QARŞI-TƏRƏFİN ANKETİ
Korrupsiyaya müqavimətin əsasını təşkil edən tələblərin və prinsiplərin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra “SOCAR”) öz qarşı-tərəflərinin fəaliyyəti və funksiyaları haqqında əsas məlumatların təqdim edilməsini tələb edir. Bununla əlaqədar, SOCAR hazırki qarşı-tərəfin anketinin doldurulmasına görə Sizə öz minnətdarlığını bildirir.
Hazırki Anketdə təqdim olunan bütün sualların cavablandırılması xahiş olunur. Cavablar ətraflı və müfəssəl olmalıdır. Sualların buraxılması və “bilmirəm” cavabları qəbul edilmir. Əgər hər hansı suala cavab verərkən kifayət qədər yer olmasa, o zaman cavab hazırki Anketin qoşması olan ayrı səhifədə əks etdirilə bilər.
Dostları ilə paylaş: |