21
2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların ÜDM-yə nisbəti 12,7 faiz
olmaqla dövlət büdcəsi gəlirlərinin 43,6 faizini və ya 13 402,0 milyon manat təşkil edəcəkdir
ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 662,0 milyon manat və ya 14,2 faiz, 2021-
ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4 872,8 milyon manat və ya 57,1 faiz çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11280,0 milyon manatı və ya
36,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 4750,0 milyon
manatı və ya 15,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə
daxilolmaların, 750,0 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar
daxilolmalarının, 538,7 milyon manatı və ya 1,8 faizi isə sair gəlirlərin payına düşür.
2023-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 2022-ci ilin
dürüstləşdirilmiş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 759,5 milyon manat və
ya 4,9 faiz çoxdur ki, bununda 69,2 faizini və ya 11280,0 milyon manatını Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan transfert, 30,8 faizini və ya 5017,0 milyon manatını
vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.
Növbəti ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi
orqanlarının xətti ilə daxilolmalar, 33,0 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 5,2
faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara
daxilolmalar, 3,7 faizini sair gəlirlər təşkil edəcəkdir (Qrafik 9).
Dostları ilə paylaş: