12
4. Növbəti il və sonrakı üç il üzrə büdcə siyasəti
4.1. Əsas strateji çağırışlar və qlobal mühit faktorları
2023-2026-cı illərdə dövlət maliyyəsi qarşısında aşağıdakı strateji çağırışları dayanır:
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi. Qarşıdakı
illərdə ölkə
sərhədlərinin toxunulmazlığının və davamlı
mühafizəsinin təmin edilməsi,
ictimai-siyasi
asayişin və əmin-amanlığın qorunması, silahlı qüvvələrin döyüş hazırlığının və
peşəkarlığının
yüksəldilməsi, ordunun maddi-texniki təchizatının
müasirləşdirilməsi,
hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks
tədbir və layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı
illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası. “2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf
Strategiyası”nın reallaşdırılması. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2
fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə
uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli
3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf
Strategiyası”nda dövlət büdcəsindən maliyyələşdirilməsi
nəzərdə tutulan layihə və
tədbirlərin həyata keçirilməsi üçün tələb olunan resursların da büdcə qaydasına əsaslanan
yeni makro-fiskal çərçivəyə xələl gətirmədən ortamüddətli resurs zərfi ilə uzlaşdırılması və
səmərəli mobilizasiyası ortamüddətli dövr üzrə büdcə siyasəti qarşısında
duran əsas
çağırışlardan biridir.
Dostları ilə paylaş: