Müsabiqə təkliflərinin hazırlanması
İddiaçının təqdim etməli olduğu müsabiqə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:
Satınalan təşkilata müraciət (Qoşma № 1);
Müsabiqə təklifinin qiymət cədvəlləri (Qoşma № 2);
Təklif edilən malların istehsalçısı(ları) haqqında məlumat(Qoşma № 3);
İstehsalçı tərəfindən iddiaçının adına verilmiş və təmsil etmək hüquq verən etibarnaməsinin əsli (Qoşma № 4);
İddiaçının hüquqi ünvanı və bank rekvizitləri (Qoşma № 5);
Təklif olunan malların texniki xüsusiyyətlərinə dair məlumatlar (Qoşma № 6);
Analoji malların SOCAR-a təchiz olunması üzrə təcrubə (Qoşma № 7);
Müsabiqə təklifinin təminatı üzrə bank qarantiyasının forması (Qoşma 8)
VACİB: Şərtlər toplusunda göstərilən malların satınalma müsabiqəsinə yalnız istehsalçı şirkətinin Azərbaycanda avtorizə olunmuş Partnyorları qatıla bilər. İddiaçının MAF (Manufacturer’s Authorization Forms) sənədinin təqdim olunması mütləqdir;
İddiaçının təqdim etməli olduğu müsabiqə təklifinin təminatı Müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) % -dək məbləğindən aşağı olmamalıdır; (Qoşma 10)
Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə, texniki təklif və müsabiqə təklifinin təminatından ibarət olmaqla hazırlanmalıdır. Müsabiqə təklifləri və tələb olunan digər sənədlər yazılı çap şəklində, Azərbaycan, rus və ya ingilis dilində, bir əsli və iki surəti olmaqla üç nüsxədə hazırlanmalı və hər səhifəsi iddiaçının səlahiyyətli şəxsi tərəfindən imzalanmalıdır. İddiaçı müsabiqə üzrə öz maliyyə və texniki təkliflərini “Əsli” və “Surəti” sözləri yazılmış ayrı-ayrı zərflərə qoyaraq imzalayıb möhürləməlidir. Zərflərin üzərində müsabiqə predmetinin adı, iddiaçının ünvanı, nümayəndəsinin əlaqə nömrələri və “27.01.2020-cu il, saat 10:30-a dək açılmamalıdır” sözləri qeyd edilməlidir.
Müsabiqə təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən ən azı 60 təqvim günü olmalıdır. Satınalan təşkilat təklifinin qüvvədə olma müddəti 60 gündən az olan iddiaçının təklifini tələblərə uyğun olmayan hesab edərək uzaqlaşdırmaq hüququnu özündə saxlayır.
İddiaçıların təklif etdikləri mallar ən azı Şərtlər Toplusunun Qoşma 11-də göstərilmiş tələblərə cavab verməlidir.
İddiaçı tərəfindən təklif olunan malların qiyməti müsabiqə təklifinin qiymət cədvəlində (Qoşma № 2) aşağıdakı şərtlərlə verilməlidir:
– Ölkə xaricindən gətirilən mallar üçün Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən dərc olunmuş İnkoterms-2010 qaydalarına əsasən (“E” və “F” kateqoriyaları istisna olmaqla) təyin olunmuş yerə qədər tədarük şərti ilə;
– Azərbaycan Respublikası ərazisindən təklif edilən mallar üçün Azərbaycan qanunlarına uyğun olaraq Satınalan təşkilatın əsas şərtlər toplusunda göstərilmiş ünvanına daşınma xərcləri ilə
Xaricdən gətiriləcək malların qiymət 2 №-li Qoşmanın 1-ci cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Azərbaycan Respublikası ərazisindən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 2-ci cədvəlində göstərilməklə Azərbaycan manatı ilə ifadə olunmalıdır.
Hər bir malgöndərən müsabiqədə yalnız bir iddiaçı qismində iştirak edə bilər və yalnız bir təklif vermək hüququna malikdir. Alternativ təklfin nəzərədə tutulduğu hallar istisna olmaqla, təklif zərfindən iki və daha artıq təklif aşkar edilmiş iddiaçı və onun belə təklifi müsabiqədən uzaqlaşdırılır.
Müsabiqə təklifində dəyişiklik, sətirarası əlavələr və düzəlişlər olmamalıdır.
Əgər müsabiqə predmeti bir neçə lotdan ibarət olarsa hər lot üzrə təkliflər ayrı-ayrı zərflərdə təqdim edilməlidir.
Dostları ilə paylaş: |