____________şəhəri “___”_______ 2019-cu il
Nəzərə alaraq ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə idarəsi ilə [malgöndərənin (podratçının) tam adını ismin müvafiq halında VÖEN-ini, hüquqi ünvanını daxil edin] (bundan sonra Prinsipial adlandırılacaq) arasında [müqavilənin tarixi, nömrəsi, məbləğinə, valyutasına və nə haqqında olmasına dair məlumatları daxil edin] satınalma müqaviləsi (bundan sonra Müqavilə adlandırılacaqdır) bağlanmışdır;
Nəzərə alaraq ki, Müqavilənin [müqavilənin avans ödənişini tənzimləyən müddəalarını daxil edin] bəndinə əsasən, Prinsipialın müraciətinə uyğun olaraq [avans ödənişinin məbləğini və valyutanı daxil edin] məbləğdə avans ödənişi Prinsipialın Müqavilədə göstərilmiş hesabına köçürüləcəkdir;
Nəzərə alaraq ki, Prinsipial Müqaviləyə uyğun olaraq ona ödəniləcək avans məbləği qarşılığında Müqavilə üzrə öhdəliklərini Müqavilənin şərtlərinə tam uyğun icra edəcəyinə dair bank qarantiyası təqdim etməlidir;
Nəzərə alaraq ki, [bankın tam adını, VÖEN-ni və ünvanını daxil edin] (bundan sonra Qarant adlandırılacaq) Prinsipialın Müqavilə üzrə Benefisiar qarşısında yaranmış vəzifələrinin Müqaviləyə tam uyğun icra edəcəyinə dair Benefisiara [qarantiya məbləğini və valyutanı daxil edin] (bundan sonra Qarantiya məbləği) qarantiya verməyə razılıq vermişdir,
Bununla Qarant Prinsipiala Müqaviləyə əsasən ödənilmiş avans məbləğinin Müqavilənin məqsədlərinə uyğun sərəncam veriləcəyinə və bununla bağlı Prinsipialın öhdəliklərinin tam və vaxtında icra ediləcəyinə dair Benefisiara [qarantiya məbləğini və valyutanı daxil edin] məbləğdə şərtsiz və geri götürülə bilməyən bank qarantiyası verir. Qarant bu öhdəlikləri öz adından, öz varislərinin və müvəkkillərinin adından götürür.
Qarantiya məbləği Benefisiarın Qaranta ünvanlayacağı ilk və yazılı bildirişi əsasında bildirişin daxil olması tarixindən 5 iş günü ərzində Qarant tərəfindən qeyd-şərtsiz və tam məbləğdə Benefisiarın hesabına (Benefisiar tərəfindən müəyyən edilir) köçürüləcəkdir. Qarantiyanın icra edilməsi məqsədi ilə Benefisiar tərəfindən hər hansı sübutun, təsdiqedici sənədin və ya aidiyyəti orqanların aktlarının təqdim edilməsi tələb olunmur.
Biz anlayırıq və təsdiq edirik ki, Benefisiar və Prinsipial tərəfindən Müqaviləyə ediləcək istənilən əlavə və dəyişiklik hazırki Qarantiyanın hər hansı müddəasına təsir etməyəcəkdir, onun qüvvədə olmasına təsir etməyəcəkdir, Benefisiar və Prinsipialın Qarantı bu barədə məlumatlandırmaq vəzifəsi yoxdur.
Hazırki bank qarantiyası Qarant tərəfndən təsdiq edildiyi andan qüvvəyə minir və malların göndərilməsində və ya işlərin və xidmətlərin yerinə yetirilməsində mümkün gecikmələri də nəzərə almaqla Prinsipialın ona ödənilmiş avans məbləğini Müqaviləyə uyğun olaraq Benefisiara geri qaytarmış hesab edildiyi andan 20 bank günü müddətinədək qüvvədə qalacaqdır.
Bu qarantiya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin A.A.S. və vəzifəsi]
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin vəzifəsi]
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin imzası]
[Qarantiyanın təsdiq edildiyi tarix]
(Bankın möhürü)
Qeydlər
Dostları ilə paylaş: |