəli qərardadı ilə həmin mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi məhkəməsinə göndərilmişdir.

Məhkəmə hesab etmişdir ki, Mirzəyev Məhəmməd Məhəmməd oğlunun “Azərenerji” ASC Mingəçevir Regional Enerji Təchizat MMC-nin əməkdaşlarının tərtib etdiyi 016503 saylı 14 may 2013-cü il tarixli aktın ləğv edilməsinə dair iddia ərizəsinin aidiyyəti inzibati-iqtisadi məhkəməyə aiddir.

Gəncə İnzibati-İqtisadi məhkəməsinin (hakim C.İbrahimov) 21 avqust 2013-cü il tarixli 2-1(84)-1220/2013 nömrəli qərardadı ilə aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından işin hansı məhkəmədə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Gəncə İnzibati-İqtisadi məhkəməsi məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığını onunla əsaslandırmışdır ki, “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarının tələblərinə əsasən “Azərenerji” ASC-nin Mingəçevir Regional Enerji Təchizat MMC inzibati orqan kimi təsnif olunmamışdır. Yəni həmin orqan inzibati orqan ststusunda deyil. Digər tərəfdən hesab etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1. və 2.0.2. maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2012-ci il tarixli Qərarına əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1. baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istelakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhtəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin qanunun 2.0.2. maddəsi baxımından inzibati akt hesab edilə bilməz, bu aktdan irəli gələn mübahisələrə Azərbaycan Respublikası MPM-i əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.

Ona görə də, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2. maddələrini əsas tutaraq mülki işin baxılması üçün Gəncə İnzibati-İqtisadi məhkəməsinə göndərilməsini məqbul hesab etməyərək, həmin iddia ərizəsinə Bərdə rayon məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir.

Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, onlаrın üzrlü səbəbdən gəlməməsi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə görə, işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan 14 may 2013-cü il tarixli 016503 saylı aktın surətindən görünür ki, həmin akt fərdi sahibkar Mirzəyev Məhəmməd Məhəmməd oğlunun (aktda səhvən istehlakçının adı Əhliman kimi göstərilmişdir) işlətdiyi yeməkxanada olan elektrik sayğacına edilən müdaxilə ilə bağlı tərtib olunmuşdur.

Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qjymət verərək hesab edir ki, iş baxılması üçün Gəncə İnzibati-İqtisadi məhkəməsinə göndərilməlidir.

Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 14 may 2013-cü il tarixdə “Azərenerji” ASC Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC tərəfindən yoxlama aparılarkən elektrik sayğac uçot diskində sayğacın diskinin geri fırlatmaq üçün qurğu quraşıdırıldığından yeməkxana sahibi Mirzəyev Məhəmməd Məhəmməd oğlu (səhvən adı Əhliman kimi göstərilmişdir) barəsində elektirk enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və sonuncu həmin aktın tərtib olunmasına heç bir hüquqi əsasın olmadığını bildirmişdir. Həmin aktdan və arayışdan görünür ki, Məməmməd Mirzəyev hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

İşdən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə məhz iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmış və mübahisə iqtisadi münasibətlərdən irəli gəlmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1. maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

Həmin Məcəllənin 24.2. maddəsinə görə isə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Qanunun yuxarıda qeyd olunan normalarına müvafiq olaraq hüquq haqqında mübahisələri və digər şəxsi xarakterli hüquqi məsələləri həll etmək səlahiyyəti məhkəmələrə məxsus olsa da, amma məhkəmə yalnız qanunla onun yurisdiksiyasına aid edilmiş işlərə baxa bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1. maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fıziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 14 may 2013-cü il tarixli 016503 saylı akt inzibati akt hesab edilməsə də, lakin həmin akt iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan və mübahisə iqtisadi münasibətlərdən yarandığından işə baxılması inzibati-iqtisadi məhkəməyə aid edilməli və iş baxılması üçün Gəncə İnzibati-İqtisadi məhkəməsinə göndərilməlidir.

Beləliklə, məhkəmə kollegiyası göstərilənləri və Аzərbаycаn Rеspublikаsı Mülki Prоssеsuаl Мəcəlləsinin 25-26, 384, 385, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R А R А А L D I :
Gəncə İnzibati-İqtisadi məhkəməsinin 21 avqust 2013-cü il tarixli 2-1(84)-1220/2013 nömrəli qərardadı ləğv edilsin.

İddiaçı Mirzəyev Məhəmməd Məhəmməd oğlunun “Azərenerji” ASC Mingəçevir Regional Enerji Rəchizat MMC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 14 may 2013-cü il tarixli 016503 saylı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi məhkəməsinə göndərilsin.

Bu qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik еdən: imza var.

Hаkimlər: imzalar var.



Düzdür:

Hakim: Rəhman Muradov.






Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə