Açiq müsabiQƏ №23038-19 azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ



Yüklə 0,5 Mb.
səhifə23/34
tarix01.01.2022
ölçüsü0,5 Mb.
#102980
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
Avans ödənişinin təminatı – Satınalma müqaviləsində nəzərdə tutulduğu halda, satınalan təşkilatın ödədiyi avans qarşılığında verilən təminatdır. Yəni, müqavilənin müddətləri, keyfiyyət şərtləri və digər şərtləri pozulduqda satınalan təşkilat tərəfindən malgöndərənin hesabına köçürülmüş vəsait (avans) təminat əsasında satınalan təşkilata geri qaytarılır.

  1. Satınalma müqaviləsi üzrə avans ödənilməmişdən əvvəl malgöndərən avans ödənişinin təminatını satınalan təşkilata təqdim etməlidir. Avans ödənişinin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

  2. Avans ödənişinin təminatının qüvvədə olma müddəti cərimələrin maksimum həddinə çatana qədər yol verilə biləcək geckmələr nəzərə alınmaqla ödənilmiş avans məbləğinin satınalma müqaviləsi üzrə geri alınmalı olan müddətindən 20 bank günü çox olmalıdır.

  3. Satınalan təşkilat (benefisiar) təminatı əldə etdikdən sonra müqavilənin şərtlərinə uyğun avans ödənişini ödəyir qarşı-tərəfin (prinsipial) hesabına. Əgər qarşı-tərəf (prinsipial) müqavilənin şərtlərini tələb olunan şəkildə yerinə yetirməzsə və avans kimi ödənmiş məbləğin geri qaytarılmasını təmin etməzsə satınalan təşkilat (benefisiar) avans məbləğinin geri ödənilməsini qarantdan (təminat verən) tələb edir və ya təminat kimi təqdim edilmiş digər aktivləri tutur.

  4. Avans ödənişinin təminatı malgöndərənin satınalma müqaviləsi üzrə ona ödənilmiş avans məbləği həcmində öhdəliklərini tam və lazımi şəkildə icra etdiyi təqdirdə təxirə salınmadan qaytarılır.

  5. Satınalan təşkilat aşağıdakı hallarda avans ödənişinin təminatını tutur:

  • malgöndərən əsassız olaraq satınalma müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə;

  • cərimələrin maksimum həddinə çatana qədər yol verilə biləcək gecikmələr nəzərə alınmaqla ödənilmiş avansın satınalma müqaviləsi üzrə geri alınmalı olan müddəti ərzində malgöndərən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin