Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız təkmilləşdirmə kursuna göndərilməsi barədə ərizənizə baxılmışdır.
Bildiririk ki, ixtisasınız üzrə təkmilləşdirmə kursundan keçmək üçün Siz müvafiq sənədlərin surətini təqdim etməklə (şəxsiyyət vəsiqəsi, ali ixtisas tibb təhsil haqqında diplom, internatura vəsiqəsi və əmək kitabçası (notarial qaydada təsdiq olunmuş)) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna müraciət edə bilərsiniz.