QOŞMA 9
(BANKIN RƏSMİ BLANKINDA)
MÜQAVİLƏNİN YERİNƏ YETİRİLMƏSİ TƏMİNATI ÜZRƏ
BANK QARANTİYASININ
FORMASI
____________şəhəri “___”_______ 2019-cu il
Satınalan təşkilatın adı: SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə idarəsi
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Heydər Əliyev prospekti 113
Satınalma müqaviləsinin tarixi və nömrəsi: [müqavilənin tarixini və nömrəsini daxil edin]
Satınalma müqaviləsinin predmeti: [Müqavilənin ümumi adını daxil edin]
Nəzərə alaraq ki, [Malgöndərənin (podratçının) tam adını, VÖEN-nini, hüquqi ünvanını daxil edin] (bundan sonra Prinsipial adlandırılacaq) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə idarəsi (bundan sonra Benefisiar adlandırılacaq) ilə bağladığı [müqavilənin tarixi, nömrəsi, məbləğinə, valyutasına və nə haqqında olmasına dair məlumatları daxil edin] satınalma müqaviləsi əsasında (bundan sonra Müqavilə) [mal iş və ya xidmətlərin şərhini daxil edin] yerinə yetirməyi öhdəsinə götürmüşdür;
Nəzərə alaraq ki, Prinsipial Müqavilə üzrə yaranmış öhdəliklərini Müqavilənin şərtlərinə tam uyğun icra edəcəyinə dair bank qarantiyası təqdim etməlidir;
Nəzərə alaraq ki, [bankın tam adını, VÖEN-ni və ünvanını daxil edin] (bundan sonra Qarant adlandırılacaq) Prinsipialın Müqavilə üzrə Benefisiar qarşısında götürdüyü öhdəliklərini Müqaviləyə tam uyğun icra edəcəyinə dair Benefisiara [qarantiya məbləğini və valyutanı daxil edin] (bundan sonra Qarantiya məbləği) bank qarantiyası verməyə razılıq vermişdir,
Bununla Qarant Prinsipialın Müqavilə üzrə bütün öhdəliklərinin Müqavilənin şərtlərinə uyğun vaxtında və lazımi şəkildə icra edəcəyinə dair Benefisiara [qarantiya məbləğini və valyutanı daxil edin] məbləğində şərtsiz və geri götürülə bilməyən qarantiya verir.
Yuxarıda göstərilən qarantiya məbləği Benefisiarın ilk yazılı bildirişi əsasında, ondan hər hansı sübutun, əsaslandırmanın təqdim edilməsini tələb etmədən Qarant tərəfindən bildirişin daxil olmasından 5 iş günü müddətində qeyd-şərtsiz və tam həcmdə Qarant tərəfindən Benefisiara ödəniləcəkdir.
Qarant bu öhdəlikləri öz adından, öz varislərinin və müvəkkillərinin adından götürür.
Biz anlayırıq və təsdiq edirik ki, Benefisiar və Prinsipial tərəfindən Müqaviləyə ediləcək istənilən əlavə və dəyişiklik hazırki Qarantiyanın hər hansı müddəasına, onun qüvvədə olmasına təsir etməyəcəkdir, Benefisiar və Prinsipialın Qarantı bu barədə məlumatlandırmaq vəzifəsi yoxdur.
Bu qarantiya Qarantın onu təsdiq etdiyi andan qüvvəyə minir və “_____” __________ 20---cü il tarixə (ən azı Müqavilənin qüvvədə olma müddətinin bitməsindən sona 30 bank günü tarixinə) kimi qüvvədədir.
Bu qarantiya ilə əlaqədar hər hansı tələb Qaranta yuxarıda qeyd olunmuş tarixə kimi təqdim olunmalıdır.
Bu qarantiya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin A.A.S. və vəzifəsi]
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin vəzifəsi]
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin imzası]
(Bankın möhürü)
Qeydlər
Dostları ilə paylaş: |