QARŞI-TƏRƏFDƏN MÜTLƏQ TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI
Azərbaycan Respublikasının rezident hüquqi şəxsləri ilə münasibətdə:
Nizamnamə sənədlərinin (bütün dəyişikliklər və əlavələrlə birlikdə), o cümlədən nizamnamə, təsis müqaviləsi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, vergi sertifikatının (xarici təşkilatlar üçün) notarial qaydada təsdiq edilmiş surətləri;
Kommersiya hüquqi şəxslərin reyestrindən çıxarışın notarial təsdiq edilmiş surəti;
Baş direktor vəzifəsinə təyin edilməsi haqqında ümumi toplantının qərarının/protokolunun (və ya digər oxşar sənədin) və baş mühasibin təyin edilməsi haqqında qərarın (və ya digər sənədin) notarial qaydada və ya məsul qurumun işçisi tərəfindən təsdiq edilmiş surətləri; təsdiq edilmiş surəti, eləcə də sövdələşmələr aparmaq, müqavilələr və ilkin sənədlər (məsələn, hesab-fakturalar) imzalamaq səlahiyyəti olan şəxslərin vəkalətnamələrinin təsdiq edilmiş surətləri;
Vergi orqanında qəbul olunmasını qeyd etməklə, son hesabat dövrü üzrə /son hesabat tarixinə mühasibat uçotu və vergi hesabatları:
Mühasibat uçotu balansı və ya vergi bəyannaməsi (vergi qoyma sistemindən asılı olaraq)
mənfəət və zərərlər haqqında hesabat
pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Tətbiq olunan qanunvericilik qarşı-tərəfdə audit rəyinin mütləq şəkildə olmasını nəzərdə tutduğu hallarda, audit rəyinin notarial qaydada təsdiq edilmiş surəti;
Son hesabat tarixinə borcun olmaması haqqında vergi orqanlarından arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti);
SOCAR ilə qarşılıqlı əlaqələr çərçivəsində istifadə olunan müvafiq fəaliyyət növü üzrə lisenziyaların (özünü idarə edən təşkilatların şəhadətnamələrinin), patentlərin, əqli mülkiyyət hüquqlarının notarial qaydada və ya məsul qurumun işçisi tərəfindən təsdiq olunmuş surətləri.
Qeyri- Tam hüquqi status haqqında şəhadətnamə (sertifikat)
Nizamnamə, müəsissə nizamnaməsi və ya digər təşkilati sənədlər və ya istənilən düzəlişlər
İdarə heyətinin qeydiyyatı və tutduğu vəzifə haqqında şəhadətnamə
Şirkətin qeydiyyat şəhadətnaməsi, hüquqi şəxslərin kommersiya reyestrindən çıxarış və ya oxşar sənədlər
Hər hansı bir dövlət lisenziyası, biznes lisenziyaları, qeydiyyatlar, konsessiyalar, güzəştlər, biznesin qurulması və idarəedilməsi üçün tələb olunan icazələr və tənzimləmə təsdiqnamələri, vergi və digər güzəştlərlə bağlı bütün yazılı dövlət təsdiqnamələr daxil olmaqla
İmza səlahiyyəti ilə bağlı
1) İmzalayan şəxsin və ya imzalayan orqanların vəzifələrinin sübutu, nizamnaməyə uyğun olaraq (məsələn, tutduğu vəzifə haqqında şəhadətnamə)
2) İmzalama hüququ verən şirkətin (korporativ idarəetmə xüsusiyyətlərindən asılı olaraq müvafiq orqanın) daxili rezolyusiyası
3) Müvafiq imzalayan verilmiş etibarnamə
Dostları ilə paylaş: |