Sahəsi - 9363 min kv.km Əhalisi - 298 mln. nəfər Paytaxtı - Vaşinqton şəhəridir. İllik Ümumi Daxili Məhsul istehsalı - 10,0 trln dollar Adambaşına düşən Ümumi Daxili Məhsul - 36,3 min dollar Amerika Birləşmiş Ştatlan (ABŞ) Şimali Amerikada yerləşərək ərazisinin böyüklüyünə görə dünyada RF, Kanada, Çindən sonrakı 4-cü yeri tutur. Qərbdən şərqə 4,7 min km, şimaldan cənuba 3,0 min km məsafədə uzanır. 5 saat qurşağından keçən Amerika Birləşmiş ştatlarının quru sərhədlərinin uzunluğu 12219 km-dən çoxdur. (Kanada ilə 6416 km, Kanada ilə Alyaska arasında 2477 km, Meksika ilə 3326 km). Su sərhədinin uzunluğu isə 12 min km-dir. Hava nəqliyyatı ilə ölkə ərazisini qərbdən-şərqə qət etmək üçün 5,5 saat vaxt kifayət edir. ABŞ-ın ərazisi 3 hissədən ibarətdir. Əsas hissə - 7,8 mln. kv.km, Alyaska - 1,5 mln. kv.km., Sakit okean arxipelaqlarından biri olan Havay adaları isə - 16,7 min kv km. əraziyə malikdir. Bununla yanaşı, Puerto-Riko, Karib hövzəsində yerləşən Virgin adalarının bir hissəsi, Sakit okeanın Quam adası adlı mülkləri də vardır. Eyni zamanda, ABŞ Sakit okeanda yerləşən Marian, Marşall və Karolin adalarının çox hissəsinə də nəzarət edir. ABŞ-ı qərbdən əhatə edən Sakit okean, şərqdən Atlantik okeanı suları onun iqtisadi coğrafi mövqeyini müəyyən edən başlıca amillərdəndir. Okeanlarla əhatə olunması onun Avropa və Asiya ölkələri ilə ticarət - iqtisadi əlaqələrini asanlaşdırmaqla yanaşı, həm də onu bu rayonlarda baş verən dağıdıcı müharibələrdən yan keçməyə səbəb olmuşdur. Əlverişli fıziki, iqtisadi, geosiyasi mövqeyi onun iqtisadi inkişafına, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına tarix boyu öz müsbət təsirini göstərmişdir. ABŞ-ın ərazisinin formalaşması 3 başlıca mərhələdən keçmişdir. Bunlar XVI-XX əsrlər arası dövrləri əhatə edir. İlk əvvəl 1565-ci ildə ispanlar tərəfindən Floridadakı Sent-Oqyustin şəhərində əhali məskunlaşması həyata keçirilmiş, bir neçə ərazilər pulla satın alınmış, o cümlədən Alyaska 1867-ci ildə Rusiyadan 100 il müddətinə 7,2 mln. dollara satın alınaraq get-gedə ərazi qərbə doğru genişləndirilmişdir. XVII əsrdə indiki ABŞ-ın şərq hissəsinin Atlan-tik okeanı sahillərində İngiltərənin 13 müstəmləkə mülkü mövcudlaşmış və onlar 1775-ci ildən müstəqillik uğrunda apardıqları müharibə nəticəsində 1776-cı ildə Filadelfıyada müstəqillik haqda deklarasiya qəbul etmişlər. Elə o vaxtdan da İngiltərə ilə bütün ticarət əlaqələri kəsilmiş və hər cür ingilis mallarının satışı boykot edilmişdir. Əvvəllər həmin 13 ştat Şimali Amerika Birləşmiş Ştatları adlansalar da müstəqillik qazandıqdan sonra Amerika Birləşmiş Ştatlan adını daşımışlar. Bu vaxt hakimiyyətə burjuaziya və plantasiya sahibləri gəlmişlər. Get-gedə bir neçə ərazilər yenidən pulla satın alınaraq qərbə doğru genişləndirmə aparılmşıdır. O cümlədən 1806-cı ildə 13 ştatdan ibarət müstəqil ABŞ iik Konstitusiyasını 1787-ci ildə qəbul etmişdir. ABŞ 50 ştatdan və dövlətin paytaxtı - Vaşinqton yerləşən Kolumbiya federal mahalından (1871-ci ildən təsis edilmişdir) ibarət olmaqla federativ dövlət quruluşuna malikdir. Dövlətə, hökumətə, hərbi qüvvələrə prezident başçılıq edir. Prezident və vitse-prezident hər 4 ildən bir seçilirlər. Dövlətin başçısı yalnız 2 dəfə seçilmə hüququna malikdir. Ali qanunvericilik orqanı Konqres hesab edilir. O, Senat və Nümayəndələr Palatasından ibarətdir. Senat 6 il müddətinə, hər ştatdan 2 nəfər olmaqla 100 nəfər hesabına formalaşır. Onun tərkibi hər 4-cü il 33 faiz təzələnir. Nümayəndələr Palatası isə hər 2 ildən bir dəyişərək ştatlardakı əhalinin sayına uyğun olaraq seçilir. Qanunvericilik hüququ Konqresə mənsub olmasına baxmayaraq, Prezident Konqres tərəfindən qəbul edilmiş bütün qanunları təsdiq etməklə yanaşı onlara veta qoymaq hüququna da malikdir. Hər bir ştatın konstitusiyası, qanunverici və icaredici orqanları, seçkili qubernatoru, rəmzləri vardır. ABŞ-da iki partiya: Demokratlar və Respublikaçılar partiyası mövcuddur. Demokratlar çoxsaylı, respublikaçılar isə çoxkapitallı olmaları ilə tanınırlar. Hər bir dövlətdə olduğu kimi, ABŞ-da da bayraq, gerb, himn dövlət rəmzləri hesab edilirlər. Đlk bayraq 1776-cı ilin iyul ayında Kontinental konqresdə təsdiq olunaraq bu vaxta qədər ştatların sayının artması ilə əlaqədar olaraq 25 dəfə dəyişikliyə məruz qalmışdır. Bayrağın yuxarı sol küncündə göy rəngli fon üzərində düzbucaqlıda ştatların sayına müvafıq ağ rəngli 5 guşəli ulduz, habelə ümumi fon üzərində ilk ştatların rəmzini əks etdirən 13 ağ və qırmızı zolaq həkk edilmişdir. Dövlət bayrağında edilmiş axırıncı dəyişiklik 1960-cı ildə Havay ərazisinə ştat hüququnun verilməsi ilə bağlıdır. Bir qayda olaraq dövlət bayrağında aparılan dəyişiklik ancaq 4 iyul müstəqillik günündə aparılır. Dövlət gerbi qartal şəklini təsvir edir. Qartal caynaqlarında sülh simvolu sayılan zeytun budağını və müharibə simvolu hesab edilən 13 sayda ox dəstəsini, dimdiyində isə latınca «müxtəliflikdə birlik» ifadəsi yazılmış lent tutmuşdur.