Açıqlama 23-26 15092022 nk


 Xarici və daxili makroiqtisadi mühit



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   2   3   4   5   6   7   8   9   ...   23
63232fd93c146

1. Xarici və daxili makroiqtisadi mühit 
Qlobal iqtisadi vəziyyət və əsas meyillər. 2021-ci ilin əvvəllərindən başlayaraq 
əksər dünya ölkələrində COVID-19 virusuna qarşı kütləvi vaksinasiyanın keçirilməsi
pandemiya ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin tədricən aradan qaldırılması 
və fiskal dəstək proqramlarının davam etdirilməsi iqtisadi tənəzzüldən bərpa prosesinə 
keçidə və qlobal iqtisadi artım üzrə müsbət dinamikanın formalaşmasına təkan vermişdir.
Bununla belə, cari ilin fevralında Rusiya və Ukrayna arasında başlanan hərbi 
münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, istehsal və 
təchizat zəncirində qırılmaların aradan qaldırılması prosesinin tələbin bərpa sürətindən ləng 
həyata keçirilməsi, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi əksər ölkələrdə 
inflyasiyanın artmasına, baza inflyasiyası onilliklərin ən yüksək səviyyəsinə, ərzaq 
məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olmuşdur. İnflyasiyanın 
artması əksər ölkələrin mərkəzi banklarını pul siyasəti ilə bağlı qərarların yenidən nəzərdən 
keçirməyə vadar etmişdir. Hazırda müşahidə olunan daraldıcı pul siyasəti və faiz 
dərəcəsinin artımı meyilləri xüsusən də xarici valyutada və qısa müddətə borc alan ölkələr 
üçün borclanmanı bahalaşdırır və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təzyiqə çevrilir. 
Qeyd olunan amillər beynəlxalq təşkilatlar tərəfindən iqtisadi artım proqnozlarına 
yenidən baxılaraq azaldılmasını şərtləndirmişdir. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) 
tərəfindən iyul ayında yenilənmiş proqnozlara əsasən qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 
2022-ci ildə 3,2 faiz, 2023-cü ildə isə 2,9 faiz, Dünya Bankının proqnozlarına əsasən isə 2,9 
və 3,0 faiz artacağı proqnozlaşdırılır. 
Qeyd olunan dinamika ilə yanaşı, son illər alternativ enerji mənbələrindən istifadəyə 
və enerji keçidinin təmin olunmasına verilən önəm və diqqətlə əlaqədar neft-qaz sektorunun 
inkişafına sərmayələrin azalması, həmçinin təchizat məhdudiyyətləri neftin, neft 
məhsullarının və təbii qazın qiymətlərinin artmasını şərtləndirmişdir. Brent markalı neftin 1 
barel üçün orta qiyməti 2021-ci ildə 70,4 ABŞ dolları olmuşdur ki, bu da 2020-ci ilin orta 
qiymətindən (43,1 ABŞ dolları) 63,3% çoxdur. Bu tendensiyalar nəzərə alınmaqla, 
ixtisaslaşmış təşkilatlar tərəfindən Brent markalı neftin qiymətinin 2022-ci il üçün 100,0 – 
104,0 ABŞ dolları intervalında olacağı proqnozlaşdırılır.
Beynəlxalq Valyuta Fondu tərəfindən enerji və ərzaq qiymətlərində mövcud 
tendensiyalar nəzərə alınaraq inflyasiya proqnozları yenidən nəzərdən keçirilmişdir. Son 
hesabata əsasən 2022-ci ildə inflyasiyanın inkişaf etmiş ölkələrdə 6,6 faiz, inkişaf etməkdə 
olan bazarlarda isə 9,5 faiz, 2023-cü ildə isə müvafiq olaraq 3,3 və 7,3 faiz həddində olacağı 
proqnozlaşdırılır. 
Geosiyasi münaqişələrin müxtəlif regionlarda özünü əks etdirməsi və bir sıra ölkələrin 
siyasi fraqmentasiya meyillərinin güclənməsi qlobal ticarət və əməkdaşlığa yaxın və 
uzunmüddətli perspektivdə bir sıra risklər yaradır. Ukrayna-Rusiya böhranının uzanacağı 
tədqirdə qlobal əmtəə bazarlarında kəskin qiymət volatilliyinin davam edəcəyi gözlənilir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin