Abş-da qara metalurgiya sahəsində xammal problemi.”


ABŞ-ın təbii ehtiyyatları



Yüklə 0,86 Mb.
səhifə4/6
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#105038
1   2   3   4   5   6
1.2.ABŞ-ın təbii ehtiyyatları.

ABŞ olduqca güclü inkişaf etmiş sənayesinin xammala və yanacağa olan tələbatını həm yerli resursların, həm də xarici ölkələrdən idxal hesabına təmin edir. Ölkədə ən iri daş kömür yataqları Appalaç hövzəsindəki Kentukki və Qərbi Virciniya ştatlarıdır. Kordilyer dağlarının bir sıra rayonları, xüsusilə Vayominq ştatı qonur kömür ehtiyatları ilə zəngindir. Neft və təbii qaz ehtiyatları ilə Meksika körfəzi sahilindəki Texas (şəkil .1.)və Luiziana ştatları və şelf bölgəsi, həmçinin Kaliforniya və Alyaska ştatları zəngindir. Dəmir filizinin iri yataqları Yuxarı Göl regionundadır. İkinci dəmir filizi regionu cənubi Appalaçda Alabama ştatıdır. Müxtəlif əlvan və nadir metal filizləri, uran əsas etibarilə Kordilyerdədir (Arizona, Yuta, Missuri ştatlarında). Qeyri-filiz qazıntılardan Floridada fosforitin, Luiziana və Texasda isə kükürd və kalium duzunun iri yataqları kimya sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Burada müxtəlif tikinti materiallarının da yataqları var.ABŞ-ın resursları arasında çaylar mühüm yer tutur və onlar ölkənin təsərrüfatında kompleks şəkildə istifadə olunur. Çaylar bir neçə qrupa, nəqliyyat üçün daha çox əhəmiyyəti olan çaylara (Missisipi, Missuri, Ohayo, Hudzon), hidroenerji mənbəyi kimi əhəmiyyəti olan daha böyük çaylara (Kolumbiya, Kolorado), su təchizatı və suvarma üçün istifadə olunan çaylara (əksər çayları), həm də hələ bu vaxta qədər istifadə olunmayan çaylar (Alyaskada Yukon çayı) ayrılır. Ölkə ərazisinin 30%-i, əsas etibarilə təkrar salınmış meşələrlə tutulmuşdur. Oduncaq ehtiyatına görə, qiymətli Oreqon şam ağacları ilə təmsil olunan şimal-qərb regionu fərqlənir. Xüsusilə Alyaska və Kordilyer meşə örtüyü ilə zəngindir.

Şəkil 1.Texas ştatında neft emali zavodu

Şəkil.2.


Mineral təbii sərvətlərin coğrafıyası ərazinin geoloji quruluşu və reiyefi ilə tamamilə uzlaşır. ABŞ dünyanın ən zəngin və daha çox ehtiyatla tanınan kömür, uran, mis, molibden, qalay, qurğuşun, sink, qızıl, fosforit, təbii qaz və neft yataqları ilə tanınır. Sənaye əhəmiyyətli neft ehtiyatı 5,0 mlrd. ton olmaqla əsasən Alyaskada (Braqxo - Bey yatağı 3,2 mlrd. ton), Texas və Luiziana ştatlarında, Sakit okean sahil zonasında (Kaliforniya ştatında) aşkarlanmışdır. Sənaye əhəmiyyətli qaz ehtiyatı isə 5,4 trln. kubmetrdən çoxdur ki, onlar da Oklaxoma, Kanzas və digər ştatların ərazisindədir. Qaz ehtiyatına görə ABŞ dünyada ancaq RFdən (48,1 trln kubmetr) geri qalır. Adları çəkilən ştatlar ümumi qaz ehtiyatının 10%-nə, neft ehtiyatının isə 45 %-nə malikdir. Deyilənlərdən başqa, ABŞ alternativ mənbələrdən - bitumlaşmış şist və qum, habelə kömür ehtiyatları ilə də tanınır. Bunlar əsasən Kolorado, Yuta, Vayominq ştatlarında, habelə Böyük düzənliklər ərazisində çox ehtiyatla tanınırlar. Yanacaq-energetika xammalları içərisində ümumi ehtiyatı - 1,6 trln t-dan az olmayan kömürdür. Ən çox Şərq, Daxili, Cənub, Böyük düzənlik, Qayalı dağlıq, Sakit okean sahili əyalətlərində böyük ehtiyatla aşkarlanmışdır. Təkcə Appalaç kömür hövzəsinin uzunluğu 1200 km, eni 250 km, laylarının qalınlığı isə 1200 metrdən az deyildir. Hövzənin kömür ehtiyatı isə 340 mrld tondan çoxdur. Alyaskada da böyük kömür ehtiyatı sənaye əhəmiyyəti kəsb edir. Dəmir filizi ehtiyatı 5,0 mlrd. ton olsa da dünyada Braziliya, Kanada, Avstraliya və Đndoneziyadan sonrakı 5-ci yeri tutur. Əsas yataqları Minnesotda, Miçiqanda, Birminqemdə mövcuddur. Nadir və qiymətli metal filizləri yataqları dağlıq ərazilərdə, Kaliforniya və Alyaskada yerləşir. Molibden 3,7 trln t, qurğuşun 26,0 mlrd. t, qızıl 9,1 min ton, sink 48,7 mln. t ehtiyata malikdirlər. Vayominq, Kolorado, Yuta, Nyu-Meksika (Ambrosiya-Leyk) ştatlarında aşkarlanan uran fılizi ehtiyatı 114,0 min ton olmaqla dünyada 1-ci yer ABŞ-a məxsusdur. Qeyri-fıliz faydalı qazmtılarından Florida, Şimali Karolina, Aydaxo ştatlarında yerin dərin yataqlarında aşkarlanan fosforit, Meksika körfəzi sahillərində isə kükürd yataqları mövcuddur. Bir sözlə, ABŞ hər cür mineral sərvətlərə malik olsa da ayrı-ayrı sənaye sahələrini daha da inkişaf etdirmək üçün xarici ölkələrdən nikel, manqan, kobalt, boksit, kalium duzu, qalay xammalları almaqdadır.Torpaq-bitki qurşaqları əsasən meridional istiqamətdə dəyişirlər. Məlumdur ki, dünyada meşənin ümumi sahəsi 51,2 mlrd. ha, oduncaq ehtiyatı isə 385 mlrd. kubmetr təşkil edir. Meşə sahəsinin çoxluğuna görə dünyada RF 1-ci yeri (886 mln. ha), 2-ci yeri Braziliya (572 mln. ha), 3-cü yeri Kanada (453 mln.ha) və dördüncü yeri ABŞ tutur. Ölkə ərazisinin 296 mln. hektarı və ya 32,3 %-i meşə ilə örtülmüşdür.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin