3. Hesabatın “Hasilat Sənayesinə Baxış” bölməsi
Bu bölmə üç altbölmədən ibarətdir: 1) Mədən sənayesinin icmalı; 2) İstehsalı həcmi; 3) İxracatda hasilat sənayesinin payı. Qeyd edək ki, bütün bu sahələr üzrə İllik Hesabatlarda məlumatların təqdim edilməsi MHŞT 2016-cı il Standartının 3-cü tələbidir.
“Mədən sənayesinin icmalı” altbölməsində 2016-cı ilə dair: 1) Xəzər dənizinin Azərbaycana aid olan hissəsində və quruda yerləşən neft və qaz yataqlarının xəritəsi, bu yataqların işlədilməsində iştirak edən şirkətlərin adları, müvafiq layihələrdəki payı və payın dəyişib-dəyişməməsi qeyd edilir; 2) qızıl və gümüş yataqlarının xəritəsi və bu yataqlarda işləyən şirkətlərin adları və müvafiq layihədəki payları əks etdirilir. R.V.Investment Group Services xarici şirkət və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış HPBS-i barədə və “AzerGold” şirkətinin yaradılmasına dair bəzi məlumatlar açıqlanır; 3) neft və qaz yataqlarında mühüm kəşfiyyat işləri qeyd edilir.
“İstehsalı həcmi” altbölməsində 2016-cı ildə xarici və yerli hasilat sənayesi şirkətləri tərəfindən Bakıda və regionlarda (Siyazən, Neftçala, Salyan, İmişli, Şirvan) hasil olunan neftin (kondensat daxil olmaqla) və qazın istehsalatın həcmi və məbləği öz əksini tapmışdır. Qızılın, gümüşün, mis və konsentrantların istehsal həcmi və məbləği də bu altbölmədə əks etdirilir.
“İxracatda hasilat sənayesinin payı” altbölməsində 9a və 9b cədvəllərindəki fərqlərin səbəbi aydındır (Gömrük rəsmləşdirməsi məsələsi), lakin fərqin böyük olması anlaşılmazdır (xam neftin həcmi üzrə 40%, təbii qazın həcmi üzrə isə 16%) və izahata ehtiyac var.
Dostları ilə paylaş: |