Açıqlama 23-26 15092022 nk


qeyri-neft ÜDM-nin artımı



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
63232fd93c146

qeyri-neft ÜDM-nin artımı 7,3 faiz olmaqla 67,1 milyard manat təşkil edəcəkdir. 
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2023-cü ilin 
sonuna 73,1 milyard manat, 2026-cı ildə isə 92,3 milyard manata qədər artacağı və real 
artım tempinin 4,5-5,1 faiz intervalında olacağı gözlənilir (Qrafik 4). 2023-2024-cü illərdə qaz 
hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il 
üzrə 0,2, 2024-cü ildə 2,6 faizə qədər artmasına, 2026-cı ildə isə azalan hasilat göstəriciləri 
neft-qaz ÜDM-nin geriləməsinə (-1,9 faiz) səbəb olacaqdır. 2026-cı ilə doğru ÜDM-nin real 
artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM üzrə real artım tempinin azalan 
dinamikasından qaynaqlanacaqdır.


10 
Qrafik 4. ÜDM-nin real artım tempi 
 
 
Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 
 
 
İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji 
prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin 
neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət 
büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2026-cı 
ildə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 78,0 faizə, neft sektorunun payının 
isə 22,0 faizə bərabər olacağı proqnozlaşdırılır (qrafik 5). Baza ssenaridə 2022-ci ildə 12,5 
faiz, 2023-cü ildə isə 6,9 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2026-
cı ildə 3,6 faizə qədər enəcəyi gözlənilir (Qrafik 6). 
Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 
 
Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin 
əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin