TƏLƏBƏ QƏBULU – 2023 5 / №2
abituriyentlərin və əcnəbilər və vətəndaşlığı olmayan
şəxslərin elektron ərizələri SHXÇDX-in vahid elektron
informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan
Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən
qaydalarla tənzimlənir. 8. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə gös-
tərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq
etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəs-
sisələrinin müəyyən etdikləri xüsusi prosedurlardan
keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəs- sisələrinə qəbul elanları, “Abituriyent” jurnalının 2023-cü il tarixli 1-ci nömrəsi, səh. 193-208 və digər müvafiq informasiya mənbələri).
Xüsusi qabiliyyət imtahanlarına qeydiyyat 9. Xüsusi qabiliyyət tələb edən ixtisaslar
(XQTİ-lər) üzrə təhsil almaq istəyən və imtahanda
topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini
(bax: səh. 15) ödəyən abituriyentlər imtahanların
nəticəsi elan olunduqdan sonra (ixtisas qrupları üzrə)
DİM tərəfindən elan olunacaq müddətdə
eservices.dim.gov.az/qabiliyyet internet səhifəsinə
daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya
üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan
keçmək üçün abituriyent tələb olunan məbləği
(qeydiyyatdan keçmək istədiyi komissiyaların
sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına
əlavə etməlidir.
Elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin cari ildə
seçdikləri (qeydiyyatdan keçdikləri) ilk komissiya üzrə, 4-cü bəndində göstərilən kateqoriyalardan olan
abituriyentlərin isə seçdikləri (qeydiyyatdan
keçdikləri) bütün komissiyalar üzrə qabiliyyət
imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilir.
Qeydiyyatdan keçmiş abituriyentlər DİM tərəfindən
elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak
edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəz-
ləşdirilmiş qaydada keçirilir (“Abituriyent” jurnalının
xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı) və imtahanların
nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la
qiymətləndirilir. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə
qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə
şərtlərini ödəyən abituriyentlər seçə bilərlər (bax: səh. 15-də “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” adlı cədvəl).