Səmərəlik kifayət qədər olarsa müsabiqə predmetinin iki və daha çox iddiaçı arasında bölüşdürülməsi
11 №-li Qoşmada (Satın alınan malların siyahısı və texniki şərtlər) müsabiqə təklifinin malların (müsabiqə predmetinin) bir hissəsi üçün təqdim olunmasına icazə verildikdə (Qoşma 11 qeyd 16), müsabiqə predmeti iki və ya daha çox malgöndərən (podratçı) arasında bölünməklə müqavilələr bağlanıla bilər.
Satınalan təşkilat məqsədəuyğun hesab edərsə və ya əsas şərtlər toplusunda düzəliş edilməsi mümkün olmayan və müsabiqənin səmərəliliyinə mənfi təsir edəcək hər hansı elementin mövcudluğu aşkar edilərsə satınalma müsabiqəsi təklif zərflərinin verilməsinin son müddətinin bitməsinədək ləğv edilə bilər. Belə halda dərhal dəvət olunmuş bütün iddiaçılara məlumat verilir və artıq təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılmalıdır. Satınalan təşkilat bununla bağlı heç bir məsuliyyət daşımaycaq və iddiaçılar onun bu addımına etiraz edə bilməzlər.