2. Hesabatın “HÜQUQİ VƏ FİSKAL REJİM” bölməsi
Bu bölmə yeddi altbölmədən ibarətdir: 1) Hasilat sənayesinin icmalı; 2) Hüquqi və fiskal rejim; 3) Hasilat sənayesində lisenziyaların verilməsi; 4) Hasilat sənayesində lisenziyaların reyestri; 5) Müqavilələrin açıqlanması; 6) Benefisiar sahiblik; 7) Hasilat sənayesində dövlətin iştirakı. Qeyd edək ki, bütün bu sahələr üzrə İllik Hesabatlarda məlumatların təqdim edilməsi MHŞT 2016-cı il Standartının ya tələbidir və ya tövsiyəsidir (Müqavilələrin açıqlanması və Benefisiar sahiblik). Ümumiyyətlə, fikrimizcə bu bölməni gələcək hesabatlarda iki bölməyə ayırmaq məqsədə uyğun olar:
“Hüquqi əsaslar və müqavilələrin bağlanması”. Bu bölməyə 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci altbölmələri daxil etmək olar;
“Kəşfiyyat və hasilat”. Bu bölməyə yuxarıda qeyd edilən birinci altbölməni daxil etmək mümkündür.
Bu cür struktur dəyişiklikləri İllik Hesabatın MHŞT Standartının 2-ci və 3-cü tələblərini əhatə etmiş olardı.
Dostları ilə paylaş: |