Açiq müsabiQƏ №23038-19 azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ


Təqdim olunan sənədlərə xüsusi qeyd



Yüklə 0,5 Mb.
səhifə29/34
tarix01.01.2022
ölçüsü0,5 Mb.
#102980
1   ...   26   27   28   29   30   31   32   33   34
Təqdim olunan sənədlərə xüsusi qeyd :

Patentləşdirilmiş məhsullar üçün: texniki göstəriciləri və istehsalçıdan keyfiyyət haqqında sertifikatlar təqdim olunmalıdır.
Qeyd olunan sənədlər təklifə əlavə olunmamışdırsa, həmin təklif formal tələblərə cavab verməyən təklif kimi kənarlaşdırıla bilər.


  1. Malları təklif edilən istehsalçılar beynəlxalq idarəetmə sertifikatlarına, istehsal etdikləri mallar beynəlxalq dərəcəli və yerli standartlara və sertifikatlara uyğun olmaqla üstün istehsal potensialına və şəraitinə malik olmalıdır. İstehsalçı müəssisənin satın alınan malların tələb olunan standarta uyğun istehsal edəcəyini əsaslandıran və satınalma müqaviləsinin icra müddəti ərzində qüvvədə olan müvafiq uyğunluq sertifikatı olmalıdır. Uyğunluq sertifikatının notariusda müvafiq qaydada təsdiq olunmuş surəti müsabiqə təklifinə əlavə olunmalıdır.




  1. Müqabiqə təklifləri qiymətləndirilən zaman müxtəlif ölkələrdən təklif olunan mallara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş gömrük rüsumları nəzərə alınacaqdır.




  1. Təkliflər qiymətləndirilən zaman satın alınan mallara zəmanət verilən istismar müddəti, məhsuldarlığı və istismar müddəti ərzində ona çəkilən istismar və istifadə xərcləri nəzərə alınacaq. Bununla əlaqədar Qoşma 6-da bu məlumatlara aid xanaların doldurulması vacibdir.




  1. Müsabiqədə qalib gələn malgöndərən ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu, istismar müddətinə dair məlumat və istismar təlimatı (əsli);

- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİP və ya CİF şərti olduqda) (əsli);

- Qaimə-faktura (əsli).




  1. Alternativ təklif :

Əsas təklifdən başqa alternativ təkliflər verilə bilməz.


  1. Müsabiqə təklifləri satınalma predmetinin bir hissəsinə, yəni hər mövqe üzrə ayrı-ayrılıqda verilə bilər.




  1. Təklif olunan malları istehsal edən şirkətlərin istehsal etdikləri bu və ya digər məhsullar ABŞ, Yaponiya, Cənubi Koreya, Türkiyə, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Avropa Birliyi və MDB ölkələrində istismar və istifadə edilmiş olmalıdır. Malların qeyd olunan ölkələrdə (bir və ya iki təşkilat) istismarı və ya istifadəsi haqqında aşağıda verilmiş məlumatlar müsabiqə təklifi ilə birlikdə Qoşma 6 tərkibində satınalan təşkilata təqdim olunmalıdır:

- Məhsulun istifadəçisinin (təşkilatın) tam adı:

- İstifadəçinin əlaqə şəxsinin adı, soyadı və vəzifəsi

- İstifadəçinin ünvanı/faksı/telefonu:

Satınalan təşkilat iddiaçının bu bəndə əsasən adını göstərəcəyi istifadəçilərdən referans (tövsiyyə məktubu) məktubu tələb edə bilər.

Bu bəndə uyğun olaraq, tələb olunan məlumatları göstərməyən və tələb olunan referans məktublarını vaxtında təqdim etməyən iddiaçının təklifini kənarlaşdırmaq hüququnu Satınalan təşkilat özündə saxlayır.


  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.




  1. İddiaçılar xaricdən gətirilən bütün malların mənşə ölkələrinin kodlarını Qoşma 2a-da mütləq qeyd etməlidirlər.




  1. Texniki təklif zərfinə qoyulmuş sənədlərin əlavə olaraq elektron forması da mümkün qədər silinməsi mümkün olmayan CD-də Satınalma mütəxəssisinə təqdim edilməsi də məqəsədəuyğun hesab edilir. Diskin üzərində iddiaçı şirkətin nümayəndəsinin adı və əlaqə nömrəsi qeyd olunmalıdır.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin