Açıqlama 23-26 15092022 nk


Regional və qlobal geosiyasi gərginlik



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
63232fd93c146

Regional və qlobal geosiyasi gərginlik. Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərindəki çıxışında qeyd 
etmişdir: “Qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız 
bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib 
və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə 
qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, 
regiondakı güclərin balansı hansı şəkildə olacaq?” Ukraynadakı müharibə tam yeni bir 
durumun formalaşmasını gündəmə gətirir, deqloballaşma və fraqmentasiya meyillərini 
canlandırır. 
Bu baxımdan, növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən 
edilməsi zamanı Ukraynadakı vəziyyət və bununla əlaqədar Rusiya və bir çox ölkələr 
arasında qarşılıqlı tətbiq olunan sanksiyalar və ticarət məhdudiyyətlərinin Azərbaycan 
iqtisadiyyatına potensial təsirlərinin təhlili və nəzərə alınması xüsusi önəm daşıyır. Hər iki 
ölkə əsas ticarət partnyorlarımızdan olması, Rusiya və Ukraynadan idxal olunan məhsulların 
qiymətinin artması, Rusiya rublunun ucuzlaşması ilə bu ölkəyə ixrac olunan məhsulların 
rəqabətqabiliyyətliliyinin aşağı enməsi, əmək miqrantlarının məşğulluq perspektivləri bu 
çağırışları formalaşdıran əsas amillərdir. 
Ukraynadakı vəziyyətin Azərbaycan iqtisadiyyatına potensial mənfi təsirləri ilə yanaşı, 
ölkəmiz üçün Avropa İttifaqının qaz tədarükünü diversifikasiya etmək səylərindən 
faydalanmaq imkanı da yaranır. Belə ki, 2022-ci ilin 18 iyul tarixində Azərbaycan və Avropa 
İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma 
Memorandumuna uyğun olaraq beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz təchizatı iki dəfə 
artacaq və 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcəkdir. 
Eyni zamanda qeyd olunmalıdır ki, hazırda Ukraynadakı vəziyyətin təsiri ilə neftin qiymətinin 
bahalaşması və Mərkəzi Bankın artan beynəlxalq ehtiyatları manatın sabit qalmasına kömək 
edəcəkdir.

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin